Malların əvəzsiz olaraq verilməsi zamanı elektron qaimə-faktura verilməlidir?

posted in: Xəbər | 0

Sual 1: 100 % Dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan hüquqi şəxs özünün tabeliyində olan 100 % dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan (hüquqi şəxs olan) təşkilatlarına malların əvəzsiz olaraq (dəyəri ödənilmədən) verilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidirmi? Elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidirsə qanunvericiliyin hansı normativ hüquqi aktlarına əsasən? Elektron qaimə-faktura ilə rəsmiləşdirilməməlidirsə hansı ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir?
Sual 2: 100 % Dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan hüquqi şəxs özünün tabeliyində olan 100 % dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan (hüquqi şəxs olan) təşkilatlarına mallar əvəzsiz olaraq (dəyəri ödənilmədən) verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası (forma nömrə QF02) ilə rəsmiləşdirilməlidirmi?

Cavab: Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Malların əvəzsiz olaraq verilməsi malların təqdim olunması hesab olunduğunu nəzərə alaraq sorğunuzda qeyd olunan halda elektron qaimə-fakturası verilməlidir.

Əlavə olaraq onu da qeyd edək ki, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” malların vergi ödəyicisinə məxsus bir təsərrüfat obyektindən onun özünə məxsus digər təsərrüfat obyektinə nəql edilməsi ilə rəsmiləşdirə bilər, sorğunuzda qeyd olunan halda isə bir vergi ödəyicisi digər vergi ödəyicilərinə malları təqdim edir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Smart Audit MMC-də vakansiya

“SMART AUDİT” MMC “Maliyyə Departamentinin Mütəxəssisi” vakansiyası üzrə işçi axtarır.

Vəzifə təlimatları:

• Vergi və mühasibat uçotunun aparılması;
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Aylıq olaraq baş ofisə təqdim olunan daxili maliyyə hesabatlarının hazırlanması;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
• Dövlət orqanlarına, banklara məktubların yazılması;
• Müştərilərin Maliyyə Vəziyyəti haqqında, Mənfəət və Zərər haqqında, Pul Vəsaitlərinin Hərəkəti, Kapitalda Dəyişikliklər haqqında hesabatlarının hazırlanması;
• Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
• Hazırlanmış vergi bəyənnamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
• Mal-materialların uçotunun aparılması;
• E-taxes.gov.az saytında elektron poçt qutusuna daxil olan məktubların cavablandırılması;
• Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• 1C 7.7, 8.3 üzrə biliklər olmalıdır;
• Vergi Məcəlləsi üzrə orta səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Peşəkar inkişafa meyllilik;
• Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.

İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;

Əmək haqqı: 600 – 700 AZN.

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Departamentinin Mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: turana.asadova@smartaudit.az

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Bank sirri ləğv edildi, borcunuzu yad adamlar öyrənə bilər

posted in: Bank, Xəbər | 0

Banklar haqqında qanuna bir sıra yeni dəyişikliklər edilmişdir. Dəyişikliklər əsasən qanunun 2 maddəsini – 35 (Banklar arasında münasibətlər) və 41-ci (Bank sirri) maddələri əhatə edir.

Tanınmış hüquqşünas Pərviz Məmmədov bildirdi ki, dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, borcalanlar barədə məlumatlar təkcə Mərkəzləşmiş Kredit Reyestrində deyil, həm də kredit bürolarında toplanılacaq. Həmçinin Bank sirri maddəsinə edilmiş dəyişikliyə əsasən borcalanlar barədə məlumatların Kredit bürolarına verilməsi bank sirrinin yayılması hesab edilməyəcəkdir:

“Edilmiş dəyişikliyin digər bir maraqlı cəhəti isə ondan ibarətdir ki, 35.4-cü maddədən “Kredit reyestrlərində olan məlumatlar yalnız banklara ,”Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin maliyyə bazarlarına nəzarət orqanına) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. Kredit reyestrlərində toplanan və oradan alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur” cümləsi çıxarılmışdır və bu da öz növbəsində borcalanlar barəsində, Mərkəzləşmiş Kredit reyestrində olan məlumatları əldə etməyə hüquq olan şəxslərin dairəsinə olan məhdudiyyət qaldırılmışdır.

Bu dəyişiklik Mərkəzləşmiş Kredit Reyestrində olan məlumatların istənilən şəxs tərəfindən əldə edilməsinə icazə verilməsi anlamına gələ bilir”.

35.4-cü maddənin əvvəlki redaksiyada olan məzmunu belə idi:

35.4. Banklar bank sisteminin etibarlılığını təmin etmək məqsədilə  borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.

Maliyyə bazarlarına nəzarət orqanının icazəsi və müəyyən etdiyi şərtlər daxilində banklar öz aralarında da xüsusi kredit reyestri yarada bilərlər.

Kredit reyestrlərində olan məlumatlar yalnız banklara ,”Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin maliyyə bazarlarına nəzarət orqanına) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. Kredit reyestrlərində toplanan və oradan alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədilə məlumatlar ödənişli əsaslarla verilir.

Həmin maddənin yeni redaksiyada verilən məzmun isə belədir:

35.4. Banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Bu dəyişiklik Mərkəzləşmiş Kredit Reyestrində olan məlumatların istənilən şəxs tərəfindən əldə edilməsinə icazə verilməsi anlamına gələ bilər və gələcəkdə müxtəlif məhkəmə mübahisələrinə yol aça bilər”,- hüquqşünas əlavə etdi.

Müəllif: Pərviz Məmmədov

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergilər Nazirliyində yeni kadr təyinatı

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.

Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib. O, bu təyinatadək Dövlət Gömrük Komitəsində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin yanvarın 28-də imzaladığı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam ilə gömrük xidməti polkovniki  Azər Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.

Mənbə: apa.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az