Hansı halda banka daxil olmuş vəsaitə görə NKA çeki verilməlidir?

posted in: Xəbər | 0

Sual: VÖEN-i olmayan fiziki şəxs bankda olan cari hesabı vasitəsilə mağazadan mal almaq istəyir. Bu məqsədlə cari hesabından mağaza sahibi olan hüquqi şəxsin bank hesabına köçürmə edir və köçürmə sənədi ilə yaxınlaşaraq malını alır. Bu halda, hüquqi şəxs VÖEN-olmayan fiziki şəxsə hansı sənədi təqdim etməlidir? Hüquqi şəxs bank hesabına köçürülmüş vəsaitə POS-terminal ödənişi kimi yanaşıb kassa çeki təqdim edə bilərmi? Ümumiyyətlə, yuxarıda qeyd edilmiş proses nə dərəcədə doğrudur və hansı sənədləşməni tələb edir?

Cavab: Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlakçı 14 gün ərzində qüsurlu malın geri qaytarılmasının və ya dəyişdirilməsinin təmin edilməsini tələb edə bilər. Qanuna əsasən istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Məhz bu səbəbdən də, sorğunuzda qeyd olunan halda pərakəndə ticarət obyektində satılan mala NKA çekinin verilməsi məqsədəuyğundur. Əlavə olaraq onu da qeyd edək ki, vergitutma məqsədləri üçün eyni məbləğin həm hesablaşma hesabı, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.

Bax: Vergi Məcəlləsinin 16.1.9-cu, 16.1.11-1-ci və 173.2-ci maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1995-ci il 19 sentyabr tarixli 1113 nömrəli Qanununun 7-ci və 17-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 4.1-ci və 5.37-ci bəndi.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

AGA Group mühasib-xəzinədar axtarır

Vəzifə  öhdəlikləri:
  • Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar;
  • Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
  • Satış qaimələri, ödəniş qəbzləri üzrə əməliyyatlar;
  • Müştəri hesablaşmaları üzrə əməliyyatlar;
  • Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi;
  • Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
  • Kassa kitablarında yazılışlar aparılması.
Tələblər:
  • Ali iqtisadi təhsil;
  • Maliyyə sahəsində minimum 3 il, Xəzinadar kimi ən azı 2 il iş təcrübəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik  olmalı;
  • MS Office proqramları, xüsusən Exceli mükəmməl  bilməli.
İş qrafiki: 
  • Bazar ertəsi – cümə saat 09:00-18:00;
  • Şənbə qısaldılmış iş günü saat 09:00-13:00.
Qeyd: Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini recruitment@agagroup.az ünvanına  mövzu yerində “Mühasib-xəzinadar” yazaraq göndərə bilərlər.
Mənbə: azerjobs.com
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergi müfəttişi barədə lətifə

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Bir dəfə Mitropolit (yüksək çinli din xadimi),  Dövlət vergi müfəttişliyinin rəisi və ordu komandanı xalq arasında kimə daha çox hörmət olunması ilə bağlı mübahisə edirlər:

– Hamı mənə “Zati-ailələri” deyərək müraciət edir və şərəfimə nizamla cərgəyə düzülürlər, – ordu komandanı belə deyərək özünü öyür.

– Düzdür, mənim şərəfimə nizamla cərgəyə düzülmürlər, amma, “Müqəddəs ata” deyərək qarşımda diz çökürlər və əlimdən öpürlər – Mitropolit belə söyləyir.

– Mənə heç kim belə müraciət etmir, qarşımda nə cərgəyə düzülüb salam verən olur, nə də diz çöküb əlimi öpən olur, buna baxmayaraq mənim dərəcəm sizinkindən daha ucadır: mən gələn kimi hamı dua etməyə başlayır: “Allahım, yenə sən gəldin!”

Vergi müfəttişliyinin rəisi belə söyləyərək, lovğalanır.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

3 xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

  • “VETKO GREY İSTƏN LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1700750611) şirkətin 1 mart 2018-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini və bununla ələqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının təsviyyəsini elan edir.
  • “Nippon Koei UK CO., LTD” şirkəti Azərbaycan Respublikasındakı filialının (VÖEN: 1302525561) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 235A, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “MTU Motor Türbin Sanayi və Ticaret Anonim Şirkəti” nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1701695631) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az