Azərbaycanda riskli vergi ödəyicilərinin sayı azalıb

posted in: Xəbər | 0

2024-cü idə Azərbaycanda riskli vergi ödəyiciləri siyahısına daxil edilmə halları 2023-cü illə müqayisədə 62 % azalaraq 2,4 minə düşüb

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, sənədə əsasən, ötən il 145,9 min vergi ödəyicisinin alış olmadan 263 min sayda 1 milyard 123,4 milyon manat məbləğində elektron qaimə-faktura təqdim etdiyi aşkar edilib. Əvvəlki il bunu etmiş vergi ödəyicilərinin sayı 187,7 min olub, 333,3 min sayda 1 milyard 330,5 milyon manat məbləğində elektron qaimə-faktura təqdim olunub.

Nəticədə bu əməliyyatlarda vergi ödəyicisi üzrə 22 %, elektron qaimə-faktura sayı üzrə 21 %, elektron qaimə-faktura məbləği üzrə isə 16 % azalma olub.

İdxal-ixrac əməliyyatları zamanı üstünlük əldə etmək məqsədilə müxtəlif yayınma sxemlərinin iştirakçısı olmaqla riskli əməliyyatlar aparan vergi ödəyiciləri barədə aparılan araşdırmalar nəticəsində Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən 37 vergi ödəyicisinin riskli hesab edilməsi barədə qərar çıxarılıb.

Bundan əlavə digər strukturlardan daxil olmuş riskli əməliyyatlar aparması ehtimal olunan 1 670 vergi ödəyicisinin fəaliyyətinə münasibət bildirilib, onlardan 1 572-si Nazirlər Kabinetinin meyarlarına əsasən riskli hesab edilmiş və barələrində qərar çıxarılıb.

Mənbə: report.az

Məkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

Hansı hallarda işçinin orta əməkhaqqısı saxlanılır?

posted in: Xəbər | 0

Mövzunu insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova şərh edir.

Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.

Aşağıdakı hallarda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır:

  • şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda;
  • İctimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə;
  • seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;
  • müvafiq dövlət hakimiyyəti orqanlarının, ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;
  • kollektiv danışıqların aparılmasında, kollektiv müqavilələrin, sazişlərin hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrinin həlli üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə;
  • fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə;
  • mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb olunduqda;
  • hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;
  • hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;
  • işəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə;
  • yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə;
  • müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda;
  • donor kimi tibbi müayinədən keçdikdə, qan və qan komponentləri verdikdə;
  • tibbi müayinədən keçən zaman tibb müəssisəsində olduqları vaxt ərzində;
  • öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə;
  • bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda;
  • hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.

Əmək Məcəlləsinin 224-cü maddəsinə əsasən, əsasən işçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əməkhaqqı saxlanılmaq şərtilə başqa iş verməlidir.

Əmək Məcəlləsinin 230-cu maddəsində isə göstərilib ki, işçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əməkhaqqı saxlanılır.

Eləcə də yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda, hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır.

Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Misal: İşçi müəssisədə anbardar vəzifəsində çalışır. Mart ayında 10 günlük hərbi toplanışa çağırılıb. Bu halda həmin günlər üçün onun orta əməkhaqqını hesablamaq üçün əvvəlki 2 ayda gəlirlərini iş günlərinin sayına bölməklə hesablamaq lazımdır. Tutaq ki, fevral ayında 20 iş günü və 500 manat gəliri, yanvar ayında isə 18 iş günü və 500 manat gəliri olub. Bu şərtlərlə hesablama aşağıdakı kimi aparılacaq:

500 + 500 = 1.000 manat;
18 + 20 = 38 gün;
1.000 : 38 = 26.31 (1 günlük orta əməkhaqqı məbləği);
26,31 x 10 = 263,1 manat.

Mənbə: vergiler.az

Nikahın qadağan olunduğu şəxslər kimlərdir?

Məkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

posted in: Xəbər | 0

Məkləbli ləvazimatlarının satışı ilə məşğul olan şirkətin 2024-cü ildə gəlirləri təqribi 115.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri isə təqribi 60.000 manat təşkil edib. Şirkət bəzi alınan məhsulları satılan malların yanında ödənişsiz təqdim edir. Məsələn, alıcıya salafan torba, dəftər alana üstündə qələm və s. verilir. Bunun təqribi 3.000 manat hissəsini adi mağazadan almışıq. Bu halda həmin 3.000 manat məbləğ gəlirdən çıxıla bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddəsi

Mənbə: vergiler.az

İşçilərin yemək xərclərinin rəsmiləşdirilməsi ilə bağlı vacib məqamlar

Birbank-da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir

posted in: Xəbər | 0

Müasir və innovativ həlləri ilə müştərilərinə daim faydalı imkanlar təqdim edən Birbank daşınmaz əmlak sahibləri üçün sərfəli imkanlar yaradır. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış və qeyri-yaşayış sahələri alanlar ödəmiş olduqları ƏDV-nin 30%-ni geri ala bilərlər.

ƏDV-nin geri qaytarılması üçün alıcı ödənişi nağdsız qaydada tam şəkildə etdikdən sonra 90 gün ərzində müraciət etməlidir. Bu xidmət yalnız 500 kvadratmetrdən çox olmayan və yalnız mənzil-tikinti kooperativlərindən (MTK) alınan yaşayış və ya qeyri-yaşayış əmlaklarına şamil edilir. Bu imkandan faydalanmaq üçün www.e-taxes.gov.az portalında qeydiyyatdan keçmək və tələb olunan sənədləri təqdim etmək kifayətdir.

Bu xidmət sayəsində daşınmaz əmlak alarkən əlavə qənaət etmək və maliyyə yükünü azaltmaq mümkündür. Həmçinin, müştəri toplanmış ƏDV məbləğlərini Birbank tətbiqində Birbank kartlarına komissiyasız və limitsiz şəkildə köçürmək şansı qazanır.

Qeyd edək ki, daşınmaz əmlak üzrə ƏDV geri qaytarılarkən, geri qaytarılan məbləğin 0.5%-i xidmət haqqı kimi avtomatik olaraq müştərinin hesabından tutulur.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

İşçilərin yemək xərclərinin rəsmiləşdirilməsi ilə bağlı vacib məqamlar

1 204 205 206 207 208 209 210 2. 396