Şirkətə seçilən adın problem yaratmaması üçün nəzərə alınmalı məqamlar

posted in: Xəbər | 0

Məlum olduğu kimi hər bir fəaliyyət sahəsi öz unikal adı ilə məhsullarını təqdim edir. Unikal adın tapılması isə çox əhəmiyyətlidir. Qanunvericilik hüquqi şəxs kimi fəaliyyət göstərəcək şirkətlərə veriləcək adla bağlı bir sıra məhdudiyyətləri nəzərə almağı məsləhət görür. Əks halda müəssisənin dövlət qeydiyyatına alınması müşkül məsələyə çevrilə bilər. Əvvəla nəzərə almaq lazımdır ki, hüquqi şəxslər üçün ümumi xarakterli məhdudiyyətlərlə yanaşı, fəaliyyətin xüsusiyyəti baxımından spesifik məhdudiyyətlərin də tətbiq edilməsi mümkündür. Əslində spesifik məhdudiyyətlərin tətbiqi üçün əsas ondan ibarətdir ki, hər bir müəssisə onlara verilmiş fəaliyyət sahəsindən kənar fəaliyyətlə məşğul olmasın yaxud əksinə lisenziyası olmayan hüquqi şəxs sanki lisenziyası varmış kimi görünməsin.

Beləliklə, hüquqi şəxslər üçün seçiləcək adlarla bağlı spesifik tələbləri aşağıdakı kimi qeyd etmək mümkündür:

  • Hüquqi şəxsin adında onun təşkilati hüquqi forması (ASC, MMC və s) mütləq göstərilməlidir;
  • Qeyri-kommersiya təşkilarının (ictimai birliklər, fondlar və s) adında onun fəaliyyəti xarakteri (yardım, dəstək və s) göstərilməlidir;
  • Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının (misal: dövlət orqanına dəstək ictimai birliyi və s) adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz;
  • Bank, sığorta şirkəti, bank olmayan kredit təşkilatı, sığorta agenti, sığorta brokeri kimi şirkətlər üçün təsis edildiklərində mütləq adlarının yanında bu fəaliyyətlərə uyğun əlavələrin də olması tələbi gətirilmişdir;
  • Təşkilatın fəaliyyəti bank, ödəniş təşkilatı, investisiya təşkilatı kimi fəaliyyətlərə uyğun deyilsə, onun adında bu fəaliyyətin qeyd edilməsinə icazə verilmir;
  • Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı əksər şirkətlərin adında milli, dövlət, Azərbaycan Respublikası kimi ifadələrin işlədilməsinə icazə verilmir;
  • Bir sıra fəaliyyətlərə (bank, sığorta, ödəniş təşkilatı və s) münasibətdə şirkətlərin adında məna ifadə etməyən sözlərdən istifadəyə icazə verilmir;
  • Hüquqi şəxsin adında milli qəhrəmanların və şəhidlərin adlarından (onların və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz;
  • Şirkətin adında beynəlxalq təşkilatların tam və ya qısaldılmış adlarından istifadə edilə bilməz.

Göründüyü kimi şirkətlərin adını seçərkən yüksək diqqət yetirilməsi vacib olan məqamlar mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, bu tələblərin pozulması şirkətin dövlət qeydiyyatı üçün imtina əsası sayılır.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

Altıgünlük iş həftəsində çalışanlar martda neçə gün tətil edəcək?

Altıgünlük iş həftəsində çalışanlar martda neçə gün tətil edəcək?

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2025-ci il tarixli 23 nömrəli Qərarına əsasən, 2025-ci iln 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel günlərinin yerləri dəyişdirilib. Beləliklə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə beşgünlük iş həftəsində 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri istirahət günləri, 10 mart və 1 aprel tarixləri isə iş günləri olacaq. Bəs altıgünlük iş həftəsində çalışan işçilər üçün iş və istirahət günləri hansı qaydada tənzimlənəcək? Suala insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir.

Altıgünlük iş həftəsində istirahət günlərinin sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilib. Həmin qərarla 2025-ci ilin istehsalat təqviminə əsasən, iş və istirahət günlərinin tarixləri müəyyən olunub. Qərarın 1 nömrəli əlavəsində 2025-ci ildə bayramlarla əlaqədar qeyri-iş günlərinin tarixləri açıqlanıb.

