Vergilərin online ödənişinin hansı metodları var?

posted in: Vergi, Xəbər | 0

Vergilərin online ödənişiÖlkəmizdə elektron vergi ödənişlərinin tətbiqinə 2008-ci il yanvarın 1-dən başlanıb. Bu vaxtadək  ƏDV ödəyiciləri ƏDV depozit hesabı vasitəsilə həm ƏDV, həm də digər tədiyyələr üzrə ödənişləri dövlət büdcəsinə tranzaksiya edə bilirdilər.

«2011-ci ilin dövlət büdcəsi haqqında» Qanunun 6-cı bəndində nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi, rüsum və digər ödənişlərin elektronlaşdırılması Vergilər Nazirliyi və Mərkəzi Banka tapşırılıb. Bu tapşırığın icrası ilə əlaqədar görülmüş işlər nəticəsində bütün tədiyyələr üzrə dövlət büdcəsinə edilən ödənişlərin elektron qaydada həyata keçirilməsi xidməti vergi ödəyicilərinin istifadəsinə verilib. Vergi, rüsum və digər büdcə ödənişlərinin Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə qəbul edilməsinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS-ə) inteqrasiyası təmin edilib, İnternet Vergi İdarəsinin «Onlayn Kargüzarlıq və EHF» bölməsində vergi və rüsumların internet vasitəsilə dövlət büdcəsinə ödənilməsi üçün yeni «Onlayn ödəmə» xidməti yaradılaraq istifadəyə  verilib.

Hazırda ödənişləri onlayn qaydada həyata keçirmək üçün əsas  2 metoddan istifadə edilir:

Birinci metod: Vergi ödəyicisi Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin «E-xidmətlər» keçidini seçərək «İnternet Vergi İdarəsi»ndə (www.e-taxes.gov.az) «Giriş» düyməsini sıxmaqla «Sistemə giriş səhifəsi»ndə öz istifadəçi kodunu, parol və şifrəsini (bunlar ona əvvəlcədən Vergilər Nazirliyi tərəfindən müqavilə əsasında verilir) daxil edir, «Bölmə» menyusunda «Onlayn Kargüzarlıq & e-VHF» seçib həmin bölməyə daxil olaraq, buradakı «Onlayn ödəmə» vasitəsilə vergi və rüsumların internet vasitəsilə ödənilməsini həyata keçirir.

Bu sahədə vergi ödəyicilərini məlumatlandırmaq məqsədilə Vergilər Nazirliyinin rəsmi internet saytında vergi ödəyicilərinin xidmətinə «Onlayn ödəmələrin video-təlimatı» təqdim olunub. Bu təlimatda onlayn ödəmənin aparılması haqda daha ətraflı məlumat verilmişdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İkinci metod: Vergi ödəyicisi Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin www.apus.az internet saytına daxil olub «Ödəniş xidmətləri» bölməsində funksional imkanlardan istifadə etməklə, real rejimdə qeydiyyatdan keçərək «Abonent kodu» və «Şifrə» vasitəsilə və ya qeydiyyatdan keçmədən «Qeydiyyatsız ödənişlər» vasitəsilə elektron qaydada ödənişi həyata keçirə bilər.

Hər iki metod vasitəsilə elektron qaydada vergi ödənişlərini həyata keçirmək üçün vergi ödəyicisinin sahib olduğu və etibarlılıq müddəti bitməmiş bank ödəniş kartı tələb olunur.

Vergi ödənişlərinin nağd qaydada həyata keçirilməsi banklarda növbələrin yaranmasına səbəb olur, geniş ictimai xidmət sahələri tələb edir və bu işə xeyli  sayda əməkdaşın cəlb olunmasına gətirib çıxarır. Texnologiyalar düzgün tətbiq edildikdə vergilərlə bağlı məlumatların toplanması sadələşir və xəta səviyyəsi azalır. Ödənişlərin elektron formada həyata keçirilməsi ilə ödəyicilərin də rahatlığı təmin olunur. Onlar vergi orqanına, banka və ya digər ödəniş məntəqəsinə getmədən istənilən yerdən və istənilən vaxtda ödənişləri həyata keçirə bilirlər. Bu, həm də ödəmənin etibarlı və təhlükəsiz olmasına təminat verir.

 

Elektron ödəniş sisteminin tətbiqi ölkədə vergi yığımını sürətləndirməklə bərabər, vergi orqanlarına vergitutma bazasını daha dəqiq müəyyən etməyə, vergidən yayınma hallarını minimuma endirməyə və nəticədə büdcə gəlirlərində vergi daxil­olmalarının həcminin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Bax: Vergilər Naziri Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilib:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 195; 2005, № 11, maddə 1049; 2009, № 9, maddə 713; 2013, № 7, maddə 822; 2015, № 2, maddə 146; 2016, № 4, maddə 711, № 10, maddə 1653; 2017, № 2, maddə 213) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının vergilər naziri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru

AR Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2018-ci il.

Mənbə: president.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

İşsizlər və qeyri-rəsmi işçiləri necə xilas etməli?

posted in: Xəbər | 0

işsizRəsmi məşğulluğun həm işçilər, həm də işəgötürənlər üçün daha cəlbedici olması vergi sistemi və digər iqtisadi mexanizmlər vasitəsilə tənzimlənəcək.

Bax: Vergilər Naziri Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqladı

Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş  «2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası»nda işsizlik səviyyəsinin minimuma endirilməsi, əmək bazarının sağlamlaşdırılması üçün strateji hədəflər müəyyənləşdirilib. Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə üç ay müddətində 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini hazırlayıb Prezidentə təqdim etməlidir. Nazirliyin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov «Vergilər» qəzetinə müsahibəsində strategiyanın məqsəd və məramlarından, strateji hədəflərindən və bu hədəflərə çatmağın yollarından danışıb:

Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?

– 2019-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası 2006-2015-ci illəri əhatə edən eyni məqsədli tədbirlərin davamıdır. 2017-ci ildə əmək münasibətlərinin tənzimlənməsi, xüsusilə də qeyri-rəsmi məşğulluğun aradan qalıdırılması ilə bağlı Nazirlər Kabinetinin nəzdində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi həmin komissiyada bu işlə birbaşa məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə yanaşı, iqtisadiyyat naziri, vergilər naziri, sahibkarlıqla əlaqəli dövlət və ictimai təşkilatların rəhbərləri də təmsil olunur. Bundan başqa, artıq Azərbaycanda «İşsizlikdən sığorta haqqında», eləcə də «Məşğulluq haqqında» ayrıca qanunlar qəbul edilib. Həmin qanunlarda əmək bazarı və məşğulluqla bağlı yeni anlayışlar təsdiq olunub ki, bunlar 2019-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası qarşısında yeni hədəflər qoyur və bu hədəflərə çatmaq daha çevik və müasir yanaşmalar tələb edir.

İndiyədək görülmüş işlər təhlil olunaraq, mövcud durum araşdırılıb və bunun əsasında yeni Məşğulluq Strategiyasının əsas hədəf və məqsədləri müəyyən edilib. Burada xüsusi önəm daşıyan hədəflərdən biri layiqli əməyin dəstəklənməsidir. Yəni məşğulluq siyasəti ekstensiv mərhələdən intensiv mərhələyə keçidi təmin etməlidir: bu da kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verilməsi deməkdir. Strategiyanın əsas məqsədi insanları daha çox layiqli əməklə təmin etmək, onların iş şəraitini yaxşılaşdırmaq və əməyinin səviyyəsinə uyğun əməkhaqqı ilə təminatına imkan yaratmaqdır.

– Kənd təsərrüfatında çalışanların əksəriyyəti qeydiyyatdan kənar fəaliyyət göstərir…

– Hazırda Azərbaycanda məşğul əhalinin böyük hissəsi kənd təsərrüfatı sektorunda sərbəst məşğul əhali kimi fəaliyyət göstərir. Ölkə əhalisinin təxminən 48 faizi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğul olur. Məşğulluq Strategiyasında qarşıya bu göstəricini 80 faizə qədər yüksəltmək məqsədi qoyulub. Bundan əlavə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı ayrıca qanun qəbul olunub. Strateji yol xəritələrində və «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi önəm verilir. Həmçinin əmək bazarının tənzimlənməsi ilə bağlı bir sıra yeni normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir. «Məşğulluq haqqında» Qanunda vahid vakansiya bankının yaradılması nəzərdə tutulur. Bu, o deməkdir ki, əmək bazarında tələb və təklifin tənzimlənməsi bu mexanizm vasitəsilə həyata keçiriləcək. Kənd təsərrüfatında məşğul əhalinin qeydiyyat məsələsi xüsusi önəm daşıyır.

