1C Kursu

posted in: Xəbər | 0

1C kursu

Sizi yeni başlayacaq 1C kurslarına dəvət edirik.

Kurs kimlər üçündür?

  • Mühasib yaxud mühasib-operator olmaq istəyənlər;
  • İşlərini təkmilləşdirmək istəyən mühasiblər;
  • Öz işini aparmaq istəyən sahibkarlar və digər şəxslər üçün.

Kursun faydaları:

  • Mühasibat uçotunu daha düzgün aparacaqsınız;
  • İşlərini asanlaşdıracaq və avtomatlaşdıracaqsınız;
  • Sənədləşmələrin qeydiyyatını daha rahat apara biləcəksiniz;
  • Müəssisənin biznes proseslərini avtomatlaşdıra biləcəksiniz.

Təlimçi barədə:

Şahin Qurbanov

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.

2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “Mirleks Group”da Maliyyəçi və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.

Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Peşəkar Mühasib Sertifikat imtahanını hər iki mərhələ üzrə müvəfəqiyyətlə vermişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Əyani və onlayn.

Təlim vaxtı: Bazar ertəsi və cümə axşamı, 19:00-21:00

Kursa daxildir:

  • 24 saat (12 təlim);
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Kursun proqramı aşağıdakı kimidir:

Mövzu müddət/saat
1 C proqram təminatı ilə tanışlıq.Hesablar planı ilə işləmək. Məzənnələrin daxil edilməsi. Debitorların və kreditorların yaradılması 2
Kassa əməliyyatları. Kassa mədaxil və kassa məxaric 2
Təhtəlhesab şəxslərlə hesablaşma. Avans hesabatı 2
Bank əməliyyatları. Daxil olan və çıxan ödəniş tapşırıqları 2
Mal və materiallarla aparılan əməliyyatlar. Material mal və xidmət alışı. Elektron qaimələrin daxil edilməsi 2
Maya dəyəri. Mal alışı zamanı mal və materialların qiymətinə təsir edən məsrəflər. Daşınma və YGB məsrəfləri 2
Əsas vəsaitlərin alışı, istifadəyə verilməsi və silinməsi. 2
Qeyri maddi aktivlərin alışı, istifadəyə verilməsi və silinməsi. 2
İstehsalat 2
Satış 2
Dövriyyə balans cədvəlinin analizi. Hesabların yoxlanması. Ayın bağlanması 2
Sertifikasiya İmtahanı 2

 

Kursa qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az

Əlaqə:

Ünvan: Caspian Plaza

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

AR Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (I kitab), maddə 1424; 2021, № 1, maddə 2, № 5, maddə 427, № 6 (I kitab), maddələr 539, 541, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 11, maddə 1203; 2022, № 6, maddə 582, № 11, maddələr 1239, 1240, № 12, maddə 1392; 2023, № 1, maddə 14, № 2, maddə 207, № 3, maddə 338, № 7, maddələr 896, 904; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1017-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 97-ci maddənin adına “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin.

2. 98-ci maddə üzrə:

2.1. adında “işlərinə” sözü “yerinə yetirilən işlərə” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissədə “görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların,” sözləri “yerinə yetirilən işlərə” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci hissədə “görülən” sözü “yerinə yetirilən” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.”.

3. 166-cı maddənin adına “vaxtı” sözündən sonra “yerinə yetirilən işə” sözləri əlavə edilsin.

4. 242-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 242. Qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması

1. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

2. Bu maddənin 1-ci hissəsi 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil edilir.”.

5. 254-cü maddə üzrə:

5.1. adında “işlərinə” sözü “vaxtı yerinə yetirilən işlərə” sözləri ilə əvəz edilsin;

5.2. 1-ci hissəyə “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il

Mənbə: president.az

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı amortizasiya xərclərinin hesablanması

Kapital Bank 2023-cü ilin nəticələrini elan edib

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 yanvar 2024-cü il tarixinə 8.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.3 milyard manat olub.

1 yanvar 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.3 milyard  manat təşkil edib.

Bankın 1 yanvar 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 833 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

Maliyyə sanksiyaları, cərimə və faizlər müəssisənin gəlirindən çıxılırmı?

Maliyyə sanksiyaları, cərimə və faizlər müəssisənin gəlirindən çıxılırmı?

posted in: Xəbər | 0

Mövzu ilə bağlı  maliyyə-mühasibat üzrə ekspert Xalid Cəfərov aydınlıq gətirir: 

Vergi öhdəliklərinin yerinə yetirilməməsi halında müəssisələrə maliyyə sanksiyaları və cərimələr tətbiq oluna bilər. Lakin bu sanksiya və cərimələr müəssisələrin gəlirdən çıxılan xərclərinə aid edilmir. Vergi Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:

  • Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi;
  • bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoyi cərimələr istisna olmaqla).

Misal: “XX” MMC-yə Vergi Məcəlləsinin 58.4 maddəsinin (vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsi) tələbinin pozulmasına görə 35.000 manat cərimə tətbiq edilib. MMC bu cərimə məbləğini gəlirindən çıxa bilməz.

Mənbə: vergiler.az

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı amortizasiya xərclərinin hesablanması

1 346 347 348 349 350 351 352 2. 387