Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirildi

posted in: Xəbər | 0

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 24 fevral 2024-cü il

Daha bir qaimə növü elektronlaşdı

Daha bir qaimə növü elektronlaşdı

posted in: Xəbər | 0

Dövlət Vergi Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatı.

Əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin elektron qaydada tərtib edilməsi ilə bağlı elektron xidmət istifadəyə verilib.

Elektron xidmət “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununa, “AYNA informasiya sistemi haqqında Əsasnamə”yə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli Qərarına uyğun olaraq hazırlanıb. Elektron xidmət 1 mart tarixindən tam istifadəyə veriləcək. Hazırda sistem açıqdır.

Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi (e-qaimə) ilə rəsmiləşdirilmədən daşınması İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır və bu qaydaların pozulmasına görə qırx manat məbləğində cərimə nəzərdə tutulub.

Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşdirilən sənəddir. Bu sənəd yükgöndərənlə daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Əmtəə-nəqliyyat qaiməsində yükalanın ünvanı, yükün çatdırılma yeri, miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərilmə vaxtı, avtonəqliyyat vasitəsinin növü və digər məlumatlar qeyd olunur. Xidmətdən istifadə etmək üçün https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq, elektron əmtəə-nəqliyyat qaiməsi bölməsini seçmək lazımdır.

Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı və eləcə də ticarət sahələrində şəffaflığın təmin edilməsini hədəfləyir. Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi zamanı gücləndirilmiş elektron imzadan istifadə nəzərdə tutulur.

Mənbə: taxes.gov.az

Vergi ödəyicisi fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı onlayn müraciət edə bilərmi?

Vergi ödəyicisi fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı onlayn müraciət edə bilərmi?

posted in: Xəbər | 0

Fiziki şəxs ona məxsus olan VÖEN-i dayandırmaq istəyir. Bunu onlayn qaydada həyata keçirmək mümkündürmü?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir. Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet səhifəsinin (taxes.gov.az) müvafiq bölməsindən əldə edə bilərsiniz.

Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan prosedurlarla bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərsiniz:

https://www.youtube.com/watch?v=HCXDfORFvnk

Müraciətlə bağlı ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Mənbə: vergiler.az

E-Qaimə üzrə sübutetmənin təşkili

E-Qaimə üzrə sübutetmənin təşkili

posted in: Xəbər | 0

Elektron qaimənin rolu

Ümumiyyətlə, elektron qaimələr, müasir ticarət əlaqələrində mühüm rol oynayır və tərəflər arasında maliyyə əməliyyatlarının rəsmiləşdirilməsində əsas vasitələrdən biridir. Satıcı tərəfindən alıcıya malların satışı və ya xidmətlərin göstərilməsi ilə əlaqədar məlumatlar elektron qaimə əsasında təqdim edilir. Elektron qaimə satıcı tərəfindən alıcıya malın satışı və ya xidmətin göstərilməsi ilə əlaqədar məlumatların elektron şəkildə təqdim edilməsi üçün istifadə olunur. 

Azərbaycan Respublikasının məhkəmə təcrübəsində, müqavilə üzrə malların göndərilməsi, xidmətlərin göstərilməsi və s. kimi faktların necə təsdiq edilməsi, sübutların qiymətləndirilməsi məsələsinə dair məqamlara aydınlıq gətirilmişdir.  Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən,  elektron qaimələrin düzgün şəkildə tərtib edilmiş və göndərilmiş olması, hətta onun ləğv olunmaması və ya tərəflər tərəfindən mübahisələndirilməməsi belə, malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsini birbaşa təsdiq etmək kimi qəbul edilmir. 

Elektron qaimənin düzgün tərtib edilməsi və göndərilməsi, onun mübahisələndirilməsi və ləğv edilməsi

Yuxarıda qeyd etdiyimiz kimi elektron qaimələr, satıcı tərəfindən elektron formada hazırlanan və alıcıya göndərilən sənədlərdir ki, bu sənədlər adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Elektron qaimələr, müvafiq məlumatları ehtiva etməli və qanunvericilikdə müəyyən edilmiş standartlara uyğun olaraq tərtib edilməlidir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır.  

Elektron qaimələr, səhv məlumatların düzəldilməsi və ya tərəflər arasında yaranmış mübahisələrin həlli məqsədilə ləğv edilə və ya mübahisələndirilə bilər. Ləğv edilmə prosesi, qaimədəki məlumatların yanlış olması və ya əməliyyatın ləğv edilməsi kimi hallarda həyata keçirilir. Mübahisələndirilmə isə, adətən alıcının qaimədə göstərilən məlumatlarla razılaşmaması halında baş verir. 

Elektron qaimə ilə birlikdə qiymətləndirilən sübutlar

Lakin qeyd edildiyi kimi həmin elektron qaimələrin düzgün tərtib edilməsi, mübahisələndirilməməsi və ya ləğv edilməməsi malların göndərilməsi və xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Ona görə də malların göndərilməsi və ya xidmətlərin göstərilməsi elektron qaimə ilə bərabər digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmələr tərəfindən elektron qaimə malların göndərilməsi və ya xidmətlərin göstərilməsinin əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınaraq işdəki digər sübutlarla birlikdə qiymətləndirilir. 

Bu sübutlara təhvil-təslim aktlarını, qəbzlər, elektron poçt yazışmaları, “whatsapp” tətbiqi vasitəsilə, o cümlədən əgər digər sosial şəbəkələrdən tərəflər arasında yazışma məqsədi üçün istifadə edilmişdirsə, həmin yazışmalar, bank hesabatları və ödəniş qəbzləri, görüntü və video materiallar, şahid ifadələri, müqavilə və əlavələr və s. aid edilə bilər.  

Nəticə

Beləliklə, məhkəmələr hərtərəfli araşdıraraq, elektron qaimə ilə birlikdə iş üzrə digər sübutlara istinad edərək iddianın əsasını təşkil edən müqavilə üzrə malların göndərilməsi və ya xidmətlərin göstərilməsi faktlarını aydınlaşdırmalıdır. 

Mənbə: Vəkil Pərviz Məmmədov

Türkiyə və Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Saziş imzalanıb

1 344 345 346 347 348 349 350 2. 397