Baş mühasibin köməkçisi tələb olunur

posted in: İş elanı, Xəbər | 0

Baş mühasibin köməkçisiVəzifə: Baş mühasibin köməkçisi

İşəgötürən: Beta Azerbaijan

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Bax: Baş mühasib tələb olunur

İş barədə məlumat

– Baş mühasibin göstərişinə əsasən lazım olan işləri yerinə yetirmək

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar

– Vergi orqanları ilə yazışmalar

– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi

– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilədəqiq işləmək bacarığı

– E-portal proqramı ilə işləmək bacarığının olması

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək

– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi

– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək

– İş qrafiki: Bazar ertəsi -şənbə: 08:30-dan 18:00-dək

– Bazar günü istirahət günüdür

– Nahar şirkət tərəfindən verilir

Bax: İş təcrübəsi tələb olunmayan Təcrübə Proqramı

Namizədə tələblər

– Qadın namizəd

– Ali təhsilli

– B1-B3, Microsoft Office proqramlarını bilmək

– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)

– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək

– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması

– Balansın çıxarılması

CV-lərinizi foto ilə birlikdə post@beta.az / info@finstaff.az ünvanına “Baş Mühasibin köməkçisi” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda 21 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

 

ləğv

  • “BAŞAK-İMAN SIĞORTA ŞİRKƏTİ” ASC (VÖEN: 1300045461) ləğv olunduğu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid 79 ünvanına bildirə bilərlər.
  • “AFA-NH” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1504282601) ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, E.İsakzadə, ev 10, mənzil 9 ünvanına bildirə bilərlər.
  • “SRANDA MMC” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1005134411) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “NƏQLİYYƏATTEXNOLOGİYASI” MMC (VÖEN:1401167461) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 320 ünvanına bildirə bilərlər.
  • AGC MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN: 2900815531) ləğv olunduğunu elan edirş Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 9E, mənzil 65 ünvanına bildirə bilərlər.
  • “İNVEST SERVİCE CO LTD” Şirkəti  (VÖEN: 1500125211) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospeti, ev 3 ünvanına bildirə bilərlər.
  • “JAVA İNVESTMENTS MENECMENT AZƏRBAYCAN” MMC (VÖEN: 1300792061)ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad, ev  64/66 ünvanına bildirə bilərlər.
  • “NEFTMAŞ XÜSUSİN KONSTRUKTOR BÜROSU” Törəmə Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 9900029591) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, ev 4 ünvanına bildirə bilərlər.
  • “MAŞINQAYIRMA TEXNOLOGİYASI İNSTİTUTU” Törəmə Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1500105441) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, akademik H.Əliyev küçəsi, ev 57 ünvanına bildirə bilərlər.
  • “FARM+” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1600651891)  ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 105, mənzil 38 ünvanına bildirə bilərlər.

 

mühasib

  • “NİYAZİ 1953” MMC (VÖEN: 1404278041) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi, ev 20, mənzil 61 ünvanına bildirə bilərlər.
  • “EASY CONSULTİNG” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1502296641) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini iki ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.
  • “ROMB” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1700845291) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.
  • “ASİAN QRUP” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1900580281) ləğv olunmağını elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəlləünvanına bildirə bilirlər.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • “VORLD HEALTH CENTRE” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1501465561) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.
  • “ŞƏHRİYAR 1987” Məhdud məsuliyyətlə cəmiyyəti (VÖEN: 1504267041) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küşəsi, ev 22, M5, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “PERSONA QRATA”  Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1700880211) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Sabir, ev 25 ünvanına bildirə bilərlər.
  • “DİGİT.AZ” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1402479041)  ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, ev156, məhəllə 731, mənzil 34 ünvanına bildirə bilirlər.
  • “ALOV-2008”  Məhdud məsulyyətli cəmiyyəti (VÖEN: 1500122971) ləğv olunduğunu elan edir. Kraditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, BöyükŞor (Daş Karxana), ev 2062-cə məhəllə ünvanına bildirə bilərlər.
  • “EURO TRANDİNG” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1502440281) ləğv olunduğunu elan edir. Kredotorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.
  • “AQROMAŞHOLDİNQ-BAKI” MMC (VÖEN: 1001444951) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi qəsəbəsi, Sərq hissəsi ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Exceldə gündəlik “ToDo List” şablonu

posted in: Excel, Xəbər | 0

Gündəlik iş və vəzifələrinizi rahatlıqla izləmək üçün, aşağıdakı Excel formundan istifadə edə bilərsiniz. Buna gündəlik ToDo List də deyə bilərsiniz. İnterfeysi aşağıdakı kimidir:

ToDo List

Əvvəlcə faylı yükləyin: 
Bax: Qovluqdakı faylların adlarından ibarət Excel cədvəlinin hazırlanması

Faylın ən gözəl xüsusiyyəti – siz bunu özünüzə uyğun çox rahat bir şəkildə formalaşdıra bilərsiniz, fayldakı bütün formul və şərti formatlamalar avtomatik sizə uyğunlaşacaqdır. Bunun üçün fayldakı Input səhifəsinə gedib, öncə Təsərrüfat Təqvimini yeniləyirsiniz (2018-ci ili mən əlavə etmişəm).

ToDo List

Vacib Qeyd: Tarixləri düzgün formatladığınızdan əmin olun, yoxsa fayl işləməyəcək.

Daha sonra, gündəlik/həftəlik/aylıq/kvartallıq işlərinizi planlaşdırın. Aşağıdakı kimi:

ToDo List

Gördüyünüz işin təsviri (Reports), işin görülmə intervalı (Periodicity) və hansı biznes sahəsinə aidiyyatını (Business Area) qeyd edin. Bu siyahıda 11 fərqli iş olmasına baxmayaraq, siz istədiyiniz qədər uzada bilərsiniz.

Daha sonra əsas səhifəyə gəlib, sətir (ToDo list) və sütunları (Tarixlər) kopyalayıb yapışdırırsınız. Hər xana formul ilə tənzimlənir.

Siyahınız yekunlaşdıqdan sonra, müvafiq xanalara “x” (görüləcək işləri təmsil edir) və “ok”(işin görüldüyünü ifadə edəcək) yazmaqla ToDo Listinizi idarə edəcəksiniz. Görüləcək işlər qırmızıgörülən işlər isə yaşıl ilə avtomatik formatlanacaqdır.

Müəllif: Elçin Xəlilov

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş Mühasib

İşəgötürən: Aqro-Vest DC MMC


Əmək haqqı: 1000 – 1500 AZN
Bax: Azersun Holding Mühasib axtarır
İş barədə məlumat

– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq müəssisənin mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanması və vaxtında köçürülməsi
– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi
– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əməkhaqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək

 

mühasib

Namizədə tələblər

– Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla
– Əmək məcəlləsi, vergi məcəlləsi;
– İdarəçilik qabiliyyətlərinə malik olmalı;
– Beynəlxalq mühasibatlıq bilgiləri;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri);
– 1C 8.3.,8.2., BTP, B1, B3 proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
– Fərdi və kollektivdə işləmə qabiliyyəti;
– Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı

Mənbə: kadr.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.