Gəlirdən çıxılan xərclər

posted in: Xəbər | 0

İşçilərin və onların ailə üzvlərinin asudə vaxtlarını keçirməsi üçün müəssisənin balansında olan so­sial obyektə görə hesablanan amortizasiya ayır­maları gəlirdən çıxılan xərclərə aid edilirmi?

Vergi Məcəlləsinin (VM) 108-ci maddəsinə əsasən VM-in X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Azərbaycan qanunvericiliyinə görə, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir (VM, maddə 109.3).

Qeyd olunanlara əsasən:

Müəssisənin balansında olan həmin əmlak gəlirin əldə edilməsində iştirak etmədiyinə görə həmin əmlaka görə hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılmır.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin misalla izahı

posted in: Vergi, Xəbər | 0

Sual: Şirkət müştəri trafikini və müştərilərin loyallığını artırmaq üçün kampaniya keçirərsə, bu kampaniya çərçivəsində şirkət satdığı bir məhsulu/xidməti müştərilərinə 30% endirimlə sata bilərmi? Qeyd etmək istəyirəm ki, şirkət MMC-dir və ƏDV ödəyicisidir. Məsələn: 20 AZN-lik bir məhsulu 30% endirimlə, yəni 14 AZN-ə sata bilərmi?
14.3.3. maddə – 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; Daha da aydın olması baxımından bu maddəyə bir misal verə bilərsinizmi?

Cavab: Bildiririk ki, qiymətin formalaşdırılmasının hər bir halda şirkətin hüququ olduğunu nəzərə alaraq şirkət istənilən qiyməti tətbiq etmək hüququndadır.

Bununla belə, eyni mal 30 gün ərzində 30 faizdən aşağı qiymətə satıldıqda vergitutma məqsədləri üçün əsas kimi güzəştli faktiki satış qiyməti deyil, bazar qiyməti, yəni güzəşt verilən dövrədək tətbiq olunan qiymət əsas götüləcəkdir.

Qeyd olunanın daha aydın başa düşülməsi məqsədi ilə diqqətinizə aşağıdakı misal gətirmək istərdik:

“A” vergi ödəyicisi fevral ayının 5-də mebeli 1.320 manata, “B” vergi ödəyicisi isə fevral ayının 1-də eyni növ mebeli bazar qiyməti olan 2.200 manata təqdim etmişdir.

Göründüyü kimi, “A” vergi ödəyicisi eyni növ mebeli “B” vergi ödəyicisi ilə müqayisədə 30 gün ərzində 40% aşağı qiymətə təqdim etmişdir ((2.200-1.320)*100:2.200=40). Belə olan halda vergi orqanının “A” vergi ödəyicisinin təqdim etdiyi mebelə görə vergiləri bazar qiymətini əsas götürərək 2.200 manatdan hesablamaq hüququ vardır.

Bax: Vergi Məcəlləsinin 14-cü maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergilər Nazirliyində yeni departament yaradılıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergi orqanlarına işə qəbula hazırlaşanlar üçün ədəbiyyat siyahısı

posted in: Vergi, Xəbər | 0

Dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunacaq 100 sualı əhatə edən

Ədəbiyyat siyahısı – 1

(iqtisadçı və digər ixtisaslar üçün)

1. Azərbaycan Respublikasının Konstitusiyası  

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi – 1, 2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997,1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi – 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 450-451, 460- 461  467, 530-532, 545, 598, 602-ci maddələr

5. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu

6. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

7. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu

8. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

10.  “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu

11. “Vergilər Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12. İqtisadi nəzəriyyə, Maliyyə, Büdcə Sistemi (“Makroiqtisadiyyata giriş” Məmmədhəsən Meybullayev və Qreqori Mənkyu “Ekonomiksin əsasları”)

13. Mühasibat uçotu (“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”, 2016-cı il 18 yanvar tarixli Q-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”, Q-03 nömrəli 2016-cı il 03 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları” və A.Kərimov “Mühasibat uçotu, vergilər” (nəzəri-praktiki vəsait) – Bakı, 2014)

Qeyd: Müsabiqənin test imtahanı mərhələsində namizədlərə məntiq və informatika sahələri üzrə test tapşırıqları təqdim olunmayacaq.

 

Ədəbiyyat siyahısı – 2

(hüquqşünaslıq ixtisası üçün)

1. Azərbaycan Respublikasının Konstitusiyası

2.“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi – 1,2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997,1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi – 1-23, 30, 40-2, 41-45-ci fəsillər

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi  – 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 450-451, 460- 461  467, 530-532, 545, 598, 602-ci maddələr

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi – 1-13-cü fəsillər

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsi –  2-12,19,28,31-32-ci maddələr, 7-ci fəsil, 57,62-ci maddələr, 10-11-ci fəsillər, 89-91 və 94-cü maddələr, 15-16-cı fəsillər, 114, 122-124-cü maddələr, 19-20-ci fəsillər, 131-132, 137, 154, 175, 179 və 186-cı maddələr

9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi – 1-7-ci fəsillər, 41-44, 46, 55, 75, 162-1, 192, 192-1, 193, 205-1, 205-2, 213, 213-1, 303, 306-cı maddələr

10. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi – 1-4, 6, 8-11, 14-16-cı fəsillər, 154-157-ci maddələr, 18-19, 23-28, 30-31 və 34-38-ci fəsillər

11. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu

12. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

14. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu,

15. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

  1. 17.  “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

18. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu

19. “Vergilər Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qeyd: Müsabiqənin test imtahanı mərhələsində namizədlərə məntiq və informatika sahələri üzrə test tapşırıqları təqdim olunmayacaq.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az