DSMF-nin gəlirlərinə aid edilən sosial sığorta haqlarını Vergilər Nazirliyi toplayacaq

posted in: Vergi, Xəbər | 0

DSMFGələn ildən etibarən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinə aid edilən sosial sığorta haqlarını Vergilər Nazirliyi toplayacaq.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət büdcəsinin Milli Məclisin (MM) komitələrinin birgə iclasında müzakirəsində bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə aid edilən sosial sığorta haqlarının yığılmasının da növbəti ildən etibarən vergi orqanlarının səlahiyyətlərinə daxil edilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 milyard  928,1 milyon manat həcmində proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 349,3  milyon manat və ya 9,8% çoxdur.

Mənbə: fins.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

700 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: V Consulting MMC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 42 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Rüstəm Muradov
Bax: 3000 manat məvaciblə Maliyyə meneceri (Baş mühasib) tələb olunur

İş barədə məlumat

– Sərbəst şəkildə sənədlər əsasında mühasibat uçotunun aparılması,xərclərin və gəlirlərin uçotunun aparılması

– Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C 8.3 proqramına daxil edilməsi

– Pul vəsaitlərinin hərəkəti və bank qalıqlarına nəzarətin qurulması

– Debitor və kreditorların uçotunun təşkili

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

– ƏDV, mənfəət vergisi və digər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi

– Əsas vəsaitlərin reyestrinin aparılması. Mənfəət vergisi məqsədləri üçün amortizasiyanın hesablanması

– Səyyar vergi yoxlamalarının aparılmasına yardım, yoxlama ilə tələb olunan məlumatların təqdim edilməsi

– Vergi orqanları ilə vergi ödənişlərinin üzləşməsinin aparılması, elektron şəxsi vərəqənin düzgünlüyünə nəzarət

– Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması

Bax: Artline MMC Mühasib köməkçisi axtarır

Namizədə tələblər

– Mühasibat uçotu, maliyyə, audit, iqtisadiyyat və ya riyaziyyat üzrə ali təhsil

– Mühasibat uçotu sahəsində ən azı 3 il iş təcrübəsi

– Ümumi qəbul olunmuş mühasibat uçotu prinsiplərini dərindən bilmə

– Tələb olunan zaman müştərilərlə görüşmək, görülmüş və görüləcək işlər barədə məlumat vermək

– Yaxşı ünsiyyət, yazı və vaxt idarəetmə bacarıqları; e-poçt vasitəsilə müştərilər ilə ünsiyyət qurmaq qabiliyyəti

– Mükəmməl MS Excel bilikləri və Office proqramlarından istifadə etmə bacarıqları

– Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti; İngilis və Rus dillərini bilmək üstünlük hesab ediləcək

– Müsbət şəxsi keyfiyyətlər

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Artline MMC Mühasib köməkçisi axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi

  • İşəgötürən: Artline MMC
  • Şəhər: Bakı
  • Yaş: 21 – 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Ramal Əsədov

Bax: 3000 manat məvaciblə Maliyyə meneceri (Baş mühasib) tələb olunur

İş barədə məlumat

– İş qrafiki: 6 gün 1 gün istirahət günü

– Həftə içi, 09:00-dan 18:00-dək

– Şənbə günü, 09:00-dan 16:00-dək

– İş yeri Yeni Günəşli qəsəbəsində yerləşir

Bax: 500 manat məvaciblə Mühasib köməkçisi axtarılır

Namizədə tələblər

– Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək

– Mədaxil və məxaric sənədlərinin proqrama işlənilməsi

– Bütün növ ilkin mühasibatlıq qeydlərinin proqrama işlənilməsi;

– Debitorların və kreditorların analizi, təhlili

– Bütün növ pul hərəkətlərinin qeydiyyatını aparmaq

– Qadın işçilərə üstünlük verilir

CV-lərin geniş və şəkilli olması önəmlidir.

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Satılmış malların alış sənədi olmazsa bizi hansı cərimələr gözləyir?

posted in: Xəbər | 0

malların alış sənədiSatılmış malların alış sənədi olmazsa bizi hansı cərimələr gözləyir?

Sual: Sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən fiziki şəxs (VÖEN-li) bazardan mal alıb üstünə gəlir, faizini qoyub satışını həyata keçirir. Lakin bazardan alınan mala görə fiziki şəxsə e-qaimə təqdim olunmur. Amma qarşı tərəfə satış rəsmi şəkildə e-qaimə ilə həyata keçirilir. Belədə “elektron qaimə” sistemində yalnız Göndərilən qaimələr hissəsi doldurulub, Gələn qaimələr hissəsi boşdur. Vergi yoxlaması olarsa xərclərin uçotunun aparılmamasına görə hansı maliyyə sanksiyaları nəzərdə tutulub? Yəni Vergi Məcəlləsində sadələşmiş uçot aparan fiziki şəxslərə qarşı belə (hər hansı sanksiya) maddə varmı?

Bax: Hüquqi şəxsin ləğvetməsi necə həyata keçirilməlidir?

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı müvafiq elektron qaimə-faktura verilir, malların sahibkarlıq subyektlərindən alışı qanunvericiliklə müəyyən edilmiş sənədlərlə (elektron qaimə-fakturalar, elektron vergi hesab-fakturalar, idxal gömrük bəyannamələri, müqavilələr və s.) təsdiqlənir, vergi uçotunda olmayan (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) ayrı-ayrı fiziki şəxslərdən alışı “Malların alış aktı” ilə sənədləşdirilir və həmin aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatları (FİN, seriyası və nömrəsi) əks etdirilir.

Eyni zamanda bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Yuxarıda qeyd olunan formada tərtib edilmiş “Malların alış aktı” xərci təsdiq edən sənəd hesab edildiyindən, vergi uçotunda olmayan ayrı-ayrı fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə rəsmiləşdirildiyi halda həmin vergi ödəyicisinə qarşı Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq edilmir.

“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bununla yanaşı, malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidir.

Bax: Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci, 58.8-ci, 71-1.1-ci, 73-cü, 130-cu və 130.1-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.