Bütövlükdə ölkənin əmək bazarında aparılan monitorinqlər sisteminin təkmilləşdirilməsinə ehtiyac var. Söhbət həm də yeni monitorinqlər sisteminin yaradılmasından gedir ki, ayrı-ayrı regionların inkişaf meyillərini, hansı əmək resurslarının mövcud olduğunu və onları daha çox hansı sahələrə yönəltməyin zəruriliyini müəyyənləşdirmək mümkün olsun. Elə əmək resursları var ki, onu daha fəal və gəlirli sahələrə yönəltmək lazımdır. Məşğulluq Strategiyasında bu tip məsələlərə ciddi önəm verilib.

Bax: Online nəzarət-kassa aparatlarının tətbiqi reallaşır

– Bəs qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində hansı yeniliklər gözlənilir?

– Qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub. Xüsusən də işəgötürənlərlə qeyri-rəsmi qaydada çalışan işçilər arasında daha çox sosial dialoqun qurulması, onların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidini təmin etmək üçün motivasiyanın yaradılması planlaşdırılır. Rəsmi məşğulluğun həm işçilər, həm də işəgötürənlər üçün daha cəlbedici olması vergi sistemi və digər iqtisadi mexanizmlər vasitəsilə tənzimlənəcək ki, bu da müəyyən dövrdən sonra öz bəhrəsini verməlidir. Bu hədəfə nail olmaq üçün ən çox əmək bazarının monitorinqi və proqnozlaşdırma sisteminin inkişaf etdirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olacaq.

Ölkə Prezidenti artıq abservatoriyanın yaradılması, yəni əmək bazarının öyrənilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. Əmək resurslarının öyrənilməsi həmin abservatoriya vasitəsilə həyata keçiriləcək, ümumi koordinasiya olunacaq. Monitorinq-pronozlaşdırma sistemi vasitəsilə respublikada əmək resursları, gələcək tələbatla bağlı məlumatlar emal olunaraq  müvafiq qurumlara təqdim ediləcək. Bu sırada əsas hədəflərdən biri 2030-cu ilədək ümumi iqtisadiyyatda çalışanların sayının 80 faizə çatdırılmasıdır. Bu müddət ərzində ümumi işsizlik səviyyəsi 4 faizə enməlidir. Hazırda qadınlar və gənclər arasında işsizlik səviyyəsi yüksək olduğu üçün bu məsələyə daha çox önəm veriləcək.

– Qadınlar və gənclər arasında işsizlik səviyyəsinin yüksək olmasının əsas səbəbləri nədən ibarətdir?

– Əmək bazarında gənclərlə və məzunlarla bağlı xeyli problemlər var, onların  işlə təmin olunmasında ciddi maneələr yaranır. Buna səbəb isə daha çox onların təcrübəsizliyi göstərilir. Bununla bağlı təhsillə əmək bazarı arasında müəyyən bir mexanizmin yaradılmasına və tələbatın daha yaxşı öyrənilməsinə ehtiyac var. Elə bir mexanizm tətbiq etməliyik ki, gələcəkdə gənclərin və məzunların daha rahat şəkildə əmək bazarına inteqrasiya olunmasını təmin edə bilək. Əhali qrupları, o cümlədən gənclər, qadınlar və əlillərin səmərəli məşğulluğunun təmin edilməsi, layiqli əmək sisteminin qurulması Məşğulluq Strategiyasının ən mühüm hədəflərindəndir. Minimum əməkhaqqının və orta kateqoriyalı işçilərin məvaciblərinin artırılması da bu işdə önəmli rol oynayacaq. Hesab edirik ki, bu mexanizm işçilərin rifah halının yaxşılaşdırılmasına təsir göstərəcək. 2020-ci ilə qədər aktiv əmək bazarı proqramlarının əhatə dairəsi genişləndiriləcək. Buraya peşə hazırlığı, peşəyönümlü tədbirlər, ödənişli ictimai işlər, özüməşğulluq proqramları, əmək yarmarkaları, «Karyerada ilk addım» kimi aktiv məşğulluq tədbirləri daxildir ki, bunların  vasitəsilə insanların işlə təminatına daha geniş şərait yaranacaq.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

– İşsiz kimi məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vətəndaşlarla bağlı hansı yeniliklər gözlənilir?

