Fiziki şəxsin xidmət göstərdiyi obyekt şəxsən özünə aiddirsə, icarə müqaviləsi bağlamağı məcburidir?

posted in: Müqavilələr, Xəbər | 0

icarə müqaviləsiSual: Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Xidmət göstərdiyi obyekt şəxsi özünə aiddirsə, icarə müqaviləsi bağlamağı məcburidirmi? Ümumiyyətlə Sahibkarlıq fəaliyyəti göstərən (bura topdan və pərakəndə satış göstərən hər bir şəxs aid edilir) istər hüquqi, istərsə də fiziki şəxs icarəyə obyekt götürməlidir? Suallarda göstərilənlərə əməl edilmədikdə hansı cərimələr tətbiq edilə bilər? (Maddələr göstərilməklə)

Bax: Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır

Cavab: Bildiririk ki, icarə müqaviləsi başqa şəxsin mülkiyyətində olan əmlakdan istifadə ilə əlaqədar bağlanan müqavilə formasıdır. Belə ki, Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Eyni zamanda sorğunuzdan obyektin Sizin mülkiyyətinizdə olduğu qənaətinə gələrək bildiririk ki, qeyd edilən halda icarə müqaviləsinin bağlanılması tələb edilmir və bununla əlaqədar qanunvericilikdə hər hansı maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Bax: Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

Bax: Mülki Məcəllənin 34-cü fəsli.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

AZM Trading MMC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

vakansiya

  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Səmədova Kəmalə

İş barədə məlumat

– Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi

– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi (ƏDV, ÖMV, SV)

– BTP proqramında işləməklə vergi bəyannamələrini göndərmək

– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləməyi bacarığına malik olmalıdır

– İş qrafiki: Bazar ertəsi – Şənbə: 09:00-dan 18:00-dək

Bax: Baş mühasib tələb olunur

Namizədə tələblər

– Müvafiq sahə üzrə Ali və riyazi təhsil

– Mühasibatlıq, Vergi biliklərinə – nəzəri və praktiki sahib olmalı

– 1C 8.3 (rus) versiyanı, MS Office və Elektron Hökümət Portalı proqramlarında işləmək bacarığı olmalı

– Mühasibatlıq sahəsində iş təcrübəsi 1 il

– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı olmalı

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla CV-lərini hr@azmtrading.az ünvanına göndərə bilərlər. Qeyd olunan tələblərə uyğun olmayan CV-lərə baxılmayacaq.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu ilin 6 ayında sığortaedənlərin penya və maliyyə sanksiyaları üzrə 57 mln. manata yaxın borcu silinib

posted in: Xəbər | 0

maliyyə sanksiyalarıDövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin səviyyəsinə söğortaedənlərin fonda məcburi dövlət sosial sığorta haqqı (MDSSH) üzrə borclarının ödənilməsi səviyyəsi birbaşa təsir göstərir.

Bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə rəyində öz əksini tapıb.

Bax: Vergi Məcəlləsində kiçik dəyişiklik edilib

Rəydə qeyd olunub ki, məcburi dövlət sosial sığortası sahəsində borcların tənzimlənməsi istiqamətində cari ildə əsaslı addımlar atılıb, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli qanunu qəbul edilib və 01.04.2018-ci il tarixdən qüvvəyə minib: “Həmin qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin Fondun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş MDSSH üzrə borcları tam məbləğdə, 2-ci maddəsinə əsasən 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən qanunun 3-cü maddəsində həmin qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin Fondun uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10%-inin ödənildiyi halda maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90%-inin, 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30%-i ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70%-inin, 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50%-i ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50%-inin silinməsi qeyd edilib, 4-cü maddəsində həmin qanunun 1-ci, 2-ci və 3-cü maddələrinin ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilib, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edildiyi vurğulanıb”.

Bax: Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi qaydaları ilə bağlı qərarda dəyişiklik edilib

Sənəddə bildirilib ki, təqdim edilmiş müvafiq məlumatlara əsasən 01.07.2018-ci il tarixə sığortaedənlərin Fonda borcunun məbləği 306 623,8 min manat (282 639,3 min manat borcun əsas məbləği (92,2%), 23 775,2 min manat penya və maliyyə sanksiyaları (7,7%), 209,3 min manat digər borclar (0,1%)) təşkil edib, borcun məbləği ilin əvvəlinə olan 371 708,9 min manat (290 717,7 min manat borcun əsas məbləği (78,2%), 80 773,3 min manat penya və maliyyə sanksiyaları (0,1%), 217,9 min manat digər borclar) məbləğə nəzərən 65 085 min manat (8 078,4 min manat borcun əsas məbləği üzrə, 56 998,1 min manat penya və maliyyə sanksiyaları üzrə, 8,6 min manat digər borclar üzrə) azalıb.