Kollegiyanın qərarına əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2024-cü il 28 noyabr tarixli 499 nömrəli və “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli qərarlarına əsasən, 2025-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə əlaqədar beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir.

Beləliklə, altıgünlük iş həftəsində mart ayında Novruz bayramı və Ramazan bayramı ərəfəsində istirahət günləri aşağıdakı kimi olacaq:

Novruz bayramı: 20, 21, 22, 23, 24, 25 mart tarixləri (6 gün);

Ramazan bayramı: 30, 31 mart və 1 aprel tarixləri (3 gün).

Mənbə: vergiler.az

Dövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri

Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı

posted in: Xəbər | 0

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini təklif edir. Başdan-başa onlayn biznes krediti sahibkarların maliyyə ehtiyaclarını minimum vaxt itkisi və maksimum rahatlıqla həll etməyə imkan yaradır. Bu innovativ məhsul sayəsində biznes sahibləri bank filialına getmədən, zaminsiz və tam onlayn şəkildə 50 000 AZN-dək kredit əldə edə bilərlər.

Mikro biznes krediti üçün müraciət prosesi olduqca rahat və sadədir. Belə ki, müştəri kredit əldə etmək üçün Birbank Biznes mobil tətbiqi vasitəsilə müraciət etməlidir. Müraciətin ardından dərhal sahibkara uyğun kredit məbləği hesablanaraq ona təqdim edilir. Müştəri məbləği əldə etmək istədiyi halda heç bir əlavə təsdiqə gərək olmadan yalnız üz tanıtma (DVS) və 3D təhlükəsizlik (OTP) kodu vasitəsilə kreditini təsdiqləyir və məbləğ anındaca onun şəxsi hesabına köçür. Ətraflı məlumat üçün: https://onelink.to/ej5bbu

Bu xidmət sahibkarlar üçün anında kredit əldə etmək imkanı, yüksək sürətli və rahat proses, aşağı faiz dərəcəsi, eləcə də zaminsiz tam onlayn kredit alma üstünlüklərini təqdim edir.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

DVX: “Yeni Vergi Məcəlləsində iqtisadi artımı təşviq edən vergi alətləri tətbiq ediləcək”

Birbank Biznes-in innovativ bonus proqramı: daha çox istifadə, daha çox qazanc

posted in: Xəbər | 0

Birbank Biznes korporativ müştərilərinin ehtiyaclarını qarşılamaq onlara daha yaxın olmaq məqsədilə loyallıq proqramını təqdim edir. Birbank Biznes-dən istifadə edən hüquqi şəxslər fərdi sahibkarlar üçün nəzərdə tutulan layihə  çərçivəsində müştərilər bank əməliyyatlarını həyata keçirdikcə bonuslar qazana, topladıqları bonusları əməliyyatlar zamanı istifadə edə bilərlər.

Loyallıq proqramının əsas xüsusiyyətləri:

Bonus qazanmaq imkanı: Həyata keçirilən hər bir ölkədaxili köçürmə, ölkəxarici köçürmə valyuta mübadiləsi əməliyyatı müştərilərə bonuslar qazandırır. Bu, hər bir əməliyyatın müştərilər üçün əlavə dəyər yaratması deməkdir. Bonusların toplanması Birbank Biznes istifadəçilərinin gündəlik biznes fəaliyyətlərini daha da sərfəli hala gətirir.

Bonusların istifadəsi: Toplanan bonuslar müştərilərə bankdaxili əməliyyatlarının komissiyalarını qismən ya tam ödəmək imkanı yaradır. Bu, əməliyyat xərclərini optimallaşdırmağa maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verir. Bu isə müştərilər üçün sərfəli olmaqla yanaşı, həm onlara bizneslərinin maliyyə idarəetməsini gücləndirmək imkanı verir.

Loyallığın artırılması: Bu proqram korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığı hədəfləyir. Belə ki, müştərilərin əməliyyatlarına əlavə fayda qataraq onlara bankın müxtəlif məhsul xidmətlərindən daha geniş istifadə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız bir məhsul üzrə deyil, bir neçə məhsul üzrə daha fəal effektiv şəkildə fəaliyyət göstərərək bizneslərinə dəyər qata bilərlər.

Ətraflı məlumat üçün link: https://kbl.az/bbpr  

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin ya 896 məlumat mərkəzinə zəng edin.

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu seçildi

1 203 204 205 206 207 208 209 2. 387