Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faiz artıb

posted in: Xəbər | 0

Cari ilin avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayına nəzərən 216 min ədəd artaraq 21,129 milyon ədəd təşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17 faiz artıb, kredit kartlarının sayı isə 7 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. 2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,153 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,015 milyon manatı POS terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,3 faizini təşkil edib.

Mənbə: vergiler.az

Ödənişsiz məzuniyyət hüququ necə tənzimlənir?

Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq

posted in: Xəbər | 0

Məlum olduğu kimi, Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib.

Vergi ödəyicilərinə xidmətin daha da sadələşdirilməsi məqsədilə yeni redaksiyada təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” forması oktyabrın 1-dən şəxsi elektron kabinet üzərindən təqdim olunacaq.

Xatırladaq ki, indiyədək bu bəyannamə müvafiq interfeys vasitəsilə ayrıca təqdim edilirdi, digər vergilərə dair bəyannamələr isə vahid şəkildə elektron kabinetdən göndərilirdi. Artıq bu sistem şəxsi kabinetə tam inteqrasiya olunub və vergi ödəyiciləri muzdlu işlə əlaqədar bəyannaməni də e-kabinet üzərindən təqdim edə biləcəklər.

Yenilik sahibkarların inzibati yükünü azaldacaq, bütün bəyannamələrin vahid mənbədən təqdim olunmasına imkan verəcək. Nəticədə, vaxt itkisi aradan qaldırılacaq, rəqəmsal şəffaflıq və hesabatlılıq daha da güclənəcək. Sahibkarlıq subyektləri üçün hesabat prosesləri sadələşdiriləcək, bununla da vergi öhdəliklərinin vaxtında və rahat yerinə yetirilməsinə daha münbit şərait yaranacaq.

Dövlət Vergi Xidməti bütün vergi ödəyicilərini oktyabrın 1-dən İnnernet Vergi İdarəsində (new.e-taxes.gov.az) şəxsi kabinet vasitəsilə bu imkandan yararlanmağa dəvət edir.

Yeni bəyannamə (hesabat) forması, onun əlavələri və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Mənbə: vergiler.az

Daşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar?

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

posted in: Xəbər | 0

Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır. Bunun üçün Birbank mobil tətbiqində uyğun bonus kateqoriyalarını seçmək yetərlidir. Qeyd edək ki, bonus hər ay mütəmadi olaraq yenilənir və istifadəçilərə 4 fərqli istiqamətdə bonuslar qazanmaq şansı yaradır. Bu kateqoriyalara telefon, internet, kommunal və TV ödənişləri, market, kafe, restoran, taksi, aptek, hotel, YDM və digər xidmətlər daxildir.

Toplanmış bonuslardan Birbank mobil tətbiqi üzərindən kommunal və mobil ödənişlərdə, eləcə də  m10, Birmarket, BakıKart QR, Trendyol və minlərlə partnyor mağazalarda istifadə etmək mümkündür. Sentyabr ayından etibarən mərhələli şəkildə tətbiq olunan yenilik yaxın zamanda daha çox müştəri üçün əlçatan olacaq.

Ətraflı məlumat üçün: birbonus.az

Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Birbonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Müəllimlərin əmək məzuniyyəti və onun hesablanması qaydası

Hansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?

posted in: Xəbər | 0

ƏDV ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektləri istehsal fəaliyyəti ilə məşğul olursa, istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə vergi orqanına məlumat təqdim etməlidirlərmi? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. İstehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilir.

Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim olunmamasına və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sorğuya cavab olaraq bildirilib ki, ƏDV ödəyicisi olub-olmamasından aslı olmayaraq, mikro və kiçik sahibkarlıq subyektləri qeyd olunan maddənin məqsədləri üçün istisna edilib.

Əsas: Vergi məcəlləsinin 16-cı və 57-ci maddələri

Mənbə: vergiler.az

Qeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?

1 134 135 136 137 138 139 140 2. 397