800 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: Ehome.Az

  • Şəhər: Bakı
  • Yaş: 25 – 42 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Elnur Novruzov
Bax: İnsan resursları üzrə böyük mütəxəssis tələb olunur

Taksi ilə sərnişin daşınmasına görə vergi

posted in: Vergi, Xəbər | 0

TaksiSual: Bakı şəhərində taksi ilə sərnişin daşınması fəaliyyəti ilə məşğul oluram. Bu fəaliyyətə görə nə qədər vergi ödəməliyəm və vergi orqanına bununla bağlı bəyannamə verməliyəmmi?

Cavab: Vergi Məcəlləsinin (VM) 218.1.1.1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

VM-in 219.1-1-ci maddəsinə müvafiq olaraq  həmin məcəllənin 218.1.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşdirilmiş vergi üzrə vergitutma obyektidir.

VM-in 220.5-ci maddəsinə əsasən, taksi ilə sərnişin daşınmasını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9 manatdır.

VM-in 220.6-cı maddəsində qeyd edilmişdir ki, yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi həmin məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;

– Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) – 1,5;

– Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci və 220.6.2-ci maddələrində göstərilənlər istisna olmaqla) – 1,0.

VM-in 221.4-cü maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır:

VM-in 221.4.1-ci maddəsinə müvafiq olaraq sərnişin və yük daşıyan vergi ödəyicisinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün sadələşdirilmiş vergi həmin məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi həmin maddədə qeyd olunan sadələşdirilmiş verginin aylıq məbləğinə, habelə VM-in 220.6-cı maddəsində göstərilən əmsallara vurularaq hesablanır və dövlət büdcəsinə ödənilir.

VM-in 221.4.2-ci maddəsində qeyd edilmişdir ki, VM-in 218.1.1.1-ci maddəsində göstərilən vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrinin qeydiyyata alındığı yerdən asılı olmayaraq, sərnişin və yük daşımalarının faktiki həyata keçirildiyi ərazi üçün həmin məcəllənin 220.5 – 220.7-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.

Beləliklə, Bakı şəhərində taksi ilə sərnişin daşıyan şəxslər tərəfindən  dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin aylıq məbləği 1 ədəd nəqliyyat vasitəsi üçün 18 manat (1 x 9 manat x 2 = 18 manat) təşkil edir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri, VM-də başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

İnsan resursları üzrə böyük mütəxəssis tələb olunur

İnsan resurslarıVakansiya: İnsan resursları üzrə böyük mütəxəssis

İşəgötürən: Dövlət qurumu

Təhsil: Ali təhsil

Xüsusi biliklər: 

Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, performansın idarə olunması, sənədləşdirmə və yazışma işləri, İnsan Resursları üzrə təminat  proqramları.

Təcrübə: İnsan resursları sahəsində azı 3 il stajı.

Kompüter bacarığı: MS Office proqramları üzrə mükəmməl biliklər.

Dil bacarığı: Səlis azərbaycan, rus dili və ingilis dili bacarığı.

Digər bacarıqlar: Komandada işin təşkili, hesabat tərtib etmə, şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, danışıqaparma qabiliyyəti.

Vəzifə Funksiyaları:

• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
• İşçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən tərtib edilməsi;
• Namizədlər bazasının yaradılması;
• Ştat cədvəlini və vakant iş yerləri haqqında məlumatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.;
• Vəzifə təlimatlarının hazırlanması;
• Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi;
• İşçilərin şirkətə bağlılığını  və işçi  məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi;

Bax: 700 manat məvaciblə Mühasib axtarılır

• İşçilərin iş fəaliyyətinin qiymətləndirilməsi (Performance Management);
• Şöbə menecerləri ilə birgə işçilərin təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi, tələb olunan vaxtda icra edilməsi;
• Daxili ünsiyyətin inkişafına yönələn tədbirlərin təşkil edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “İR üzrə böyük mütəxəssis” qeyd etməklə recruitmenthrbaku@gmail.com / info@finstaff.az elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Artıq ödəmə məbləğləri ləğv olunacaq?

posted in: Xəbər | 0

Artıq ödəməArtıq ödəmə məbləğləri ləğv olunacaq?

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirilib ki, 2019-cu il üçün nəzərdə tutulmuş artım məbləğinin komitə tərəfindən təmin edilməsi ölkədaxili dövriyyələrin tam bəyan olunmaması şəraitində Vergilər Nazirliyinin xətti ilə büdcə gəlirləri üzrə artıqödəmə məbləğində artımın olmasına təsir göstərəcək.

Bax: İnzibati Xətalar Məcəlləsində kiçik dəyişiklik edilib
Eyni zamanda, cari ilin 6 ayı ərzində artıq ödəmə ilin əvvəli ilə müqayisədə 3,9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz azalmasına baxmayaraq 2,4 milyard manat təşkil edir.

Vergi daxilolmalarının effektinin və nəzərdə tutulmuş dəyişikliklərin təsirinin qiymətləndirilməsi, ilk növbədə, artıqödəmə məbləğlərinin ləğvini tələb edir. AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Mənbə: azertag.az

Bax: Dövlət Gömrük Komitəsinin mayoru rüşvətə görə vəzifəsindən azad edilib

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun