Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika qeydə alınıb

posted in: Xəbər | 0

Bu ilin yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin dekabr ayına nəzərən 67 min ədəd artaraq 19,96 milyonu ötüb.

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,8 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 18,1 faiz, kredit kartları üzrə 0,3 faiz təşkil edib.

Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.

2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,845 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,052 milyon manatı POS-terminallar, 3,1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68,5 faizini təşkil edib.

Mənbə: vergiler.az

2025-ci ildə fərdi sahibkarlar nə qədər sosial sığorta haqqı ödəməlidirlər?

Hansı hallarda işəgötürən və işçi arasında yazışmalar ƏMAS vasitəsilə həyata keçirilə bilər?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 10-a yaxın maddəsinə ərizə və ya xəbərdarlıq formaları ilə baglı “kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə” sözləri əlavə edilib. Dəyişikliklərə qədər işəgötürən və işçi arasında yazışmalar kağız daşıyıcıda aparılsa da, son dəyişikliklərdən sonra bu prosesin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi mümkün olub. Bunun üçün ƏMAS altsistemində “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsi yaradılıb. Həm işçi, həm də işəgötürən tərəfindən məlumatların elektron formada yazışmaları həmin bölmə vasitəsilə baş tutacaq.

Qeyd edək ki, işçi və ya işəgötürənin kağız daşıyıcıda müraciət etməsi də mümkündür. Bu halda da kağız daşıyıcıda həyata keçirilən müraciətlərin hüquqi qüvvəsi olacaq. Çünki Əmək Məcəlləsinin müvafiq maddələrində edilən dəyişikliklərdə “kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə” ifadəsi yer alıb.

Bəs yazışmalar hansı hallarda kağız daşıyıcıda və ya ƏMAS vasitəsilə həyata keçirilə bilər? Əmək Məcəlləsində işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda xəbərdarlığın (maddə 77) və intizam tənbehinin veriməsinin (maddə 186) elektron daşıyıcıda təqdim olunması ilə bağlı hər hansı dəyişiklik aparılmayıb.

Əmək Məcəlləsində edilmiş son dəyişikliklər nəticəsində yazışmaların kağız və ya elektron daşıyıcıda aparılmasını nəzərdə tutan maddələrlə bağlı cədvəli təqdim edirik:

N Əmәk Mәcәllәsinin müvafiq maddәsi Müddәt Mәlumatın forması
1 Sınaq müddәti zamanı xitamın rәsmilәşdirilmәsi (Maddә 53) 3 gün әvvәl Xәbәrdarlıq
2 Əmәk şәraitinin şәrtlәrinin dәyişdirilmәsi (Maddә 56) Azı 1 ay әvvәl Xәbәrdarlıq
3 Əmәk müqavilәsinә işçi tәrәfindәn xitam verilmәsi (Maddә 69.1) Azı 1 ay әvvәl Ərizә
4 İşçi tәrәfindәn sәbәb göstәrmәklә әmәk müqavilәsinә xitam verilməsi

(Maddә 69.3)

Müddәt müәyyәnlәş mәyib Ərizә
5 İşçi vəzifəsindən azad olunduqda işәgötürәn tәrәfindәn hәmin vәzifәyә

(peşәyә) yeni işçinin götürülmәsi barәdә (Maddә 69.4)

Müddәt müәyyәnlәş mәyib Xәbәrdarlıq
6 İşçinin öz әrizәsini etibarsız etmәsi haqqında (Maddә 69.6) Mәzuniyyәt müddәti bitәnәdәk Ərizә
7 Müddәtli әmәk müqavilәsi bitdiyi zaman uzadılmama haqqında (hәm işәgötürәn, hәm işçi tәrәfindәn) (Maddә 73) Müddәtli әmәk müqavilәsinin müddәtinin

bitmәsinә azı bir hәftә qalmış

Xәbәrdarlıq
8 İşlərin vә ya göstәrilәn xidmәtlәrin hәcminin azalması ilә әlaqәdar

müәyyәn dövr keçdikdәn sonra işçi ilә yenidәn әmәk müqavilәsi bağlanacağı şәrti üzrә öhdәlik (Maddә 75)

Müddәt müәyyәn edilmәyib Öhdәlik
9 Bütün növ mәzuniyyәtlәrin verilmәsi üçün işçinin müraciәti (Maddә 138) Müddәt müәyyәn edilmәyib Ərizә

Mənbə: vergiler.az

2025-ci ildə fərdi sahibkarlar nə qədər sosial sığorta haqqı ödəməlidirlər?

