» » » İşçinin şirkətin qonaqları üçün çəkdiyi xərclər vergitutma obyektidir?

İşçinin şirkətin qonaqları üçün çəkdiyi xərclər vergitutma obyektidir?

posted in: Vergi, Xəbər | 0

vergitutmaSual: İş görüşməsi zamanı şirkətin işçisinin qonaqların nahar yeməyinə çəkdiyi xərcləri (ödəniş çekləri və əmək haqqı kartından silinməsi qəbzi təqdim olunub) işçiyə geri qaytarmaq üçün hansı sənədləşmələr tələb olunur, bu ödəniş işçinin əmək haqqının üzərinə əlavə olunur, yoxsa təsərrüfat xərci kimi rəsmiləşdirilir? Əgər əmək haqqının üzərinə əlavə olunursa, necə rəsmiləşdirilir? (Əlavə əmək haqqı, yemək xərcləri və yaxud başqa adla? Hansı sənədlər əlavə olunur?) Təsərrüfat xərci kimi rəsmiləşdirilərsə, hansı sənədlər tələb olunur və bu əməliyyat zamanı hansı vergilər yaranır?

Cavab: Bildiririk ki, işçi tərəfindən təhtəlhesab şəxs müəyyən xərclər, o cümlədən də qonaqların qarşılanması və s. ilə bağlı çəkilən xərclər müvafiq sənədlərlə təsdiqləndikdə, həmin şəxsə verilən məbləğ onun gəliri hesab olunmur. İşçi müvafiq sənədlərlə onun sərəncamına verilən məbləğin xərclənməsini təsdiqləyə bilmədikdə isə bu məbləğ onun gəliri hesab olunmaqla müvafiq qaydada gəlir verigisinə cəlb olunur. Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair ətraflı və dolğun məlumatın verilməsi ilə əlaqədar səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 98.1-ci və 98.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Mənbə: taxes.gov.az

Biznes hesabi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.