Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak haqqı 81,61 manatdır.
İddiaçılar təkliflərini martın 13-ü, saat 11:00-a qədər səhmdar cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanına təqdim edə bilərlər.
Təkliflərə martın 13-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Mənbə: report.az