ƏMAS-da ştat vahidi və vəzifə maaşı ilə bağlı tələblər

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir

Əmək Məcəlləsində dəyişikliyə qədər bəzi həmkarlar hesab edirdilər ki, bu Məcəllədə ştat cədvəli anlayışı olmadığı üçün ştat vahidlərini əks etdirən cədvələ ehtiyac yoxdur. Artıq Əmək Məcəlləsinin 3-cü, “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” maddəsinə ştat (ştat vahidi) anlayışı əlavə edilib. Məcəllənin 3-cü maddəsinə əlavə edilmiş 8-1-ci bəndə əsasən, ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid hesab edilir.

Maddədən göründüyü kimi, işəgötürənin ƏMAS altsistemində yaratdığı ştat cədvəli üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid ştat hesab edilir. Əlavə edilən maddədə diqqət yetiriləsi məqamlara aydınlıq gətirək.

Birinci məqam

İşəgötürənlər ƏMAS altsistemində ştat cədvəli yaratmalıdır. Bu zaman işəgötürənlər üçün işçi sayının önəmi yoxdur. İşəgötürən işçi sayı 1.000 nəfərdən çox olduğu və ya bir nəfər olduğu halda da ƏMAS altsistemində struktur bölmələrdə ştatlar müəyyən etməlidir.

İkinci məqam

ƏMAS altsistemində struktur yaradan işəgötürənlər onu kağız üzərində də qeyd etməlidir. İşəgötürənin icra orqanı (ümumi yığıncaq, idarə heyəti və s.) sturkturu təsdiq etdikdən sonra həmin məlumatlar əsasında ƏMAS altsistemində ştat cədvəli yaradılmalıdır.

Üçüncü məqam

Ştat vahidinə olan minimal tələblərlə bağlıdır. Anlayışdan göründüyü kimi, ştat vahidində işçinin vəzifə (peşǝ) adı və vəzifə (tarif) maaşı əks olunmalıdır.

Misal: İşəgötürən mühəndis vəzifəsi üzrə ştat vahidi yaradırsa, onun vəzifə (tarif) maaşını da cədvəldə qeyd etməlidir. İşəgötürən 2.000 manat vəzifə (tarif) maaşı və aylıq 20 faiz mükafat və ya zərərli iş yerinə görə əməkhaqqına əlavə nəzərdə tutsa da, ştat cədvəlində yalnız vəzifə (tarif) maaşı olan 2.000 manatı qeyd edə bilər.

Dördüncü məqam

İşəgötürən ƏMAS altsisteminə ştat vahidləri haqqında məlumatları daxil etdikdən sonra həmin ştatlar üzrə vakant yerlər yarandıqda məşğulluq orqanlarına göndərişlərin təqdim olunmasını təmin etməlidir. Qeyd edək ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququna aid edilib. Bu səbəbdən də işəgötürən hansısa ştat üzrə işçini uzun müddət ərzində qəbul etməyi planlaşdırmasa, o zaman ləğv etmək hüququna malikdir.

Dövlət məşğulluq orqanları tərəfindən vakant ştatlar üzrə namizədlərin göndərilməsi ƏMAS altsisteminin “Məşğulluq” alt bölməsinin “Göndərişlər” bölməsində öz əksini tapacaq. İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci və 540.3-cü maddələri üzrə cərimə praktikada tətbiq olunmasa da, gələcəkdə həmin cərimələrin işlək hala gətirilməsi gözlənilir. Bir məqamı xüsusi olaraq vurğulayaq ki, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsi üzrə cərimə inzibati xəta haqqında elektron protokol üzrə, yəni ƏMAS altsistemi məlumatlarından əldə edilməklə tətbiq olunacaq.

Beşinci məqam 

Yalnız kağız üzərində ştat cədvəlinin yaradılması ilə bağlı tələbdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nda qeyd edilənlərin ƏMAS altsisteminə daxil edilməsi ilə bağlı istisna olduğu üçün onlar yalnız kağız daşıyıcıda təsdiq edilən cədvəldə qeyd olunur.

