1000 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Imperial Ceramic centre

  • Şəhər: Bakı
  • Yaş: 30 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Telefon: (012) 489-98-97/(055) 555-88-04
  • Əlaqədar şəxs: Lalə xanım

İş barədə məlumat

  • Hesablamaların aparılması və hesabatın tərtib olunma qaydasını bilməli
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Gündəlik və aylıq hesabatların hazırlanması
  • İş qrafiki: həftə içi 6 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər

  • Yalnız xanımlar
  • Namizədin kollektivlə işləmək bacarığı və nizam-intizam qaydalarına hörmətlə yanaşmaq
  • Ticari mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
  • Müdriyyətin tapşırdığı işləri vaxtında yerinə yetirmək

Əmək haqqı: 700-1000 AZN

Şəkilsiz CV-lərə baxılmır.

Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Yoxlama aktında olan cərimə məbləği (ÖMV üzrə) xərc sayılır?

posted in: Vergi, Xəbər | 0

Sual: Səyyar vergi yoxlamasının təqdim etdiyi aktda ödəmə mənbəyində vergidən də məbləğ yazılıb. Aktdakı ödəmə mənbəyindəki məbləğ 2017-ci ilin yanvar-avqust aylarını əhatə edir. 2017-ci il mənfəət vergisində mən həmin məbləgi xərc kimi göstərə bilərəm?

Cavab: Bildiririk ki, ödəmə mənbəyində tutulan vergi məbləği iqtisadi mahiyyətinə görə işləri və xidmətləri təqdim edən şəxsə həmin işlərin və xidmətlərin müqabilində ödənilməli olan məbləğin tərkib hissəsidir, sadəcə olaraq mövcud qanunvericilikdə həmin verginin tutulması və büdcəyə ödənilməsi vergi agentinin üzərinə qoyulmuşdur. Bu baxımdan da, işlər və xidmətlər gəlirin əldə olunması məqsədi ilə alınırsa, vergi agenti tərəfindən onların dəyəri (o cümlədən də xidmətlərin dəyərinin tərkib hissəsi olan ödəmə mənbəyində tutularaq ödənilmiş vergi məbləği) vergi tutulan gəlirdən çıxılır.

Bax: Vergi Məcəlləsinin 17-ci, 108-ci və 125-ci maddələri.

Mənbə: www.taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergi yoxlamalarında yenilik – Elektron xidmətlər sistemi tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi keyfiyyətli və geniş spektrli elektron xidmətlər sistemi tətbiq etməklə sahibkarlarla vergi orqanları arasında canlı təmasları minimuma endirəcək.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Elektron audit şöbəsinin rəhbəri Eldəniz Rəhimovun sözlərinə görə, vergi nəzarəti sisteminin əsas hissəsi hesab olunan vergi yoxlamalarının aparılmasında ən səmərəli mexanizm elektron auditin (e-audit) tətbiqidir. E-audit ən yaxşı nəzarət vasitəsi kimi vergiödəyicisinin elektron formatda saxlanılan maliyyə məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradır, vergi orqanı əməkdaşının vergiödəyicisinin işinə müdaxilə etməsini aradan qaldırmaqla vergi nəzarətinin aparılmasında şəffaflığı təmin edir.

Qeyd olunub ki, bu, həm vergi orqanları, həm də vergiödəyiciləri üçün vaxt sərfiyyatını dəfələrlə azaldır. E-audit sayəsində vergi orqanları vergidən yayınan vergi ödəyicilərini vaxtında aşkarlaya və müvafiq tədbirlər görə bilir, nəticədə vergi intizamı güclənir, könüllü əməletmə dərəcəsinin yüksəlməsi və vergi inzibatçılığının cari xərclərinin azalması hesabına büdcə daxilolmalarında artım baş verir. Təhlillərin nəticələrinə görə, e-auditin tətbiq edildiyi təsərrüfat subyektlərində könüllü əməletmə səviyyəsi 90 faizdən yüksəkdir.

Bundan başqa, 2018-ci ildə sahibkarların yoxlama və nəzarət tədbirləri ilə üzləşməməsi üçün onlarla təşviqedici işlər aparılacaq.

Sahibkarlar yoxlamalarla bağlı nazirliyin internet resursları, Çağrı Mərkəzi və digər kanallarla məlumatlandırılacaq. Vergilər Nazirliyinin internet saytındakı “Vergi yoxlamaları: əsaslar və prosedurlar” səhifəsində vergi orqanları tərəfindən aparılan yoxlamaların reqlamenti, eləcə də hüquqi əsasları barədə dolğun məlumatlar yerləşdirilib, həmin resursların isə daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Sahibkarlar həmin məlumat kanalları vasitəsilə öz təsərrüfat subyektlərində aparılan yoxlamaların predmeti, nəticələri haqqında lazımi informasiyalar əldə etmək imkanı qazanırlar. Bütün bu tədbirlərin əsas məqsədi şəffaflığı təmin etməkdir.

Mənbə: azertag.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Dələduzluğu ilə iki şirkəti iflasa uğradan mühasib qadın

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Nijnevartovskidən olan mühasib 13 milyon rubl (362.700 manat) oğurluğuna görə mühakimə olunub.

Rusiyanın Xanti-Mansi Muxtar vilayətində rezonans doğuran hadisə baş verib. Belə ki, kommersiya təşkilatlarının birində mühasib işləyən qadın 13 milyon rubldan artıq pul oğurlamağa müvəffəq olub. Yalnız apellyasiya şikayətindən sonra onun barəsində çıxarılan hökm bir qədər yumşaldılıb və qadın şərti həbs cəzasına məhkum edilib.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, mühasib sözügedən şirkətin pulları ilə öz istədiyi kimi davranıb. Nəticədə iki müəssisə tamamilə iflasa uğrayıb. Sübuta yetirilmiş bu oğurluq faktına baxmayaraq, məhkəmə orqanı qadına qarşı azadlıqdan məhrumetmə cəzası təyin etməyib.

Prokurorluq apellyasiya məhkəməsinin çıxardığı hökmlə razılaşmayb. Belə ki, bundan əvvəlki məhkəmə instansiyası sözügedən oğurluq faktı ilə bağlı beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edibmiş. Bu cinayət əməli ilə bağlı yeni məhkəmə baxışının təyin ediləcəyi istisna olunmur.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az