Bu gün Sankt Peterburq mühasiblərinin peşə bayramıdır

posted in: muhasibat, Məqalə, Xəbər | 0

peşə bayramı15 noyabr Sankt Peterburq mühasiblərinin bayramıdır.

Rusiyada mühasiblər öz peşə bayramlarını noyabrın 21-də qeyd edirlər. Bundan əlavə, 10 noyabr tarixini beynəlxalq mühasiblər Günü kimi qeyd etmək də geniş yayılmaqdadır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Maraqlıdır ki, Rusiya regionları və şəhərlərində fəaliyyət göstərən mühasiblərin öz peşə bayramlarını xüsusi bir tarixdə qeyd etmələri üçün ayrıca bir təqvim günü müəyyən edilib.

Misal üçün, noyabrın 15-də, yəni, bu gün  Sankt Peterburq mühasibləri bayramlarını qeyd edirlər. Sabah, yəni, noyabrın 16-da isə Moskva şəhərinin mühasibat işçiləri öz bayramlarını qeyd edəcəklər.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda gənclərin əmək bazarına daha rahat inteqrasiyası üçün yeni mexanizm tətbiq olunacaq

posted in: Xəbər | 0

Məşğulluq“2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub.

Bunu “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov “Vergilər” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, xüsusən də işəgötürənlərlə qeyri-rəsmi qaydada çalışan işçilər arasında daha çox sosial dialoqun qurulması, onların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidini təmin etmək üçün motivasiyanın yaradılması planlaşdırılır: “Rəsmi məşğulluğun həm işçilər, həm də işəgötürənlər üçün daha cəlbedici olması vergi sistemi və digər iqtisadi mexanizmlər vasitəsilə tənzimlənəcək ki, bu da müəyyən dövrdən sonra öz bəhrəsini verməlidir. Bu hədəfə nail olmaq üçün ən çox əmək bazarının monitorinqi və proqnozlaşdırma sisteminin inkişaf etdirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. Ölkə Prezidenti artıq abservatoriyanın yaradılması, yəni əmək bazarının öyrənilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. Əmək resurslarının öyrənilməsi həmin abservatoriya vasitəsilə həyata keçiriləcək, ümumi koordinasiya olunacaq”.

İ.Həsənov bildirib ki, monitorinq-pronozlaşdırma sistemi vasitəsilə respublikada əmək resursları, gələcək tələbatla bağlı məlumatlar emal olunaraq müvafiq qurumlara təqdim ediləcək: “Bu sırada əsas hədəflərdən biri 2030-cu ilədək ümumi iqtisadiyyatda çalışanların sayının 80 faizə çatdırılmasıdır. Bu müddət ərzində ümumi işsizlik səviyyəsi 4 faizə enməlidir. Hazırda qadınlar və gənclər arasında işsizlik səviyyəsi yüksək olduğu üçün bu məsələyə daha çox önəm veriləcək”.

Dövlət Məşğulluq Xidmətinin rəsmisi qeyd edib ki, əmək bazarında gənclərlə və məzunlarla bağlı xeyli problemlər var, onların işlə təmin olunmasında ciddi maneələr yaranır. “Buna səbəb isə daha çox onların təcrübəsizliyi göstərilir. Bununla bağlı təhsillə əmək bazarı arasında müəyyən bir mexanizmin yaradılmasına və tələbatın daha yaxşı öyrənilməsinə ehtiyac var. Elə bir mexanizm tətbiq etməliyik ki, gələcəkdə gənclərin və məzunların daha rahat şəkildə əmək bazarına inteqrasiya olunmasını təmin edə bilək. Əhali qrupları, o cümlədən gənclər, qadınlar və əlillərin səmərəli məşğulluğunun təmin edilməsi, layiqli əmək sisteminin qurulması Məşğulluq Strategiyasının ən mühüm hədəflərindəndir. Minimum əməkhaqqının və orta kateqoriyalı işçilərin məvaciblərinin artırılması da bu işdə önəmli rol oynayacaq. Hesab edirik ki, bu mexanizm işçilərin rifah halının yaxşılaşdırılmasına təsir göstərəcək. 2020-ci ilə qədər aktiv əmək bazarı proqramlarının əhatə dairəsi genişləndiriləcək. Buraya peşə hazırlığı, peşəyönümlü tədbirlər, ödənişli ictimai işlər, özüməşğulluq proqramları, əmək yarmarkaları, «Karyerada ilk addım» kimi aktiv məşğulluq tədbirləri daxildir ki, bunların vasitəsilə insanların işlə təminatına daha geniş şərait yaranacaq”, – deyə İ.Həsənov vurğulayıb.

Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İnzibati Xətalar Məcəlləsində kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

İnzibati XətalarAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

AR İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438) aşağıdakı məzmunda 516-1-ci maddə əlavə edilsin:

“Maddə 516-1. Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması

516-1.1. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə –

vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

516-1.2. Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə-

fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

516-1.3. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yükdaşıma zamanı elektron qaimə-fakturanın verilməsi

posted in: Xəbər | 0

YükdaşımaSual: Yükdaşıma fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən sifarişçi müəssisəyə göstərilən daşıma xidmətlərinə görə həmin sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidirmi?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

VM-nin 71-1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Bunlarla yanaşı,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura – bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim olunan ilkin uçot sənədidir.

Qeyd olunanlara əsasən:

Yükdaşıma fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən sifarişçi müəssisəyə göstərilən daşıma xidmətlərinə görə sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.