» » » Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin misalla izahı

Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin misalla izahı

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Şirkət müştəri trafikini və müştərilərin loyallığını artırmaq üçün kampaniya keçirərsə, bu kampaniya çərçivəsində şirkət satdığı bir məhsulu/xidməti müştərilərinə 30% endirimlə sata bilərmi? Qeyd etmək istəyirəm ki, şirkət MMC-dir və ƏDV ödəyicisidir. Məsələn: 20 AZN-lik bir məhsulu 30% endirimlə, yəni 14 AZN-ə sata bilərmi?
14.3.3. maddə – 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; Daha da aydın olması baxımından bu maddəyə bir misal verə bilərsinizmi?

Cavab: Bildiririk ki, qiymətin formalaşdırılmasının hər bir halda şirkətin hüququ olduğunu nəzərə alaraq şirkət istənilən qiyməti tətbiq etmək hüququndadır.

Bununla belə, eyni mal 30 gün ərzində 30 faizdən aşağı qiymətə satıldıqda vergitutma məqsədləri üçün əsas kimi güzəştli faktiki satış qiyməti deyil, bazar qiyməti, yəni güzəşt verilən dövrədək tətbiq olunan qiymət əsas götüləcəkdir.

Qeyd olunanın daha aydın başa düşülməsi məqsədi ilə diqqətinizə aşağıdakı misal gətirmək istərdik:

“A” vergi ödəyicisi fevral ayının 5-də mebeli 1.320 manata, “B” vergi ödəyicisi isə fevral ayının 1-də eyni növ mebeli bazar qiyməti olan 2.200 manata təqdim etmişdir.

Göründüyü kimi, “A” vergi ödəyicisi eyni növ mebeli “B” vergi ödəyicisi ilə müqayisədə 30 gün ərzində 40% aşağı qiymətə təqdim etmişdir ((2.200-1.320)*100:2.200=40). Belə olan halda vergi orqanının “A” vergi ödəyicisinin təqdim etdiyi mebelə görə vergiləri bazar qiymətini əsas götürərək 2.200 manatdan hesablamaq hüququ vardır.

Bax: Vergi Məcəlləsinin 14-cü maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az