Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı hansı dəyişikliklər edilib?

posted in: Xəbər | 0

2025-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı bir sıra mühüm dəyişikliklər həyata keçirilib. “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Jalə Abbasova həmin yenilikləri açıqlayır: 

Mikro sahibkarlara vergi güzəştləri

Təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75%-i gəlir vergisindən azad olunur. Bu fəaliyyət sahələri aşağıdakılardır:

  • proqram təminatının işlənməsi sahəsində xidmətlər;
  • layihə-dizayn və dekorasiya xidmətləri;
  • tərcümə xidməti;
  • reklam xidməti;
  • araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
  • jurnalistlərin fəaliyyəti;
  • bazar konyukturunun öyrənilməsi;
  • qiymətləndirmə fəaliyyəti;
  • avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
  • turizm bələdçiliyi;
  • xidmətlərin ixracı.

Yuxarıdakı abzaslarda nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75%-i fiziki şəxslərin gəlir vergisindən azaddır.

Misal 1: Sahibkar reklam xidməti ilə məşğuldur və ilin sonunda əldə etdiyi gəlir 43.000 manatdır. Bu halda o, mikrobiznes sayılır və illik gəliri 45.000 manatdan aşağı olduğuna görə, vergi güzəştlərindən faydalana bilər:

43.000 x 75% =32.250 manat;
43.000 – 32.250 = 10.750 manat;
10.750 x 20% = 2.150 manat.

Beləliklə, reklam xidməti ilə məşğul olan fərdi sahibkar 43.000 manat gəlir əldə etməsinə baxmayaraq, 8.600 manat əvəzinə 2.150 manat gəlir vergisi ödəyir.

Sığorta haqlarından azadolma

Həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən məbləğlərə gəlir vergisindən azadolmalar və güzəştlər tətbiq edilir. Bu dəyişiklik 2025-ci il yanvarın 1-dən sonra bağlanmış müqavilələrə şamil edilir.

Bərpa olunan enerji layihələri

Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan və bərpaolunan enerji mənbələrindən istifadə edilən elektrik enerjisi istehsalı layihələri üzrə əldə edilən gəlirlər 30 ildən çox olmayan müddətə gəlir vergisindən azad edilir.

Misal 2: Şəxs dövlət-özəl tərəfdaşlığı çərçivəsində 20 il müddətinə bir infrastruktur layihəsini həyata keçirir və bu müddət ərzində əldə etdiyi gəlirlər gəlir vergisindən azaddır. Bu, şirkətə əlavə maliyyə dəstəyi verir və layihələrinin inkişafını sürətləndirir.

ƏDV ilə bağlı dəyişikliklər

Mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxslərə fiziki şəxslər tərəfindən teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri üçün nağdsız ödənişlər zamanı ödənilən ƏDV-nin 50 faizi həmin şəxslərə geri qaytarılacaq. Bu dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Mənfəət vergisindən azadolma

Qanunvericiliyə uyğun qeydiyyatdan keçmiş teatr, muzey, simfonik orkestr və film istehsalı ilə məşğul olan müəssisələrin və filmin prodüserlərinin həmin fəaliyyətdən əldə etdikləri gəlirin 90%-i 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azad edilir.

Bu dəyişikliklər ümumilikdə Azərbaycan iqtisadiyyatında kiçik və orta sahibkarlığın inkişafını sürətləndirəcək və mədəniyyət, texnologiya, təhsil və digər sahələrdə yeni imkanlar yaradacaq, yerli filmlərin istehsalına dəstək olacaq.

Mənbə: vergiler.az

Rezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

Azərbaycanda “Vergitutma” indikatoruna dair yeni Yol Xəritəsi təsdiq edilib

posted in: Xəbər | 0

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və hazırlanmış icmalın Komissiyaya təqdim olunması planlaşdırılır. İl ərzində mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin tətbiqi, eləcə də “Biznes mühitini və vergi yükünü araşdır” və “Vergitutma rejiminin seçimi” adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, “Vergitutma” sahəsində müvafiq yol xəritəsinin həyata keçirilməsinə məsul “Vergi və hesabatlılıq” İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.

Mənbə: report.az

Xırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri

Bərbərlər nə qədər vergi ödəməlidirlər?

posted in: Xəbər | 0

Mövzunu “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Muzdlu işçi olmadan fərdi qaydada bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. Qanunvericiliyə əsasən, həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdırlar.

Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər üçün aylıq 15 manat məbləğində sadələşdirilmiş vergi məbləği müəyyən edilib. Məcəllənin 220.11-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği, fəaliyyət göstərilən yerdən asılı olaraq, aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2;
  • Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
  • Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində -1,0;
  • Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5.

Bununla belə, ödənilməli məcburi dövlət sosial sığorta haqqının hesablanması üçün minimum aylıq əməkhaqqının (yəni, 400 manat) 3 faizi miqdarında aylıq məcburi dövlət sosial sığorta haqqının məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  • Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
  • Digər şəhər və rayonlarda – 1,0.

İcbari tibbi sığortaya gəldik də isə ölkənin bütün şəhər, rayon və kəndlərində minimum aylıq əməkhaqqının 4%-i miqdarında ödəniş həyata keçirilməlidir.

Misal

Bakı şəhərində fəaliyyət göstərən bərbər aşağıdakı qaydada ödənişləri həyata keçirərək sabit qəbz əldə edə bilər:

Sadələşdirilmiş vergi: 15 x 2 = 30 manat;

MDSS: (400 x 3%) x 2 = 24 manat;İcbari tibbi sığorta haqqı: 400 x 4% = 16 manat;

Cəmi: 30 + 24 + 16 = 70 manat.

Bununla yanaşı, bərbər fəaliyyəti göstərmək üçün obyektin fiziki şəxsdən icarəyə götürüldüyü halda, Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəalarına uyğun olaraq, icarə haqqından əmlakı icarəyə götürən şəxs tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və vergi orqanına bəyan edilir. Məsələn, əgər həmin şəxs aylıq 500 manata icarəyə obyekt götürüb fəaliyyət göstərirsə, 70 manat ödəmə mənbəyində vergi ödəməlidir:
500 x 14% = 70 manat.

Yuxarıda qeyd olunan ödənişlər həyata keçirilmədiyi halda, sabit qəbz almadan fəaliyyət göstərən bərbərə Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən hesablanan “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 40 faizi miqdarında;
  • təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə isə 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, obyekt qeydiyyata alınmadığı halda Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bərbər nəzarət-kassa aparatı olmadan fəaliyyət göstərə bilər.

Nağdsız ödənişlər üçün POS-terminaldan istifadəyə gəldikdə, bununla bağlı qanunvericilikdə dəqiq tələb qoyulmayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar üçün obyektlərin müəyyənləşdirilməsi meyarları”nın müəyyən edilməsi haqqında” Qərarına əsasən, rüb üzrə orta aylıq subyekt dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfatlarına (obyektlərinə) POS-terminal quraşdırılmalıdır. Bərbərlər dövriyyəyə görə vergi ödəmədiyi üçün onun rüblük dövriyyəsini hesablamaq və sübut etmək çətindir.
Mənbə: vergiler.az

Rezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır

posted in: Xəbər | 0

Umico.az-da Birbank Umico, Birbank Umico Premium, Birbank Cashback, Birbank Star kartları ilə edilən ödənişlər müştərilər üçün daha sərfəli oldu. Belə ki, Birbank kartları ilə Umico.az-da birdəfəlik ödəniş edən hər kəs indi bütün alış-verişlərində bol-bol keşbek və ya bonus qazanır.

Bunun üçün Birbank mobil tətbiqində “Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” adlı kateqoriyanı seçmək kifayətdir. Yalnız birdəfəlik ödənişlərə şamil edilən bu yeniliklə müştərilər hər alış-verişdən 10% və ya 15% bonus qazana biləcəklər. Faizlər müştərilərə fərdi olaraq təyin olunur və bonuslar seçilən kateqoriyanın tələbinə uyğun, keşbek və ya Umico bonusu olaraq hesablanır.

Ətraflı məlumat üçün link: http://www.kbl.az/umctg

Birbank tətbiqində “Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” bonus kateqoriyasını seçənlər, mart ayı ərzində bayram bazarlıqlarını və ya hədiyyə alış-verişlərini  Birbank kartları ilə Umico.az-dan edərək bonuslar toplayırlar. Toplanan bonusları Umico.az-da alış-verişə, geniş tərəfdaş şəbəkəsində və ya Birbank və m10 tətbiqlərində kommunal, mobil və digər ödənişlər üçün istifadə etmək mümkündür. Balansdakı  bonusları partnyorlarımızda alış-verişlərə də xərcləmək olar.

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika qeydə alınıb

1 207 208 209 210 211 212 213 2. 396