İşçilərin attestasiyadan keçməsi hansı qaydada aparılır?

posted in: Xəbər | 0

Sual: İşçilərin attestasiyasıdan keçməsi hansı qaydada aparılır?

Cavab: İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə və  Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun həyata keçirilir.

Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.

Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin  başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı  keçməli olan işçilərin nəzərinə çatdırılır.

Xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (tibb işçiləri, pedaqoji  işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə  mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir.

Elmi işçilərin attestasiyası keçirilərkən attestasiya komissiyasının tərkibinə təşkilatdakı elmi şura üzvlərinin nümayəndələri daxil edilir. Nomenklatura işçilərinin attestasiyasını onları işə təyin və ya təsdiq edən orqanların attestasiya komissiyaları həyata keçirir.

Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe  olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir.

Attestasiya komissiyası üzvlərinin attestasiyası işlədikləri bölmələrin kollektivləri ilə birgə aparılır. Bu zaman attestasiyadan keçən  attestasiya komissiyasının üzvü səsvermədə iştirak etmir.

İşçilərin sayı çox olan müəssisələrdə eyni hüquqa malik bir neçə attestasiya komissiyaları yaradıla bilər. Komissiyaların tərkibi  attestasiyadan keçən işçinin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçinin konkret vəzifədə istifadə olunması imkanları haqqında  tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməlidir.

İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır.

Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər.

Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi  ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə  peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi  nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

Mənbə: nhmt-az.org

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

2000 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Retail company

Vəzifə öhdəlikləri:

• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək
• Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
• Mühasibat keçirmələrin qeydiyyatını və hesablara köçürülməsini, mühasibat uçotunun ayrı-ayrı sahələri üzrə sadə hesablamaları aparmaq;
• Bank hesabı və nağd pulun hərəkətini təşkil etmək;
• Gömrük bəyannamələrinin doldurulması və icra prosesinə nəzarət etmək;
• Müəssisənin reqlamentinə uyğun görülən işlərin nəticələrinə əsasən hesabatların hazırlanması ;

Tələblər:

• Mühasibat uçotunun təşkilinin əsasını;
• Uçot sənədləri üzrə ilkin sənədlərin formasını və onların doldurulma qaydasını bilməli;
• Hesablamaların aparılması və hesabatın tərtib olunma qaydasını;
• Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli; ;
• 1 C proqramında iş təcrübəsi ;

Əlaqə:

Telefon: (+99412) 5961868

Email: jobs@hcb.az

Əmək haqqı: 1500-2000 AZN

Mənbə: hcb.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Əmək müqaviləsində göstərilməsi tələb olunan şərtlər hansılardır?

posted in: Müqavilələr, Xəbər | 0

İşçi ilə işəgötürən arasında əmək müqaviləsi 2 nüsxədən az olmayaraq tərtib olunmaqla yazılı formada bağlanılır, tərəflərin imzası (işəgötürən hüquqi şəxs olduqda – möhürü ilə də) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:
• işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, fin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
• işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
• işçinin iş yeri, vəzifəsi (peşəsi);
• əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
• əmək müqaviləsinin müddəti;
• işçinin əmək funksiyası;
• işçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək
məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
• tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
• işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi
üçün şəraitin yaradılması;
• tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
• ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta
şəhadətnaməsinin nömrəsi (SSN);
• işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd.
Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

 

Azərbaycanda siyasi partiyaların əksəriyyəti auditdən keçməyib

posted in: Audit, Xəbər | 0

2017-ci il üzrə 67 507 məcburi audit obyektindən 2134-ü (3,2%-i) auditdən keçib.

Bu barədə Auditorlar Palatası istinadən xəbər verir.

2016-2017-ci illər ərzində məcburi audit subyektlərinin təşkilati-hüquqi forması üzrə göstərilmiş auditor xidmətlərinin təhlili nəticəsində müəyyən edilib ki, 2016-cı il ərzində respublika üzrə 67 507 məcburi audit obyektindən 1507-si (2,2%-i), 2017-ci ildə isə 2134-ü (3,2%-i) auditdən keçib. 2016-2017-ci illər müqayisə edildikdə məcburi auditdən keçən təsərrüfat subyektlərinin sayında 1,0% artım müşahidə edilib.

Məcburi auditdən keçməli olan 1546 səhmdar cəmiyyətindən 231-i və ya 14,9%-i, 64 246 MMC-dən 569 və ya 0,9%-i, 1608 bələdiyyədən 1265 və ya 78,7%-i, 55 siyasi partiyanın 17-si və ya 30,9%-i, 30 bankın və 22 sığorta təşkilatının hamısı auditdən keçib.

Beləliklə, məcburi audit subyektlərində auditdən keçənlərin xüsusi çəkisi səhmdar cəmiyyətləri üzrə 16,2%-dən 14,9%-ə qədər azalıb, məsulliyətli cəmiyyətləri üzrə 0,8%-dən 0,9%-ə qədər artıb, bələdiyyələr üzrə 41,1%-dən 78,7%-ə qədər artıb, siyasi partiyalar üzrə 21,8%-dən 30,9%-ə qədər artıb.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az