Kassadan təsisçiyə olan borcun ödənilməsində limit tətbiq edilirmi?

posted in: Xəbər | 0

təsisçisiSual: Bilmək istərdim ki, əgər direktor təsisçisi olduğu hüquqi şəxsin (ƏDV və Mənfəət vergisi ödəyicisi) bank hesabından birbaşa təsisçi borcunu ay ərzində bir dəfə olmaqla 30000 (otuz min) manat məbləğində pulu nağdılaşdıraraq götürə bilərmi? Qeyd etməliyəm ki, həmin şəxsin fərdi sahibkar kimi vergi orqanında qeydiyyatı var, lakin fəaliyyəti müvəqqəti olaraq dayandırılmış, həmçinin heç bir bankda cari hesabı yoxdur.

Bax: Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?

Cavab: Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 110-cu, 123.1-ci, 150-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

Bax: Şirkət qarşılıqlı əlaqəli olmayan şəxslərdən faizsiz borc ala bilər?

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Manatın ölkədən çıxarılması və gətirilməsinə məhdudiyyət olmayacaq

posted in: Xəbər | 0

Manatın ölkədən çıxarılmasıÖlkədən milli valyutanın (Manatın) çıxarılması və gətirilməsində məhdudiyyətin olmamasını tənzimləyən xüsusi hüquqi aktın qəbul edilməsinə ehtiyac yaranıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, qüvvədə olan qanunvericilikdə bu əməliyyatları hər hansı qadağan edən normalar mövcud olmasa da, gömrük nəzarəti zamanı vətəndaşlar müəyyən çətinliklərlə üzləşir: “Yaranmış vəziyyəti, eləcə də ölkənin milli valyutasının sabitləşdiyi bir vaxtda regional səviyyədə dövriyyəsini stimullaşdırmaq məqsədilə milli valyutanın gömrük prosedurlarını altında məhdudiyyətsiz olaraq sərhəddən keçidini tənzimləyən hüquqi aktın layihəsi hazırlınıb, əlaqədar dövlət qurumları ilə razılaşdırılıb və “Valyuta tənzimi haqqında” qanuna müvafiq olaraq Nazirlər Kabinetinin təsdiqinə təqdim edilib”.

Mənbə: fed.az

Bax: Azərbaycanda orta aylıq əməkhaqqı artıb


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

əməkhaqqıAzərbaycanda orta aylıq əməkhaqqı 3%-ə yaxın artıb

2018-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artaraq 1 mln. 552,7 min nəfər olub, onlardan 883,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

“Report”un verdiyi xəbərə görə, muzdla işləyənlərin 21,3 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2018-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2019-cu ildə vergi sistemində köklü islahatlar həyata keçiriləcək

posted in: Vergi, Xəbər | 0

vergi2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur.

Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında deyib.

Oqtay Əsədov bildirib ki, bununla əlaqədar Prezident İlham Əliyevin təqdimatları parlamentə daxil olub. “Növbəti iclaslarda bu təqdimatları müzakirə edəcəyik. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda köklü islahatlar nəzərdə tutulur. Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlıq üçün vergi güzəştlərinin müəyyən edilməsi, eləcə də özəl, qeyri-neft sektorunda çalışanların vergidən azad edilməsi bütün digər məsələlərlə yanaşı, uzunmüddətli perspektiv və dövlət büdcəsinin artımına gətirib çıxaracaq. Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək”, – deyə Milli Məclisin sədri qeyd edib.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.