Bir neçə etibarnamə növü “mygov” platforması üzərindən verilə biləcək

posted in: Xəbər | 0

Azərbaycanda bir neçə notariat xidməti “mygov” rəqəmsal hökumət platformasına inteqrasiya edilib.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Məlumata görə, vətəndaşlar “mygov” platforması vasitəsilə də aşağıdakı notariat xidmətlərindən yararlana bilərlər:

Nəqliyyatdan istifadə etibarnaməsi:

Nəqliyyatdan istifadə etibarnaməsi bir şəxsin digər şəxsə nəqliyyat vasitəsini idarə etmək və ümumilikdə ondan istifadə etmək hüququnu verməsini nəzərdə tutur.

Vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnaməni üçüncü şəxslərə video təsdiqləmə prosesi ilə rəqəmsal qaydada verə bilərlər. Bu xidmətin istifadəsi zamanı avtomobil məlumatlarının daxil edilməsi, hər iki tərəfin əlaqə məlumatlarının təqdim edilməsi, video vasitəsilə təsdiqlənmə və ödənişin edilməsi tələb olunur.

Nəqliyyata sərəncam etibarnaməsi:

Bu etibarnamə, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (satma, bağışlama, ipoteka və s.) kimi səlahiyyətləri digər şəxsə ötürməyə imkan verir. İstifadəçilər “Nəqliyyata sərəncam etibarnaməsi” xidməti vasitəsilə nəqliyyat vasitələrinə aid xüsusi səlahiyyətlər təyin edərək etibarnamə verə bilərlər. Proses avtomobil məlumatlarının daxil edilməsini, xüsusi səlahiyyətlərin seçilməsi, video təsdiqlənmə və ödənişin edilməsini əhatə edir.

Qurumlarda təmsilçilik etibarnaməsi:

Bu xidmət istifadəçilərə müxtəlif qurumlarda özlərini təmsil etmək üçün başqalarına etibarnamə verməyə imkan verir. Prosesdə təmsilçinin məlumatlarının təqdim edilməsi, təmsil olunacaq qurumların seçilməsi, video vasitəsilə təsdiqlənmə və ödəniş mərhələləri mövcuddur. Bu, vətəndaşların müxtəlif qurumlar qarşısında nümayəndəlik hüquqlarını təhlükəsiz şəkildə başqasına həvalə etməsini təmin edir.

Etibarnamələrə xitam:

“mygov” platforması üzərindən istifadəçilər əvvəlki etibarnamələrini rəqəmsal qaydada ləğv edə bilərlər. Bu xidmət xüsusi etibarnamənin seçilməsi, hüquqi izahatlarla tanışlıq, video təsdiqlənmə və ödəniş edilməsini əhatə edir. Bu, istifadəçilərə əvvəlki etibarnamələrinin statusuna tam nəzarət imkanı yaradır.

Bu yeniliklər sayəsində vətəndaşlar təhlükəsiz formada və vaxt itirmədən notariat xidmətlərindən artıq “mygov” platformasından istifadə edərək də yararlana bilərlər.

Mənbə: apa.az

Şirkətə seçilən adın problem yaratmaması üçün nəzərə alınmalı məqamlar

Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib

posted in: Xəbər | 0

Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, nəmin məhsulların alıcılarının elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməsi tələbləri ləğv edilib.

Qərara nəzər yetirin:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDVnin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1354 (Cild I); 2024, № 3, maddə 359, № 7, maddə 930) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci, 1.7-ci, 1.8-ci bəndlər ləğv edilsin.

2. 2.1-ci bəndin dördüncü abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və beşinci abzas ləğv edilsin.

3. 3.2-ci bənd üzrə:

3.1. 3.2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: “Vergi ödəyicilərinin ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən ƏDV-nin depozit hesabından vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün vergi öhdəliklərinin yaranması ardıcıllığına uyğun olaraq ödəniş tapşırığı, dövlət büdcəsinə ödənilmiş vəsaitlərə dair “Kassa xərclərinin sifarişi” (2 nömrəli əlavə) və “ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında” Reyestr (3 nömrəli əlavə) elektron imzalarla təsdiq edilərək elektron formada saat 14:30-dək DXA-ya təqdim edilir.”;

3.2. ikinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Kassa xərclərinin sifarişi” (2 nömrəli əlavə) DXA tərəfindən elektron imza ilə təsdiq edildikdən sonra təsdiq barədə məlumat növbəti iş günündə elektron formada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilir.”.

4. 4.6-cı bəndin ikinci abzasında “11:30-dək” sözləri “14:15-dək” sözləri ilə və üçüncü abzasında “11:30-dan” sözləri “14:15-dən” sözləri ilə əvəz edilsin.

5. Həmin Qaydalara 4 nömrəli əlavənin adında “vergi-hesab fakturası” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilsin və “Əlavə № 4” sözlərindən sonra abzasdan “ƏDV-nin sub-uçot hesabının hərəkəti” sözləri əlavə edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Mənbə: report.az

Şirkətə seçilən adın problem yaratmaması üçün nəzərə alınmalı məqamlar

1 202 203 204 205 206 207 208 2. 387