Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:

  • əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;
  • əməliyyatın xarakteri dəyişdikdə;
  • qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud
  • vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq qaydada aparıldıqda.

Qanunvericiliyin bu tələbini vergi eksperti İsmayıl Bağırov misallar əsasında şərh edir.

Öncə əməliyyatın tam və ya qismən ləğv edilməsi, o cümlədən malın tam və qismən geri qaytarılması halına baxaq.

Misal 1: Vergi ödəyicisi mart ayında alıcıya 23.600 manat dəyərində (o cümlədən 3.600 manat ƏDV) mal təqdim edib. Malın dəyəri həmin ay vergi ödəyicisinin bank hesabına daxil olub. Lakin aprel ayında alıcı 5.900 manat (o cümlədən 900 manat ƏDV) məbləğində malı satıcıya geri qaytarıb. Bu halda alıcı və satıcı aprel ayındakı dövriyyələrinin məbləğini dəqiqləşdirməlidirlər. Satıcı mal təqdim edərkən ümumi məbləğə ƏDV hesabladığından, həmin malların qaytarılan hissəsinə düşən ƏDV məbləğini 900 manat bəyannamədə azaltmalı, alıcı isə qaytardığı mallara düşən büdcədən əvəzləşdirdiyi 900 manat ƏDV məbləğini büdcəyə bərpa etməlidir.

Əməliyyatın xarakteri dəyişdikdə…

Misal 2: Vergi ödəyicisi mart ayında 23.600 manatlıq ƏDV ilə birlikdə aldığı və ƏDV-ni əvəzləşdirdiyi malı avqust ayında müəssisənin nizamnamə fonduna pay şəklində qoyub. Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə görə, müəssisənin nizamnamə fonduna əmlakın pay şəklində qoyuluşu ƏDV-dən azad edilən əməliyyat hesab edilir. Deməli, vergi tutulan əməliyyatın xarakteri dəyişib və bu səbəbdən də vergi tutulan dövriyyə dəqiqləşdirilməlidir. Çünki vergidən azad olunan əməliyyatlara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Bu halda, avqust ayı üçün vergi tutulan dövriyyə dəqiqləşdirilməli və büdcəyə hesablanmalı olan ƏDV-nin məbləgi aşağıdakı qədər artırılmalıdır:

20.000 x 18% = 3.600 manat.

Qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə…

Misal 3: 2020-ci ilin may ayının 20-də A müəssisəsi alıcıya 1.180 manat (o cümlədən 180 manat ƏDV) dəyərində mal göndərib, həmin tarixə vəsaiti alıb və müvafiq elektron vergi hesab-fakturası təqdim edib. Göstərilən əməliyyat üzrə A müəssisəsi may ayının bəyannaməsində büdcəyə 180 manat ƏDV hesablayıb. İyun ayında malın qiyməti aşağı salınaraq 944 manat (o cümlədən 144 manat ƏDV) razılaşdırılıb və həmin ayda da alıcı tərəfindən ödənilib.

Bu halda, A müəssisəsi may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və büdcəyə hesablanan ƏDV məbləğini 36 manat azaldır (iyun ayının ƏDV bəyannaməsinin 319-cu sətrində).

180 – 144 = 36 manat.

Misal 4: Tutaq ki, A firması B firmasına 28 iyun 2020-ci il tarixdə 11.800 manat (10.000 manat + 1.800 manat ƏDV) məbləğində mal satıb və həmin tarixdə vəsaiti alıb. 30 günə yaxın müddət keçəndən sonra B firması A firmasına iddia bildirib ki, satdığı malların qiymətləri yüksəkdir, qiymətlər aşağı salınmasa, mallar geri qaytarılacaq. A firması bunu qəbul edir və razılaşır ki, satdığı malların dəyəri 9.440 manat (8.000 manat + 1.440 manat ƏDV) məbləğində qəbul olunsun. Bununla bağlı tərəflər 31.07.2020-ci il tarixində müvafiq sənədləşmələr aparırlar.

Bu halda, A firması iyun ayının ƏDV bəyannaməsində dövriyyə kimi 11.800 manat (10.000 manat + 1.800 manat ƏDV) göstərəcək və B firmasına elektron qaimə-faktura təqdim edəcək. 31.07.2020-ci il tarixdə isə əməliyyat üçün müəyyənləşdirilən kompensasiya dəyişdiyindən, iyun ayında təqdim olunan elektron qaimə-faktura dəqiqləşdirilmiş kimi yenidən 9.440 manat (8.000 manat + 1.440 manat ƏDV) məbləğində veriləcək. İyul 2020-ci il tarixli ƏDV hesabatında 163-cü maddə əsas göstərilərək dəqiqləşdirilmiş dövriyyə olmaqla, 2.360 manat (2.000 manat + 360 manat ƏDV) azaldılan dövriyyə yazılacaq.

Vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq qaydada aparıldıqda…

Misal 5: A müəssisəsi 2020-ci ilin may ayında B müəssisəsinə 1.180 manat (o cümlədən 180 manat ƏDV) dəyərində mal göndərib, lakin alıcıya təqdim olunan elektron qaimə-fakturada malın dəyərini səhvən 1.298 manat (o cümlədən 198 manat ƏDV) göstərib. Malın dəyəri B müəssisəsi tərəfindən may ayında ödənilib. Müvafiq olaraq, göstərilən əməliyyat üzrə may ayının bəyannaməsində A müəssisəsi büdcəyə 198 manat ƏDV hesablayıb. B müəssisəsi isə 198 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirib. İyun ayında bəlli olub ki, may ayında təqdim olunmuş elektron qaimə-fakturada malın dəyəri səhv göstərilib. Bu halda:

– A müəssisəsi may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və büdcəyə hesablanmış ƏDV məbləğini 18 manat azaldır (iyun ayının ƏDV bəyannaməsinin 319-cu sətrində):

198 – 180 = 18 manat
– B müəssisəsi may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və əvəzləşdirilmiş 18 manat ƏDV məbləğini büdcəyə hesablayır (iyun ayının ƏDV bəyannaməsinin 318-ci sətrində).

Vergi Məcəlləsinin 163.2-ci maddəsinə əsasən, vergi ödəyicisi Vergi Məcəlləsinin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində:

– ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə; yaxud

– ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Misal 6: A MMC B MMC-yə 2020-ci ilin may ayında 1.180 manat (o cümlədən 180 manat ƏDV) dəyərində mal göndərib. Lakin alıcıya təqdim olunan elektron qaimə-fakturada malın dəyərini səhvən 1.400 manat (o cümlədən 213,6 manat ƏDV) göstərib. Malın dəyəri B MMC tərəfindən may ayında ödənilib. Göstərilən əməliyyat üzrə may ayının bəyannaməsində A MMC büdcəyə 213,6 manat ƏDV hesablayıb. B MMC isə 213,6 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirib. İyun ayında müəyyən olunub ki, may ayında təqdim edilmiş elektron qaimə-fakturada malın dəyəri səhv göstərilib. Belə olan halda:

– A MMC may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və büdcəyə hesablanmış ƏDV məbləğini 33,6 manat azaldır:

213,6 – 180 = 33,6 manat.

– B MMC may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və əvəzləşdirilmiş 33,6 manat ƏDV məbləğini büdcəyə hesablayır.

Göründüyü kimi, təqdim olunan elektron qaimə-fakturalar satıcıda ƏDV tutulan dövriyyəni, alıcıda isə əvəzləşdirilən dövriyyəni müəyyən edir və bir-birinə bərabərdir. Əgər təqdim olunan elektron qaimə-fakturalarda dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar aşkar olunursa, bu halda həm satıcının, həm də alıcının dövriyyəsində müvafiq dəqiqləşdirmələr aparmaq zəruriliyi yaranır. Dövriyyənin dəqiqləşdirilməsi zamanı büdcəyə hesablanmalı və ya əvəzləşdirilməli olan ƏDV məbləği hər iki tərəfdə arta və ya azala bilər.

Mənbə: vergiler.az

Hansı halda işçinin məlumatlarının digər şəxslərə ötürülməsi qadağandır?

PMS I mərhələ üzrə imtahana hazırlıq kursu (Ağamir Əsgərov)

posted in: Xəbər | 0

PMS I mərhələ üzrə imtahana hazırlıq kursu

Peşəkar Mühasib Sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.

Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, 3 aylıq PMS I mərhələ üzrə imtahana hazırlıq kursuna başladıq.

Kur PMS imtahanının 1-ci mərhələsi – qanunvericilik üzrə aşağıdakı növlərdə keçirilir:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri (KOS) üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS.

Təlimçi haqqında:

Ph.D. Ağamir Əsgərov – Mühasibatlıq və Audit üzrə Ekspert

Mühasibat uçotu və audit sahəsində tanınmış mütəxəssisdir. Bakı Mühəndislik Universitetində maliyyə və mühasibat kafedrasında dosent vəzifəsində çalışır. Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri, Peşəkar Mühasib Sertifikatının eksperti və Dövlət qulluğu sektorunda müstəqil eksperti kimi fəaliyyət göstərir.

Eyni zamanda, bir sıra qurumlarda Baş mühasib, Maliyyə direktoru vəzifələrində çalışır. Həmçinin bir neçə şirkətin təsisçisidir.

Təhsil və Akademik Nailiyyətlər

Ağamir Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin Təşkili və İdarə edilməsi ixtisası üzrə bakalavr və magistratura pillələrini bitirmişdir.

2015-ci ildə Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiya Komissiyasından iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi adını almışdır.

