700 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

  • İşəgötürən: İzone MMC
  • Şəhər: Bakı
  • Yaş: 24 – 34 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: İbrahim Şahin
Bax: 500 manat məvaciblə Xəzinədar tələb olunur

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək

– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması

– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək

– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək

– Vergi hesabatlarının (ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

– İşçilərlə hesablaşmaların təmin edilməsi

– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması

– İş vaxtı: Bazar ertəsi – Şənbə, 09:00-dan 18:00-dək (Şənbə günü görüləcək işlərdən aslı olaraq günortaya kimi olması mümkün ola bilər.)

Bax: 700 manat məvaciblə Mühasib axtarılır

Namizədə tələblər

– Ali təhsil

– Yaş: 24-34

– Müdriyyətin tapşırdığı, işləri və vaxtında yerinə yetirmək

– Azərbaycan dilində mükəmməl rus dilini orta səviyyədə bilmək

– Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək ve 1C proqramlarının mükəmməl istifadəçisi olmalı

– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi

– Kollektiv ilə işləmə bacarığı

– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini ibrahim.sahin@izone.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Bəzi fəaliyyət növləri daha sadələşdirilmiş vergiyə cəlb edilir

posted in: Vergi, Xəbər | 0

fəaliyyətAzərbaycanda bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb edilir.

Bu məsələ Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Bax: İşsizlər və qeyri-rəsmi işçiləri necə xilas etməli?

Belə ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.

Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ – 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

Digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

Qeyd edək ki, hazırda isə bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2%-dir.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Outsourcing barədə 10 məlum olmayan fakt

posted in: Məqalə, Xəbər | 0

Outsourcing barədəOutsourcing barədə 10 məlum olmayan fakt

1-ci hissə

  • “Outsorsing” termini biznes-təcrübəyə 1990-cı ildə daxil olub. Yankee Group-dan olan Howard Andersen Kodak şirkətinin öz IT-proseslərini IBM şirkətinə verməsini, məhz, belə adlandırmışdı.
  • 2004-cü ildə Vatikan Hindistanda keçirdiyi “dualar autsorsinqinə” görə iqtisadiyyat üzrə Şnobel mükafatı almışdı. ABŞ-da və Qərbi Avropada ruhani çatışmazlığı ona gətirib çıxarmışdı ki, ölülərin ruhunun yad olunması və messa ibadəti zamanı oxunulası duaların bir hissəsi hindistanlı həmkarlara həvalə olunmuşdu. Bu mərkəzləşdirilmiş qaydada Vatikan və ya dini təşkilatlar üzərindən həyata keçirilirdi. Hindistanlı ruhanilər böyük həvəslə outsourcer rolunda çıxış edirdilər: əgər onlar bu duaya görə öz vətəndaşdalarından adətən 40 rupi (bir ABŞ dollarına yaxın) ianə alırdılarsa, duadan ötrü Amerikadan gələn sorğuya görə onlara beş dollar pul verirdilər.
  • Outsourcing şirkəti qurmaq – gələcək siyasət üçün yaxşı bir dəstəkdir. Marketinq üzrə mühasibat outsourcing-i bazarının ilk pioneri sayılan ADP şirkətinin həmtəsisçi direktoru Frank Lautenberg, bir qədər sonra New Jersey ştatından senator olmuşdu. IT- proseslər üzrə dünyada ən qədim outsourcer şirkəti EDS şirkətinin yaradıcısı Ross Pero isə ABŞ prezidentliyinə namizəd kimi seçkilərdə iştirak etmişdi.
  • XXI əsrdə bütün dünya üzrə Outsorsing-ə il ərzində çəkilən xərclər bir trilyon ABŞ dollarını ötüb keçir.
  • Procter & Gamble şirkətinin 2002-ci ildə təchizatçının seçimi ilə bağlı üç IT-autsorsinq xidməti provayderindən (IBM, EDS və  Hewlett-Packard) aldığı təkliflər ilə bağlı sənədlərin “ölçüsü” və “çəkisi” müvafiq olaraq 180 sm və 70 kq təşkil edib. Qalib ilə, HP şirkəti ilə bağlanılan 3 milyard dollarlıq onillik müqavilə 10 min səhifədən ibarət olub. Həmin səhifələrə imzanı sonadək yalnız ayaqüstə durmaqla atmaq mümkün olub.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

 

İnzibati Xətalar Məcəlləsinin bu maddəsinə dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibati XətalarAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

AR İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438)

243-cü maddəsinin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.”.

Bax: Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam

243-cu maddənin tam mətni aşağıdaki kimidir:

Maddə 243. Yerin təkindən istifadə qaydalarının pozulması

243.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:

243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;

243.0.2. yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;

243.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına;

243.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına;

243.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;

243.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;

243.0.7. ləğv edilən və konservasiya olunan dağ qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ qazmalarının və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə;

243.0.8. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;

243.0.9. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə-

fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.