Mənbə: vergiler.az

Dövlət rüsumunun büdcəyə köçürülməsinə nəzarət və uçotun təşkili rəqəmsallaşdırılır

Daimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20 manat əlavə vəsait verilir. Verilən məbləğ gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqları üzrə tutulmalara cəlb olunmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarına əsasən, daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Ezamiyyə işçinin daimi iş yerindən müəyyən müddətə başqa yerə göndərilməsidir və işçinin konkret əmək funksiyalarına və birbaşa iş rejiminə aid deyildir.

Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20 manat əlavə vəsait verilir. Nazirlər Kabinetinin qərarında göstərilən 20 manat isə işçi üçün ödənilən gündəlik yemək xərcləridir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.14.1-ci maddəsinə əsasən, iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin qanunvericiliklə nəzərdə tutulan məbləği gəlir vergisindən, məcburi sosial sığorta, işşizlikdən sığorta və icbari tibbi sığorta haqqlarından azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı və Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”

Mənbə: vergiler.az

Vahid bəyannamənin forması və onun əlavələri yeni redaksiyada təsdiq edilib

Dövlət rüsumunun büdcəyə köçürülməsinə nəzarət və uçotun təşkili rəqəmsallaşdırılır

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Əsasnamə “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Sistem rəqəmsal və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə dövlət rüsumu tutan orqanların (qurumların) fəaliyyətini, eləcə də fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqələrin operativ, səmərəli və şəffaf olmasını təmin edir, habelə göstərilən xidmətlərin və saxlanılan məlumatların sistemli və əlçatan olmasına xidmət edir.

Sistemin tətbiqi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, aidiyyəti orqan (qurum) tərəfindən dövlət rüsumunun hesablanmış daxilolmaları ilə bağlı məlumatların real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və həmin müraciətlərə dair aidiyyəti üzrə baxılması prosedurunun səmərəliliyinin artırılmasını, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə nəzarətin və uçotun təşkil olunması proseslərinin rəqəmsallaşdırılmasını və optimallaşdırılmasını, dövlət rüsumu üzrə hesablanmış daxilolmalar barədə hesabatlılığı təmin edir.

Sistemin sahibi və operatoru Maliyyə Nazirliyidir.

Sistemin idarə olunması, inkişafı və fəaliyyəti ilə bağlı xərclər dövlət büdcəsi, qanunla nəzərdə tutulan hallarda xidmət haqqı və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Mənbə: vergiler.az

Minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin illər üzrə artım tempi

Vahid bəyannamənin forması və onun əlavələri yeni redaksiyada təsdiq edilib

posted in: Xəbər | 0

Bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinin məmnuniyyəti, vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi ilə bağlı iclaslarında özəl sektor nümayəndələri ilə aparılmış müzakirələrin, habelə vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili zamanı “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi zamanı müəyyən təkmilləşdirmələrin aparılmasına, onun tərtibatının sadələşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları, eləcə də onların tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib.

Yeni redaksiyada təsdiq edilmiş bəyannamə forması və əlavələr aşağıdakılardır:

  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №1”in (İşçilər (sığortaolunanlar) barədə məlumat) forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №2”nin (Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə xarici əməkdaşlar barədə illik məlumat) forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqavilələrinə vaxtından əvvəl xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №4”ün (İşçilərin muzdlu işlə əlaqədar cəlb olunmayan gəlirləri barədə məlumat) forması və onun tərtib edilməsi qaydası.

Dəyişikliklər iyulun 1 dən qüvvəyə minəcək.

Yeni bəyannamə (hesabat) forması, onun əlavələri və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Mənbə: vergiler.az

Daimi iş vaxtı yolda keçən işçinin ezamiyyə xərcləri

1 199 200 201 202 203 204 205 2. 396