O, Maliyyə mühasibat sahəsində beynəlxalq səviyyədə tanınmış bir sıra elmi məqalələrin müəllifi, sahə üzrə bir sıra lahiyələrin icraçısı və müxtəlif Beynəlxalq Konfransların iştirakçısıdır.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Kursun formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: – dərs / Həftədə – dəfə

Kursa daxildir:

  • 27 dərs (54 saat) + 2 sınaq imtahanı;
  • Sertifikatların təmini;
  • Video qeydlər, dərs materialları və testlərlə təminat;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Mövzunun adı Saat
1 1 – MALİYYƏ HESABATLARI ÜZRƏ KONSEPTUAL ƏSASLAR 2
2 2 – MUBS-2 EHTİYATLAR 3
3 3 – MUBS-16 – TORPAQ, TİKİLİ VƏ AVADANLIQLAR 4
4 4 – MUBS 20 – HÖKUMƏT SUBSİDİYALARININ UÇOTU VƏ HÖKUMƏT YARDIMI HAQQINDA MƏLUMATIN AÇIQLANMASI 2
5 5 – MUBS 40 –  İNVESTİSİYA MÜLKİYYƏTİ 2
6 6 – MUBS 23 – BORCLAR ÜZRƏ MƏSRƏFLƏR 2
7 7 – MUBS 38 –  QEYRİ-MADDİ AKTİVLƏR 3
8 8 – MUBS 36 – AKTİVLƏRİN QİYMƏTDƏN DÜŞMƏSİ0 4
9 9 – MHBS 15 – MÜŞTƏRİLƏRLƏ MÜQAVİLƏLƏR ÜZRƏ GƏLİRLƏR 4
10 10 – MHBS 16 – İCARƏLƏR 4
11 11 – MHBS 9 – MALİYYƏ ALƏTLƏRİ 2
12 12 – MUBS 12 – MƏNFƏƏT VERGİSİ 3
13 13 – MUBS 21 – XARİCİ VALYUTA ƏMƏLİYYATLARIN DƏYİŞMƏSİNİN TƏSİRLƏRİ 2
14 14 – MUBS 37 – YARADILMIŞ EHTİYAT FONDLARI, ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ ŞƏRTİ AKTİVLƏR 2
15 15 – MUBS 41 – KƏND TƏSƏRRÜFATI 1
16 16 – MUBS 7 – PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTi HAQQINDA HESABAT 4
17 17 – MHBS 10 – BİRLƏŞDİRİLMİŞ (KONSOLİDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARI:MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT 4
18 17 – MHBS 10 – BİRLƏŞDİRİLMİŞ (KONSOLİDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARI:MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT 4
19 18 – MUBS 1 – Maliyyə hesabatlarının təqdimatı 2
CƏMİ 54

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir

posted in: Xəbər | 0

5 sentyabr dünyada Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd olunur. BMT tərəfindən təsis edilən bu günün əsas məqsədi yardımlaşma və həmrəyliyin vacibliyini xatırlatmaqdır.

Məhz bu əlamətdar gündə Qırmızı Ürəklər Fondu sosial həssas qruplardan olan tələbələrin təhsilinə dəstək məqsədilə “Onu Oxut” aksiyasına start verir. Həyata keçirilən ianə aksiyasının əsas məqsədi əhalinin sosial həssas qruplardan olan tələbələrin təhsil imkanlarını genişləndirmək, onlara dəstək olmaqdır.

Xatırladaq ki, 2021-ci ildən başlayan “Onu oxut” aksiyası çərçivəsində bugünədək 115 490 manat vəsait toplanılaraq, 76 tələbəyə təhsil təqaüdü təqdim edilib.

Qırmızı Ürəklər Fondu xeyriyyəçilik təşəbbüslərinə qoşulmaq istəyən hər kəsi “Onu Oxut” aksiyası çərçivəsində həmrəylik nümayiş etdirməyə və gənclərə dəstək olmağa çağırır.

Aksiyaya fotodakı QR kodu oxudaraq, eləcə də Fondun veb-saytı (https://redhearts.az/aktiv-aksiyalar/tehsil-teqaud), Kapital Bank terminalları,  Birbank və m10 mobil tətbiqləri vasitəsi ilə ianə etmək mümkündür.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Hansı halda işçinin məlumatlarının digər şəxslərə ötürülməsi qadağandır?

Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?

posted in: Xəbər | 0

2025-ci ilin yanvar ayında sahibkar fəaliyyətim olub və işçilərimə əməkhaqqı hesablamışam. Fevral ayında fəaliyyətim olmadığı üçün işçilərimə əməkhaqqı hesablamamışam və onların hər birinin əmək müqaviləsinə xitam vermişəm. Sahibkar kimi isə fəaliyyətimi mart ayında dayandırmışam. Bilmək istəyirəm ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə sahibkarlıq fəaliyyətindən əldə etdiyim gəlirimin 75 faizini gəlir vergisi bəyannaməsində güzəşt kimi göstərə bilərəmmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Prezidentinin fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğuya cavab olaraq bildirilir ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir. Mart ayında işçiniz olmadığı üçün orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olacaq və sizin güzəştdən istifadə etmək hüququnuz olmayacaq.

Mənbə: vergiler.az

Mebel ustası nə qədər vergi ödəməli və sosial ödəniş etməlidir?

1 133 134 135 136 137 138 139 2. 386