Rotasiya ilə işləyənlər üçün vergitutma necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

rotasiyaSual: Xaricdə rotasiya ilə işləyən (28 gün xaricdə işləyir və 28 gün Azərbaycanda evdə dincəlir) biri üçün vergi qaydalarını yazardınız zəhmət olmasa. Bildiyim qədər, əgər il ərzində 184 gün və daha çox Azərbaycandan kənarda olduqda vergi tutulmur, amma bundan az olduqda vergi tutulur. Bir də tutulan vergi aprelin 1-dən hesablanır?

Cavab: Bildiririk ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycanda və Azərbaycandan kənarda əldə etdiyi gəlirdən ibarətdir. Təqvim ilində başa çatan hər hansı ardıcıl olan 12 aylıq dövr ərzində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan şəxslər rezident hesab edilirlər.

Həmçinin bax: İşçinin şirkətin qonaqları üçün çəkdiyi xərclər vergitutma obyektidir?

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlara əsasən Azərbaycan Respublikasının rezidenti sayılır:

– daimi yaşayış yeri;
– həyati mənafelərinin mərkəzi;
– adətən yaşadığı yer;
– Azərbaycan Respublikasının vətəndaşlığı.

Qeyd olunan şərtlərə uyğun olaraq Azərbaycan Respublikasının rezidenti hesab olunan və Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxs vergi orqanına müraciət edərək gəlir vergisinin (fəaliyyət növünün kodu – 97002) ödəyicisi kimi vergi uçotuna alınmalı, təqvim ili ərzində əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir veregisinin bəyannaməsi” ilə bəyan etməli və ödəməlidir.

Onu da qeyd edək ki, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləği Azərbaycanda vergi öhdəliklərinin müəyyən olunması zamanı Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq nəzərə alınır.

Fiziki şəxs yuxarıda qeyd olunan meyarlara əsasən digər dövlətin rezidenti hesab olunduqda isə həmin şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar əldə edilən gəlirdən Azərbaycan Respublikasında vergi ödənilmir.

Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 13.2.5.1-ci33-cü34-cü97-ci və 127-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hansı hallarda cəzalana bilərik? (Sanksiyalar və həlləri)

posted in: Xəbər | 0

SanksiyalarCəmiyyətdaxili münasibətlərdə sərhədlər mövcud olduğu üçün bu sərhədləri pozmağa görə də daima cəzalar nəzərdə tutulmuşdur. Bu yazıda sırf hansı hərəkət və ya hərəkətsizliyə görə nəzərdə tutulmuş cəzaların olması barədə məlumat vermək istədik. Həmçinin yazı çərçivəsində cəzaların həlli yollarını da izah etməyə çalışacağıq.

Bax: Cərimə və sanksiyalar gəlirdən çıxıla bilər?

1) Aqressiv və stress dolu bir mühitdə yaşadığımız üçün bəzən istəmədən də olsa, əsəbimizə sahib ola bilmirik. Bəzi insanlarda bu aqressiya qarşısındakını vurma ilə nəticələnə bilir ki, bunu heç bir halda məsləhət görmürük.

Bu kimi hallarla bağlı nəzərdə tutulmuş cəzalar aşağıdakı kimidir:

a) Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs 300-500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Əgər döymə daha ağır nəticələrə səbəb olarsa, yəni

b) Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma 3-8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

c) Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və b)-də nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

d) Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 1000-1500 manatadək miqdarda cərimə və ya 240-360 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

e) Hətta ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma da 1200-2400 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllərdən a)-da göstərilən əməlin törədildiyi təqdirdə, zərərçəkmiş barışıq baş tutduqda iş üzrə icraata xitam verilir. Bu əməllərdən c), d) və e)-də göstərilən əməllər törədildiyi halda isə əməli törədən şəxs zərərçəkmişlə barışdıqda və dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad olunur.

2) Daha bir əməl isə “xeyirsiz övlad” deyilən hallarla bağlıdır.

Belə ki, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə xəbərdarlıq edilir və ya 60-100 manatadək məbləğdə cərimə edilir. Bu əməl 18 yaşına çatmış şəxslər barəsində tətbiq edilir və rayon-şəhər məhkəmələri tərəfindən müəyyən edilən cərimə ilə nəticələnə bilir. Bu cərimələrin mütəmadi olaraq tətbiq edilməməsi üçün məqsədəuyğundur ki, əmək qabiliyyəti olmayan valideynlərə daimi diqqət və qayğı göstərilsin.

3) Bir başqa qadağan olunan əməl isə məcburi nikahlarla bağlıdır.

