İşçilərin rəsmiyyətə salınmamasına görə bizi hansı cəzalar gözləyir?

posted in: Xəbər | 0

cəzaSual: Son dövrlərdə demək olar ki, bütün şirkətlər artıq işçiləri rəsmi qeydiyyatla işə götürür və rəsmi vergiləri ödəyirlər. Bu həm sahibkarlıq, həm də ümumi dövlətimiz üçün gözəl haldır. Bilmək istərdim, qeydiyyatsız işçi işlədən sahibkarlara qarşı nə kimi cəza var? Və ümumiyyətlə bu cür halları şikayət etmək olurmu? Necə və hara?

Cavab: Bildiririk ki, Əmək Məcəlləsinə əsasən işəgötürən tərəfindən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan hər bir fiziki şəxslə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Həmin müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Həmçinin bax: İcarəyəverən fiziki şəxsin VÖEN-i olduğu halda E-qaimə verməzsə gəlirdən çıxa bilərik?

Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək məbləğdə, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə inzibati cərimə edilir. Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bax: Əmək Məcəlləsinə 3-cü, 5-ci, 7-ci, Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri. Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Vergi orqanı mənbəyi bəlli olan və təsdiqlənmiş məlumatlar əsasında vergidən yayınan şəxsə qarşı mövcud qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri görə bilər. Bu baxımdan, qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılır və şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə vergi orqanı tərəfindən müvafiq tədbirlər görülür.

Bax: Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İxracla bağlı tamamilə elektronlaşdırılmış idarəetmə sisteminə keçiləcək

posted in: Xəbər | 0

idarəetmə“Azərbaycan Prezidenti İlham Əliyev gömrük orqanları və xüsusilə də fiskal sahədə fəaliyyət göstərən digər dövlət qurumları qarşısında qəti tapşırıq verərək bu sahədə islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və xüsusilə sahibkarlara münbit şəraitin yaradılması, “kölgə iqtisadiyyatı” ilə bağlı bütün qurumların əlbir olub bu sahədə funksiyalarımızı eyni istiqamətə yönəltməyi tapşırıb”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün “Caspian European Club” üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında bildirib.

Bax: Sadələşdirilmiş vergi ödəyicilərinin bir-biri ilə barter yolu ilə alqı-satqısı zamanı vergi yaranır?
Onun sözlərinə görə, verilən tapşırıqlara uyğun olaraq, şəffaflığın təmin edilməsi üçün islahatların aparılması qaçılmazdır: “Bizim də gələcək fəaliyyətimizdə “Yaşıl dəhliz” sistemlərinin genişləndirilməsi və bu sistemin ofisdən gömrük komitəsinin müvafiq qurumlarına gömrük bəyannaməsinin təqdim olunması, həm də gömrük-vergi rüsumlarının ödənilməsi ilə bağlı məmur- vətəndaş təmasını minimuma endirmək əsas məqsədimizdir. Xüsusilə də ixrac malları ilə bağlı sahibkarlarla tərəfdaş olacağıq və biz onlara xüsusi kanallar, dəhlizlər verəcəyik. Hesab edirik ki, yaxın günlərdə ixracın tamamilə elektronlaşdırılmış idarəetmə sisteminə keçəcəyik”.

S.Mehdiyev deyib ki, gömrük məmurunu görmədən sahibkarlar mallarını bəyan edəcək. Onun sözlərinə görə, iş adamlarına ilin bütün gün və saatlarında mallarını elektron qaydada bəyan edərək ixrac etmək imkanı yaradılacaq: “Bununla bağlı bizim IT mütəxəssislərinin ilkin pilot layihəsi tamamlanıb, bu ilin sonuna qədər pilot versiyada sahibkarlara təqdim edəcəyik. Növbəti ildə digər idxalatçılar da bura cəlb ediləcək, onlar avtomatlaşdırılmış sistemlə öz mallarını elektron bəyan edərək mallarını rəsmiləşdirə, rüsumlarını ödəyə biləcək”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İş təcrübəsi tələb olunmayan Təcrübə Proqramı

Təcrübəİş təcrübəsi tələb olunmayan Təcrübə Proqramı


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Vəzifə: Stajor (İnsan Resursları üzrə)

Ümumi məlumatlar

Karyerasını İnsan Resursları sahəsində qurmaq istəyən gənclər üçün fürsət!

• Ali təhsilli (iqtisadiyyat, menecment, sosiologiya və s ixtisası üzrə) məzunlar;
• İş təcrübəsi tələb olunmur;
• Staj müddəti ödənişlidir;
• Nahar şirkət tərəfindən təmin edilir.

Bax: Baş mühasib tələb olunur
İş haqqında məlumat
• İnsan Resursları və kadr kargüzarlığı məsələləri ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi;
• Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.

İş şərtləri

Həftədə 1 gün istirahət

İş yeri: Bakı şəhəri

Qəbul ediləcək işçi sayı: 2

Son müraciət tarixi: 11.12.2018

Web ünvanı: www.azersun.com

Mail: cv@azersun.com / info@finstaff.az

Mənbə: azersun.com


Sadələşdirilmiş vergi ödəyicilərinin bir-biri ilə barter yolu ilə alqı-satqısı zamanı vergi yaranır?

posted in: Vergi, Xəbər | 0

alqı-satqıSual: İki sadələşmiş şirkət, aralarındakı müqaviləyə əsasən bir-biri ilə barter yolu ilə alqı-satqı etmişdir. Məsələn, biri 500 AZN məbləğində televizor verib əvəzində qarşı tərəfdən eyni dəyərdə kompüter alır. Yəni qazanc 0 (sıfır) olur. Bu sadələşmiş vergi bəyannaməsində dövriyyə kimi qeyd olunmalıdımı? Vergi ödənilməlidirmi?

Bax: Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan halda baş vermiş təqdim olunmadan əldə olunan maddi aktivlərin dəyəri hər iki sadələşdirilmiş vergi ödəyicisi üçün vergitutma obyektini təşkil edir və müvafiq olaraq da bəyannamədə öz əksini tapmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu və 219.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Bax: Yaşayış evinin bağışlanması zamanı vergi tutulurmu?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.