Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, hansı güzəştlər var?

posted in: Vergi, Xəbər | 0

güzəştBirinci qrup əliləm və himayəmdə az azyaşlı uşaq var. Muzdlu işlə əlaqədar əldə etdiyim aylıq gəlir 500 manatdır. Bu halda mənə hansı vergi güzəştləri tətbiq edilir?

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, 1-ci və 2-ci qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı»nın  1.9-cu bəndində qeyd edilmişdir ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.

Həmçinin bax: Sadələşdirilmiş vergi ləğv ediləcək

Eyni zamanda, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat), illik gəliri 30.000 manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən:

Birinci qrup əlil şəxsin əldə etdiyi 500 manat əməkhaqqından əlilliyə görə 200 manat, himayəsində üç nəfərin olmasına görə 50 manat və 2018-ci il üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, yəni 173 manat çıxılmaqla qalan məbləğdən 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Vergilər Nazirliyində yeni şöbə yaradıldı

posted in: Vergi, Xəbər | 0

şöbəAzərbaycan Respublikası Vergilər Nazirliyində “Aksizli mallarla iş” şöbəsi yaradılıb.

Xatırladaq ki, hazırda Vergilər Nazirliyində “Mühasibat uçotu” şöbəsi, “Məxfi” şöbə və “Vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşavir xidməti” şöbəsi fəaliyyət göstərir.Bununla da nazirliyin şöbələrinin sayı 4-ə çatıb.

Mənbə: fed.az

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vahid Mühasibatlıq Sistemi tətbiq ediləcək

posted in: muhasibat, Xəbər | 0

Sadələşdirilmiş vergiBildiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib. Proqramin Vergi sisteminin effektivliyinin artırılması bölməsində qeyd edilir ki, “ Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsi Bütün vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin ediləcəkdir.

PDF yükləyin: 

Həmçinin bax: Sadələşdirilmiş vergi ləğv ediləcək

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Mirlex LLC

İş yeri: Zirə qəsəbəsi

Əmək haqqı: 1,800 – 2,000 AZN

Namizədə tələblər:

• İqtisadiyyat, mühasibatlıq üzrə ali təhsil;
• İstehsalat sahəsində Baş Mühasib kimi ən azı 5-6 il iş təcrübəsi (MÜTLƏQDİR);
• MS Excel və 1C (8.3) proqramları ilə işləmək bacarığı (MÜTLƏQDİR);
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• Kargüzarlıq işlərini bilmək;
• Azərbaycan və Rus dili bilikləri;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

Bax: 1300 manat məvaciblə MÜHASİB tələb olunur

Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini info@mirlex.az / info@finstaff.az elektron ünvanına mövzu yerində vakansiya adını yazaraq göndərməsi xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.