Qadını nikaha daxil olmağa məcbur etmə 2000-3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə isə 3000-4000 manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu cəzalardan xilas olmaq üçün isə qadınların da kişilərlə bərabər hüquqlu olduğunu unutmamaq və həm 18 yaşına çatmayan, həm də 18 yaşına çatsa da, nikaha daxil olmaq istəməyən xanımları nikaha məcbur etməmək məqsədəuyğundur.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: IDC 2000 LLC

Namizədə olan tələblər:

1. İqtisadiyyat sahəsində ali təhsil ;
2. 3 il müvafiq sahədə iş təcrübəsi ;
3. Kompyuter programlarında işləmə bacarığı ;
4. Yaş həddi 25-40 ;
5. Mühasibat uçotunun aparılması qaydaları və onunla əlaqədar qanunvericiliyə dair biliklərə malik olması;

Vəzifə öhdəlikləri:

1.Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək ;
2.Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq
3.AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı ;
4.Mühasibat işinin təşkil olunması, sənədlərinin düzgün tərtib edilməsi və s.

E-mail:  h.huseynova@idc.az / info@finstaff.az

Mənbə: jobsearch.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

İşçilərini icbari qaydada sığorta etdirməyən sahibkarların məsuliyyəti artırılır

posted in: Xəbər | 0

sığortaBu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İcbari Sığorta Bürosu (İSB), “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” ASC-lər arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

“Report” xəbər verir ki, sənəddə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb.

Bax: Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı yenə dəyişdirildi

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi vətəndaş firavanlığına, sosial rifah halının yaxşılaşmasına nail olmaqdır. Nazir qeyd edib ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım olub, orta aylıq əmək haqqı 528,2 manata çatıb. Bundan başqa, ölkdə yoxsulluq səviyyəsinin 5%-ə endiyini deyən nazir bunun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, son dövrdə Prezident tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılmasına, digər tərəfdən əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Aparılan sistemli islahatların mühüm bir istiqamətlərindən biri də əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində, tam şəffaf və operativ şəkildə qurulması, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınmasıdır.

S.Babayev Prezidentin 9 avqust 2018-ci il tarixli fərmanının icrası olaraq, nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması, habelə dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. O, qeyd edib ki, nazirliyin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin, müvafiq fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün “e-sosial” internet portalının yaradılması işləri davam etdirilir.

Yeni qüvvəyə minmiş “Məşğulluq haqqında” Qanun barədə də məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, bu Qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. Nazir əmək bazarının daimi müşahidəsi və monitorinqinin aparılması, strateji məşğulluq sahələri və kadr tələbatı üzrə orta, eləcə də uzunmüddətli dövrü əhatə edən proqnozlaşdırma məqsədilə Milli Observatoriyanın yaradılacağını da bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

S.Babayev əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsinin, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasının dəstəklənməsi məqsədilə nazirliyin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondunun da yaradılacağını qeyd edib.

Nazir imzalanmış memorandumun xüsusi əhəmiyyət daşıdığını, sənəddə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və digər halların əks olunduğunu deyib.

MBNP-nin baş icraçı direktoru İbrahim Alışov isə bildirib ki, icbari sığorta sinfi üzrə sığorta haqlarının toplanılmasında davamlı artım dinamıkası müşahidə olunur. Qeyd olunan icbari sığorta sinfi üzrə 2017-ci ildə 33,2 mln manat sığorta haqqı toplanıb və 4,3 mln manat sığorta ödənişi həyata keçirilib. 2018-ci ilin birinci yarımilliyi üzrə isə 21,3 mln manat sığorta haqqı toplanıb və 1,7 mln manat sığorta ödənişi edilib.

İ.Alışov qeyd edib ki, ölkədə muzdla çalışan 3,3 mln. nəfər əhalinin 1,6 mln.-luq hissəsinin sığortalanmasını nəzərə alaraq, informasiya sistemlərin inteqrasiyası nəticəsində sığorta penetrasiyasının kəskin artması və sığortaçılar tərəfindən yığılan sığorta haqlarının həcminin daha da artacağı gözlənilir. Bununla yanaşı, icbari sığorta müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan məlumatların elektron formatda onlayn rejimində əldə olunması nəticəsində işəgötürən tərəfdən təqdim olunan məlumatların dürüstlüyü təmin ediləcək, sığortalanma prosesinin tam şəffaf və çevik həyata keçirilməsini təmin edəcək, həmçinin muzdla çalışan əhalinin bədbəxt hadisələrdən sığortalanması tam olaraq təmin ediləcək.

Millət vəkili Ziyad Səmədzadə isə sığorta sektorunun Azərbaycan iqtisadiyyatının sürətli inkişaf edən seqmentlərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycanın investisiya imkanları və iqtisadiyyatının səmərəliliyi artmaqda davam edir və Milli iqtisadiyyatın neft sektorundan asılılığının azalması ölkədə sığorta bazarının inkişafı üçün də əlverişli şərait yaradacaq. Millət vəkili əlavə edib ki, tibbi və kənd təsərrüfatı sığortasının inkişafı ölkə üçün hazırda əsas prioritetlərdən biridir.

Qeyd edək ki, imzalanmış memorandumda informasiya ehtiyatları üzrə məlumat bazalarının inteqrasiyası, müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılması, istehsalatda bədbəxt hadisə baş verdiyi hallarda araşdırma materialları üzrə məlumatların əldə edilməsi, sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələrin verilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətləri üzrə də əməkdaşlıq sahələri müəyyən edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.