Əvvəlki illərdə icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər gəlirdən necə çıxılır?

posted in: Xəbər | 0

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri də təmir xərcləri ilə bağlı olan məsələlərdir. Yeniliyi sərbəst auditor Altay Cəfərov şərh edir. 

Əvvəlcə 01.01.2024-cü il tarixədək Məcəllənin tələbi ilə tanış olaq:

Vergi Məcəlləsinin 115.6-1-ci maddəsi: “İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş dərəcə ilə amortizasiya olunur. Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır”.

Buna sadə bir misal gətirək:

Misal 1: “AA” MMC əməliyyat icarəsi ilə ofis icarəyə götürüb və 2022-ci ilin dekabrında ofisin təmirinə 10.000 manat xərcləyib. Bu halda 2023-cü ildə cəmiyyət 10.000 manatı kapitallaşdırılmış təmir xərcləri kimi uçota alacaq və illik 7% amortizasiya hesablayacaq. Nəticə etibarilə 2023-cü ildə kapitallaşdırılmış təmir xərclərinin amortizasiyası kimi 700 manat silinəcək:

10000 x 7% = 700 manat.

Bu hesabla 01.01.2024-cü ilə qalıq dəyəri 9.300 manat olacaq:

10000 – 700 = 9300 manat.

Dəyişiklik olmasaydı, hər il qalıq dəyərindən 7% amortizasiya edilərək silinəcəkdi.

İndi isə 115.6-1-ci maddə üzrə 01.01.2024-cü il tarixdən hansı dəyişikliyin edildiyinə nəzər yetirək:

Vergi Məcəlləsinin qüvvədə olan 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.

Dəyişikliyi sadə misallar üzərində nəzərdən keçirək:

Misal 2: “AA” MMC əməliyyat icarəsi ilə 2023-cü ilin noyabr ayında 10 il müddətinə ofis icarəyə götürüb və həmin ilin dekabrında ofisin təmirinə 5.000 manat xərcləyib. Odur ki, 2024-cü ildə MMC 5.000 manatlıq kapitallaşdırlmış təmir xərcləri kimi uçota alacaq. Şirkət hər il 500 manat təmir xərcləri kimi amortizasiya edəcək və xərcə salacaq:

5.000 :10 il = 500 manat.

Misal 3: “AA” MMC əməliyyat icarəsi ilə 2023-cü ilin noyabr ayında 3 il müddətinə ofis icarəyə götürüb və həmin ilin dekabrında ofisin təmirinə 5.000 manat xərcləyib. Bu halda, 2024-cü ildə şirkət 5.000 manatlıq kapitallaşdırlmış təmir xərcləri kimi uçota alacaq. MMC hər il 1.000 manat təmir xərcləri kimi amortizasiya edəcək və xərcə salacaq:

5000 : 5 il = 1000 manat.

Bəs belə olan halda, 3 ildən sonra qalan (5.000- 1.000 x 3) = 2.000 manatın aqibəti necə olacaq?

Göründüyü kimi, yeni dəyişikliyə görə, təmir xərcləri ən azı 5 il ərzində nəzərə alınmaqla amortizasiya olunmalıdır. Misalımızda müqavilənin müddəti 3 il olduğundan yerdə qalan 2 ilin təmir xəcləri olan 2.000 manat xalis mənfəət hesabına silinəcək.

Misal 4: Misal 1-in davamı kimi, nəzərə alaq ki, “AA” MMC əməliyyat icarəsi ilə 2022-ci ilin noyabr ayında 5 il müddətinə ofis icarəyə götürüb və həmin ilin dekabrında ofisin təmirinə 10.000 manat xərcləyib. Odur ki, 2023-cü ildə şirkət 10.000 manatlıq kapitallaşdırılmış təmir xərcləri kimi uçota alacaq, illik 7% amortizasiya hesablayacaq. Nəticə etibarilə 2023-cü ildə kapitallaşdırılmış təmir xərclərinin amortizasiyası kimi 10.000,00 * 7% = 700,00 manat silinəcək:

10000 x 7% = 700 manat.

01.01.2024-cü ilə qalıq dəyəri 9.300 manat olacaq:

10000 – 700 = 9300 manat.

Bəs bu ildən əvvəlki qayda üzrə kapitallaşdırılmış təmir xərclərinin aqibəti necə olacaq?

Şirkətin icarə müqaviləsi 6 il olduğundan artıq 01.01.2024-cü ilə müqavilənin yerdə qalan müddəti 5 il olacaq. Belə olan halda, kapitallaşdırılmış təmir xərcləri kimi qalmış 9.300 manat 5 il müddətinə amortizasiya ediləcək:

9300 : 5 il = 1860 manat.

Beləliklə, hər ilə 1.860 manat amortizasiya ediləcək və xərcə salınacaq.

