İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçir

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının audit üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 148 manatdır.

İddiaçılar təkliflərini fevralın 28-nə qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 89 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 28-də, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Hansı işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır?

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu auditor seçir

posted in: Xəbər | 0

Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 26 manatdır.

İddiaçılar təkliflərini martın 3-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 73C ünvanına təqdim edə bilərlər.

Təkliflərə martın 3-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Heç bir fəaliyyəti olmayan fiziki şəxsə cərimə hesablana bilərmi?

Birbank vasitəsilə sığorta alanlara şad xəbər

posted in: Xəbər | 0

Birbank müştərilərinin tələb və ehtiyaclarını qarşılayan məhsullar təqdim etməyə davam edir. Belə ki, yenilənən “İcbari Avto Sığorta” məhsulu indi Birbanklılara daha böyük üstünlüklər qazandırır. Yeni avtomobil alanlar və avtomobilinin icbari sığortasını yeniləməli olanlar üçün cərimə olunmaq qorxusu, vasitəçi axtarmaq təlaşı, sığortanın son günü həyacanı keçmişdə qaldı. Artıq icbari sığortanı vaxt itirmədən cəmi bir neçə kliklə əldə etmək mümkündür.

Birbank mobil tətbiqində təkmilləşdirilən şəxsi kabinet hissəsinə sığortanın başlama və bitmə funksiyası da əlavə edilib. Nəticədə icbari avtomobil sığortasını əldə etmək daha da asanlaşıb. Artıq istifadəçilər “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək, “İcbari Avto Sığorta” hissəsini seçə və rəqəmsal dünyanın yaratdığı üstünlüklərdən cəmi 3-4 dəqiqəyə  faydalana bilərlər.

Ətraflı məlumat üçün: https://birbank.az/products/insurance/compulsory/auto

Birbank-ın daha bir təklifi isə “Səyahət sığortası” ilə bağlıdır. Səyahət sığortası səyahəti sevən hər kəsə dünyanı təhlükəsiz və rahat kəşf etməyi vəd edir. Birbank mobil tətbiqində “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək özünüzə və sevdiklərinizə ürək rahatlığı ilə limitsiz və təhlükəsiz səyahət hədiyyə edə bilərsiniz.

Ətraflı məlumat üçün: https://birbank.az/products/insurance/travel

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

posted in: Xəbər | 0

Bu yaxınlarda Milli Qəhrəman Hökumə Əliyevanın atasının kart hesabından vəsaitin oğurlanması cəmiyyətdə ciddi rezonans yaratdı. Kiberdələduzların qurbanı olan xeyli sayda vətəndaş şikayətlərini dilə gətirdi. Bəziləri isə hətta bank kartları vasitəsilə nağdsız ödənişlərdən imtina edəcəklərini bildirdilər. Bu isə maliyyə sektoru üçün ciddi siqnal ola bilər.

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı Eldəniz Əmirov kiberdələduzluq hallarının artmasının nağdsız ödənişlərə ciddi təhdid yaratdığı qənaətindədir. Onun fikrincə, bu hallar insanların banka və bank kartlarına tədricən artan inamının əhəmiyyətli şəkildə azalması təhlükəsini yaradır.

Banklara inam

İqtisadçının sözlərinə görə, bank kartlarından pulların oğurlanması elə bir hala gəlib çatıb ki, bu, artıq insanların problemi olmaqdan çıxaraq maliyyə sektorunun probleminə çevrilib. Odur ki, nəyin bahasına olursa olsun, məsələnin kökündə dayanan səbəblərin müəyyən edilərək aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə böyük ehtiyac var. Təkcə “ƏDV geri al” layihəsi çərçivəsində insanlara milyonlarla vəsaitin qaytarıldığını xatırladan E.Əmirov həmin xərclərin nağdsız ödənişləri təşviq etmək məqsədi daşıdığını vurğulayıb. O, İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Mərkəzi Bank və digər qurumlar tərəfindən iqtisadiyyatın ağardılmasına kifayət qədər əmək, resurs, zaman sərf olunduğunu bildirib: “Ona görə də cəkilən zəhməti dələduzlara qurban vermək olmaz. Mütləq şəkildə maliyyə sektorunda baş verən kibercinayətlərə qarşı qəti tədbirlərin görülməsinə ehtiyac var. Eyni zamanda, vətəndaşlar arasında da maarifləndirmə işləri genişləndirilməli, xüsusi mühafizə, təhlükəsizlik alətləri daha da gücləndirilməlidir”.

Kibertəhlükəsizlik qaydaları yenilənəcək

Mövzu ilə bağlı “vergiler.az”ın sualına Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov da münasibət bildirib. Onun sözlərinə görə, Mərkəzi Bank ölkə vətəndaşlarının kart hesablarından oğurluq halları ilə bağlı bir sıra əlavə tədbirlər həyata keçirməyi planlaşdırır: “Praktiki olaraq, əksər ölkələrdə nağdsız ödənişlərin sayı artdıqca, dələduzluq halları da çoxalır. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bunun əsas səbəbi vətəndaşların özlərinə məxsus olan və paylaşılması məqsədəuyğun olmayan məlumatları paylaşmasından irəli gəlir. Kartlardan vəsaitlərin oğurlanması OTP kodların, digər hallarda kartın CVC məlumatlarının qarşı tərəfə verilməsi ilə birbaşa əlaqədardır”.

Mərkəzi Bank tərəfindən bu istiqamətdə bir sıra tədbirlər nəzərdə tutulduğunu deyən V.Xəlilov ilk olaraq bu ilin mart ayından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarının yenilənəcəyini qeyd edib: “Hesab edirik ki, bu qaydaların tətbiqi müəyyən qədər müsbət təsir göstərəcək. Paralel olaraq, maliyyə qurumları ilə birgə mediada maarifləndirici məlumatlar paylaşılır. Əsas hədəf odur ki, biz vətəndaşlara nağdsız ödənişlərdən istifadə ilə bağlı doğru məlumatları təqdim edək. Mərkəzi Bank həm Banklar Assosiasiyası, həm də digər əlaqəli qurumlarla bu sahədə birgə fəaliyyət göstərir”.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov müxtəlif yönümlü kiberdələduzluq metodlarından istifadə edilərək insanların itkilərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, kiberdələduzluğa məruz qalan vətəndaşların müdafiəsi, vəsaitlərinin geri qaytarılması ilə bağlı ciddi iş aparılır: “Azərbaycanın güc strukturları, xüsusən polis oqranları bu məsələ ilə kifayət qədər geniş məşğul olurlar. Bununla bağlı Daxili İşlər Nazirliyinin müvafiq idarəsi də yaradılıb. Dövlət orqanları vətəndaşların oğurlanmış pullarını geri qaytarmağa çalışır, həmçinin kibercinayətkarlıqla məşğul olan şəxsləri həbs edirlər. Hazırda vətəndaş kiberdələduzluğa məruz qaldıqda banka şikayət edir, bank da öz növbəsində onu polis orqanlarına yönləndirir. Polis orqanlarının isə müxtəlif qurumlarla kargüzarlığı var ki, oradan alınan icazələrdən sonra banka müraciət edir və bank da məsələni araşdırmaq üçün lazımi sənədləri təqdim edir”.

Mənbə: vergiler.az

Vergi sistemində effektiv xidmətlər şəffaflığı daha da artırır

1 210 211 212 213 214 215 216 2. 387