“Göründüyü kimi, məbləğ baxımından ilin əvvəlinə nisbətən əsas azalma maliyyə sanksiyaları üzrə olub ki, bu da, əsas etibarilə, yuxarıda qeyd olunan qanunun qüvvəyə minməsindən sonra görülmüş müvafiq tədbirlərlə əlaqələndirilə bilər. Belə ki, Fondun Kollegiyasının 2014-cü il 18 noyabr tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 6.11-ci bəndi ilə Fond orqanının sərəncamları ilə sığortaedənlərin bank hesablarından silinən, eləcə də təyinatı göstərilməyən (ödəniş sənədlərində ödənilən vəsaitin MDSSH üzrə borcun əsas məbləğinin, maliyyə sanksiyaları (o cümlədən penya) üzrə borcun və ya cari öhdəliklərin ödənilməsinə aid olması konkret göstərilmədikdə) ödəniş sənədləri üzrə daxil olan vəsaitlərin borcların ödənilməsinə aid edilməsi növbəliliyi müəyyən edilib, həmin növbəliliyə əsasən ilk növbədə ödənişi bir ildən çox olmamaqla gecikdirilən borcların, sonra bir ildən çox olmamaqla hesablanmış penya və maliyyə sanksiyalarının, sonra cari hesabat dövrünün birinci və ikinci ayları üzrə yaranan öhdəliklərin, sonra cari hesabat dövrünün üçüncü ayı üzrə yaranan öhdəliklərin və sonda digər borcların ödənilməsi nəzərdə tutulub. Başqa sözlə, ilk növbədə borcun əsas məbləği ödənilməlidir və bu əsasdan da əsas borc üzrə ödənilmiş məbləğ daha böyük olmalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən qanun 2018-ci ilin ilk 6 ayı ərzində cəmi 3 ay müddətində qüvvədə olub və ilin sonuna debitor borcların aradan qaldırılması istiqamətində daha nəzərəçarpan nəticələrin əldə ediləcəyini ehtimal etmək olar”, – deyə rəydə vurğulanıb.

01.01.2018-ci il və 01.07.2018-ci il tarixlərə Fondun mənbələr üzrə debitor borclarının məbləği

Rəydə o da qeyd edilib ki, 01.07.2018-ci il tarixə Fondun debitor borclarının 25 492,9 min manatı (24 469,6 min manat (96%) borcun əsas məbləği, 1 005,5 min manat (3,9%) penya və maliyyə sanksiyaları, 17,8 min manat (0,1%)) digər borclar) və ya Fondun ümumi debitor borclarının 8,3%-i büdcə təşkilatları üzrə formalaşıb, həmin borcların məbləği ilin əvvəlinə nisbətən 11 114 min manat və ya 77,3% artıb, təqdim edilmiş məlumatlara əsasən borclar, əsas etibarilə, cari ödəmələr üzrə formalaşıb. 01.07.2018-ci il tarixə borcların 124 994,2 min manatı (118 622,1 min manat (94,9%) borcun əsas məbləği, 6317,0 min manat (5,1%) penya və maliyyə sanksiyaları, 55,10 min manat digər borclar) və ya 40,8%-i dövlət mülkiyyətində olan qeyri-büdcə təşkilatları üzrə formalaşıb ki, bu da ilin əvvəlinə olan 179 512,5 min manat (136 094,5 min manat (75,8%) borcun əsas məbləği, 43 389,6 min manat (24,2%) penya və maliyyə sanksiyaları, 28,4 min manat digər borclar) borc məbləğindən 54 518,3 min manat azdır və ya həmin göstəricinin 69,6%-i qədərdir: “Göründüyü kimi, qeyd edilən sığortaedənlər üzrə borc ilin əvvəlinə nisbətən 54 518,3 min manat və ya təxminən borcun üçdə biri qədər azalıb, azalma, əsas etibarilə, penya və maliyyə sanksiyaları üzrə olub”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi qaydaları ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

BüdcəAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 468
Bakı şəhəri, 27 oktyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət
büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli, “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 6 aprel tarixli 62 nömrəli və “Azərbaycan
Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında


Bax: Vergi Məcəlləsində kiçik dəyişiklik edilib


“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 234 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, 2 maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr 2153, 2159; 2018, № 4, maddə 782) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Dövlət büdcəsinin gəlirlərini təmin edən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün Qanunun 11-1-ci maddəsinə əsasən tələb olunan məlumatları mart ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.”;

1.2. 2.6-cı bəndin birinci cümləsinə “büdcə proqnozu” sözlərindən sonra “(büdcə qaydasına uyğun hesablanmış icmal büdcənin xərclərinin yuxarı həddi də daxil olmaqla)” sözləri əlavə edilsin;

 1.3. 3.3-cü bəndə və 3.7-ci bəndin ikinci cümləsinə “Növbəti büdcə ili üzrə” sözlərindən sonra “büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla,” sözləri və “sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” sözlərindən sonra “(büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.4. 5.21-ci bəndin birinci və beşinci (ikinci halda) abzaslarından “dövlət büdcəsinin” sözləri çıxarılsın;

1.5. 5.36-cı bəndin birinci cümləsinə “hesabat” sözündən sonra “, büdcə qaydasına uyğun hazırlanmış icmal büdcənin xərclərinə dair proqnoz və kassa icrasının göstəriciləri” sözləri əlavə edilsin;

1.6. 5.44-cü bəndin birinci cümləsində “vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə, ikinci cümləsində “Sərbəst qalığın” sözləri “Vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin;

1.7. 6.3-cü bənddə “kənarlaşdıqda” sözü “az olduqda” sözləri ilə əvəz edilsin;

1.8. aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:

“6.3-1. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş göstəricilərdən 10 faiz və ya bu daxilolmalar Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla, müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qarşısında məsələ qaldırır.”

  1. “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 389; 2011, № 7, maddə 746, № 12, maddə 1256, 2017, № 11, maddə 2165) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında, 1-ci hissəsində “vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin;

2.2. həmin qərarla təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları” üzrə:

2.2.1. adında “vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.1-ci bənddə “dövlət büdcəsinin vahid xəzinə hesabındakı qalığının” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2166; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 sentyabr tarixli 410 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin 3.5-ci bəndindən “dövlət büdcəsinin” sözləri çıxarılsın.

Azərbaycan Respublikasının
Baş naziri                        Novruz Məmmədov

Mənbə: cabmin.gov..az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.