İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin üstünlükləri və zəruri xüsusiyyətlər

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis hesab olunur. Bəs onlar hansı hallarda Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlərdən istifadə hüququna malikdirlər? Bu suala insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir.

Aşağıdakı hallarda işğaldan azad olan ərazilərdə işləyən mütəxəssislər güzəştlərdən yararlana bilərlər:

1. Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;

2. Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;

3. Mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda.

Yuxarıda qeyd olunan xüsusiyyətlər birgə mövcud olduğu hallarda həmin mütəxəssislərin Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ var. Əgər yuxarıda qeyd olunan xüsusiyyətlərdən biri pozularsa, Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlərin tətbiqi dayandırılır.

Misal 1: Bakı şəhəri ərazisində vergi qeydiyyatında olan “AAA” MMC-nin işğaldan azad olunmuş ərazidə fəaliyyət göstərən layihəsində həmin ərazidə məskunlaşmış ali təhsilli, mühəndis vəzifəsində çalışan işçi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis hesab olunmur. Çünki müəssisə Bakı şəhəri ərazisində vergi uçotundadır.

Misal 2: “AAA” MMC-nin Ağdam rayonu ərazisində yerləşən filialında mühasib vəzifəsində çalışan işçi ay ərzində 20 gün həmin filialda əmək fəaliyyətini davam etdirir, qalan günlər isə həmin müəssisənin Bakı şəhərində yerləşən ofisində işləyir. Bu halda da işçi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis hesab olunmur. Çünki işçi azad olunmuş ərazidə məskunlaşmayıb.

Misal 3: “AAA” MMC-nin Laçın rayonu ərazisində vergi uçotunda olan və həmin ərazidə yerləşən filialında aqronom vəzifəsində çalışan Sumqayıt şəhər sakini əmək fəaliyyətini daimi olaraq həmin müəssisədə həyata keçirir. Bu halda həmin işçi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis hesab olunur və qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququna malikdir.

Misal 4: Kəlbəcər rayon sakini Kəlbəcər rayonu ərazisində vergi uçotunda olan, həmin ərazidə fəaliyyət göstərən müəssisədə insan resursları üzrə mütəxəssis olaraq əmək fəaliyyətini həyata keçirir. Bu halda həmin işçi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis hesab olunur və qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququna malikdir.

Mənbə: vergiler.az

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

Taksi sifarişi operatorları hansı məlumatları vergi orqanına təqdim etməlidirlər?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə əlavə edilən 16.1.11-13-cü maddəyə əsasən, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi aylıq məlumatları hər ay başa çatdıqdan sonra, növbəti ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürmək vergi ödəyicisinin vəzifələrinə aid edilib.

Qanunvericiliyin bu tələbini iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Öncə taksi sifarişi operatorları dedikdə hansı vergi ödəyicilərinin nəzərdə tutulduğunu aydınlaşdıraq. “Avtomobil nəqliyyatı haqqında” Qanunun 1.0.34-cü maddəsinə əsasən, taksi sifarişi operatoru taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkardır. Maddədə qeyd edilən taksi sifarişi xidməti dedikdə isə telekommunikasiya vasitələrindən istifadə etməklə taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib həmin daşımaları həyata keçirən şəxsə ötürməklə bağlı ödənişli xidmət başa düşülür.

Artıq 1 yanvar 2024-cü il tarixdən taksi sifarişi operatorları Dövlət Vergi Xidmətinin müəyyən etdiyi formada aylıq məlumatları hər ay başa çatdıqdan sonra, növbəti ayın 20-dən gec olmayaraq, elektron formada təqdim etməlidirlər.

Bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsində edilən digər dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 16.1.11-13-cü maddəsində göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş məlumatları təqdim edən taksi sifarişi operatorlarına Vergi Məcəlləsinin 57.8-ci maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 326-20-ci maddəsinə əsasən isə 1 yanvar 2024-cü ildən icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10.000 manat məbləğində, hüquqi şəxslər 40.000 manat məbləğində cərimə edilir.

Mənbə: vergiler.az

Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı artıb

Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

2024-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.522.750 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8 faiz, o cümlədən fiziki şəxslərin sayı 8 faiz (və ya ümumi artımın 86,7 faizi), hüquqi şəxslərin sayı isə 8,4 faiz (və ya ümumi artımın 13,3 faizi) artıb.

2024-cü ilin yanvar ayı ərzində 720 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 66,1 faizi elektron qaydada, 33,9 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 628-i (87,2 faiz) yerli investisiyalı, 92-si (12,8 faiz) xarici investisiyalıdır.

Yanvar ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 1.699 vahid təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 44 faiz artıb.

Fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 76 faiz təşkil edib.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2024-cü ilin yanvar ayında 73 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 10,1 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 11,7 faiz təşkil edib.

Ümumiyyətlə, yanvar ayında icra olunmuş elektron qeydiyyat ərizələrinin 403-ü və ya 84,7 faizi Asan imza vasitəsilə təqdim olunub.

Mənbə: vergiler.az

Pərakəndə ticarət fəaliyyəti ilə bağlı dörd vacib məqam

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsi ilə bağlı Qərar qəbul edib

posted in: Xəbər | 0

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S. Salmanovanın məruzəsini, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu, Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor A. Qasımovun və həmin kafedranın professoru, hüquq elmləri doktoru M. Əliyevin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğun hesab edilsin.

Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Mənbə: constcourt.gov.az

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

1 349 350 351 352 353 354 355 2. 397