– Məşğulluq Strategiyasının hədəflərindən biri də xidmət orqanları vasitəsilə işə düzələn işçilərin sayını əhəmiyyətli dərəcədə artırmaqdır. 2017-ci ilin və bu ilin 9 ayının göstəricilərinə əsasən, məşğulluq xidməti orqanlarına müraciət edən vətəndaşların 40 faizinin işlə təmin olunmasına kömək göstərilir. 2030-cu ilə qədər bu göstəricinin 70 faizə çatdırılması nəzərdə tutulur. Bu da, əsasən, məşğulluq xidməti orqanları tərəfindən həyata keçirilməli olan tədbirlər sırasındadır. Bizə müraciət edən işsiz vətəndaşların peşə hazırlığı kursları vasitəsilə işə cəlb olunması faizi yüksəldiləcək. Hazırda bu faiz çox aşağıdır: müraciət edənlərin təxminən 3 faizi peşə hazırlığı kurslarına cəlb olunur. Biz bu göstəricini 2030-cu ilədək 20 faizə qədər artırmalıyıq. Hazırda Azərbaycanda cəmi 3 Regional Peşə Tədris Mərkəzi mövcuddur, dördüncüsü isə Gəncədə qurulur. 2030-cu ilə qədər bu mərkəzlərin sayı 10-a çatdırılmalıdır. Özüməşğulluq proqramları da davam etdiriləcək. 2017-ci ildə bu proqramlara təxminən 1400 ev təsərrüfatı cəlb olunub. Bu rəqəm 2020-ci ilədək təxminən 6 dəfə artırılmalı, təxminən 8400 ev təsərrüfatı özüməşğulluq proqramına cəlb edilməlidir.

– Sadaladığınız bu strateji hədəflərin həyata keçirilməsindən  hansı nəticələr gözlənilir?

– Ən böyük gözləntilərdən biri layiqli əmək imkanlarının genişləndirilməsidir. Təhsil sisteminin əmək bazarı ilə uyğunluğunun təmin edilməsi də uğurlu nəticənin əldə olunmasında vacib rol oynayacaq. İkinci mühüm nəticə məşğulluq və sosial müdafiə arasında əlaqənin güclənməsini təmin etməkdir. Yəni məşğulluq daha çox sosial müdafiəyə ehtiyacı olan insanların aktiv əmək bazarına inteqrasiyasına yönəldiləcək. Bu cür insanların passiv məşğulluqdan aktiv məşğulluğa yönəldilməsindən ümumi iqtisadiyyat xeyir görəcək. Yəqin ki, tezliklə hazırlanacaq beş­illik tədbirlər planlarında bütün bunlar konkret şəkildə öz əksini tapacaq. 2019-2024 və 2025-2030-cu illər ərzində həyata keçiriləcək tədbirlərin monitorinqləri və qiymətləndirilməsi aparılacaq, məşğulluq xidməti orqanları bununla bağlı müntəzəm olaraq öz hesabatlarını təqdim edəcəklər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi

İşəgötürən: Tork Çelik A.Ş

  • Şəhər: Bakı
  • Yaş: 20 – 36 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Anar m
Bax: Nurgun Group MMC “Maliyyə meneceri” axtarır

İş barədə məlumat

– Anbar sənədlərinin işlənməsi

– Sərbəst şəkildə sənədlər əsasında xərclərin və gəlirlərin uçotunun aparılması

– Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların həyata keçirilməsi

– Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi

– Pul vəsaitlərinin hərəkəti və bank qalıqlarına nəzarətin qurulması

– Mədaxil və məxaric sənədlərinin proqrama işlənilməsi

– Sifarişlərin nəzarəti

– Satış və debitor borc hesabatın hazırlanması

– İş qrafiki: 6 gün 1 gün istirahət günü

– Həftə içi 09:00-dan 18:00-dək

Bax: Maliyyə müdiri tələb olunur

Namizədə tələblər

– 1C də işləmə bacarığı olmalıdır

– Bu sahədə iş təcrübəsinin olması vacibdir

– Ofis proqamları: MS office (word, excel)

– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

– Verilən tapşırıqların düzgün yerinə yetirilməs

– Dil bilikləri Azərbaycan dili və İngilis dili əla səviyyədə rus dili orta

– Yalnız xanım namizədlərin cv-nə baxılacaq

Bax: 800 manat məvaciblə Mühasib tələb olunur

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.