1C OPERATOR tələb olunur

posted in: 1C, İş elanı, Xəbər | 0

1C operatorVəzifə: 1C Operator

İşəgötürən: Muxtaroglu-VM MMC

  • Şəhər: Xırdalan
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Fəridə

Həmçinin bax: Mal – material üzrə mühasib tələb olunur

İş barədə məlumat

– Satış və anbar əməliyyatlarının 1C sisteminə daxil edilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Xarici şirkətlərlə yazılı və şifahi danışıqlar aparmaq
– Müraciət etmiş müştərilərin suallarını cavablandırmaq
– Daxil olan telefon zənglərini və poçtu cavablandırmaq
– Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirilməsi
– Qonaqların qarşılanması
– Rəhbərliyə və bəzi hallarda qonaqlara çay verilməsi
– Əmək haqqı təcrübəyə və bacarığa görə dəyişəcək
– Həftənin 1-6cı günləri, saat 09:00-dan 18:00-dək iş rejimi

Həmçinin bax: AKKORD bölgə üzrə mühasib axtarır

Namizədə tələblər
– Yaş həddi 25-35
– Yalnız xanım namizədlər
– Ali təhsilli (maliyyə,iqtisadi təhsil arzu olunandır)
– Bakı şəhəri qeydiyyatında olan və daimi yaşayış yeri Abşeron rayonu ərazisində olan (Xırdalan, Masazır, Sulutəpə, Sumqayıt və s.)
– Word, Excell, 1C proqramlarını əla bilməli
– Azərbaycan, Rus, İnglis dillərində sərbəst danışmalı
– Məsuliiyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
– Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmağı
– Telefonla nəzakətli danışıq bacarığı
– Stresə davamlılıq, müxtəlif tipli insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll etmə bacarığı, lazım olanda iş vaxtından əlavə qalıb işləməyi bacaran şəxslər

Mənbə: boss.az

Həmçinin bax: Gilan Holding 1 illik iş təcrübəsi olan Kiçik Auditor axtarır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

 

Vergilər nazirinin vətəndaş qəbulunun vaxtında dəyişiklik edilib

posted in: Xəbər | 0

vətəndaş qəbuluVergilər naziri Şəmkir rayonunda vətəndaşları qəbul edəcək

Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarovun sentyabr ayının 24-də Şəmkir rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı oktyabrın 1-ə keçirilib. Qəbul saat 10:00-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) keçiriləcək.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşçinin əsas vəzifələri nədir?

posted in: Xəbər | 0

işçinin vəzifələriHər işçinin vəzifələri aşağıdakılardır:

  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək.
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək.
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək.
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq.
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini gizli saxlamaq.
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq.
  • Əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.
  • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Həmçinin bax:

 

Mənbə: economy.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2018-ci ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

bəyannamələr2018-ci ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

2018-ci ilin sentyabr ayı üzrə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi notariuslar tərəfindən cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2018-ci ilin 3-cü rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və sentyabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və sentyabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Dövlət rüsumu haqqında hesabat cari ilin oktyabr ayının 22-dək vergi orqanına təqdim edilməlidir; notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2018-ci ilin 3-cü rübü üzrə hesablanmış cari ödəmələr oktyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: 20.10.2018-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən 2018-ci ilin sentyabr ayı və 3-cü rübü üzrə bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 22.10.2018-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.