» » » Gəlirdən çıxılan xərclər

Gəlirdən çıxılan xərclər

posted in: Xəbər | 0
birbank biznes

İşçilərin və onların ailə üzvlərinin asudə vaxtlarını keçirməsi üçün müəssisənin balansında olan so­sial obyektə görə hesablanan amortizasiya ayır­maları gəlirdən çıxılan xərclərə aid edilirmi?

Vergi Məcəlləsinin (VM) 108-ci maddəsinə əsasən VM-in X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Azərbaycan qanunvericiliyinə görə, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir (VM, maddə 109.3).

Qeyd olunanlara əsasən:

Müəssisənin balansında olan həmin əmlak gəlirin əldə edilməsində iştirak etmədiyinə görə həmin əmlaka görə hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılmır.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az