Mənbə: vergiler.az

Yaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?

Kapital Bank-dan ilk kreditiniz sərfəli olsun

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank nağd kredit almaq istəyən müştərilər üçün sərfəli fürsətlər yaradır. Belə ki, bankdan ilk dəfə gündəlik təlabat krediti əldə edənlər hər 2000 AZN üçün 51 manatdan başlayaraq aylıq ödəniş edəcəklər. İllik 10.9 %-dan başlayan şərtlərlə maksimum 50 000 manatadək təqdim edilən kredit 59 ayadək müddətə verilir.

Kampaniyadan rəsmi gəliri olan hər kəs faydalana bilər. Bunun üçün həm onlayn müraciət edə, həm də sizə ən yaxın filiala yaxınlaşa bilərsiniz. Onlayn götürülən kreditlərdə nağdlaşdırma komissiyası tətbiq edilmir.

Ətraflı məlumat üçün: https://kbl.az/frfr

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Əmək şəraiti ağır və zərərli işlərdə çalışanların əlavə məzuniyyəti

Naxçıvanın Sosial Xidmətlər Agentliyi auditor seçir

posted in: Xəbər | 0

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 13 manatdır.

İddiaçılar təkliflərini martın 15-nə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.

Sorğunun nəticəsi martın 15-də, saat 16:00-da portalda açıqlanacaq.

Mənbə: report.az

Əmək şəraiti ağır və zərərli işlərdə çalışanların əlavə məzuniyyəti

Əmək şəraiti ağır və zərərli işlərdə çalışanların əlavə məzuniyyəti

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə, əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

Qanunvericiliyin bu tələbini əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 N-li qərarı ilə təsdiq edilib. Qərara əsasən, işin ağırlıq və təhlükəlilik dərəcəsinə əsasən əmək şəraiti ağır və zərərli işlərdə çalışan işçilərə 6-30 gün arası əlavə məzuniyyət verilir.

Nazirlər Kabinetinin 30 may 2005-ci il tarixli 95 nömrəli qərarı ilə “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları təsdiq edilib. Həmin qərara əsasən, əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, sexlərdə, sahələrdə, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir. Əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir. Əmək şəraiti ağır və zərərli işlərdə çalışanların əlavə məzuniyyətinin pul ilə əvəz edilməsi (kompensasiya edilməsi) qadağandır.

Misal 1: İşçi əlavə məzuniyyət hüququ verən işə 2020-ci il 3 fevral tarixində qəbul edilib, 2020-ci ilin sentyabrında isə işdən azad olunub. Bu halda ona pul kompensasiyası yalnız əsas məzuniyyətlərə görə verilir. Faktiki işlənmiş vaxta mütənasib olaraq istifadə edilməmiş əlavə məzuniyyətin günləri isçinin arzusu ilə əmək müqaviləsinə xitam verilərkən verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

Faktiki işlənmiş vaxta mütənasib olaraq əlavə məzuniyyət hüququ verən iş stajının hesablanması üçün zərərli və ağır iş şəraitli istehsalatlarda, sexlərdə, sahələrdə, peşələrdə və vəzifələrdə tam iş aylarının sayı il ərzində iş günlərinin cəmlənmiş sayının 30,4 günə bölünməsi ilə müəyyən olunur.

Bununla yanaşı, təqvim günlərinin orta aylıq sayının 30,4 gününün yarısından az təşkil edən günlərin qalığı hesabdan çıxarılır, təqvim günlərinin orta aylıq sayının yarısını və ondan çoxunu təşkil edən günlərin qalığı tam ay kimi hesab edilir.

Misal 2: Fəhlə iki ay müddətində poliizobutilen istehsalında spirtin dehidratlaşdırma sexində (əlavə məzuniyyətin müddəti – 12 təqvim günü), dörd ay isə rektifikasiya və polimerləşmə sexində (əlavə məzuniyyət müddəti – 6 təqvim günü) işləyib. Bu halda, fəhləyə zərərli iş şəraitinə faktiki işlənmiş vaxta mütənasib olaraq 4 təqvim günü müddətində əlavə məzuniyyət verilməlidir (ildə 12 təqvim günü hesabından hər aya görə bir təqvim günü (ümumi iki gün) spirtin dehidratlaşdırma sexində işlədiyinə görə, rektifikasiya vǝ polimerləşmə sexində işlədiyi üçün ildə 6 təqvim günü hesabından hər aya görə 0,5 təqvim günü (ümumi 2 gün)).

İşçinin eyni vaxtda nəzərdə tutulmuş əmək şəraitinə görə iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, ona daha çox müddətli əlavə məzuniyyət verilir.

Mənbə: vergiler.az

İtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?

1 341 342 343 344 345 346 347 2. 397