Korporativ təlimlər

posted in: Xəbər | 0

Mühasiblərinizin məhsuldarlığını artırmaq və hesabatlarda çevik nəticələr əldə etmək istəyirsiniz?

Bu ehtiyacınızı xüsusi hazırlanmış korporativ təlimlərimiz ilə qarşılaya bilərsiniz:

Təlim proqramlarımız tam olaraq sizin müəssisənizin ehtiyaclarına uyğunlaşdırıla bilir.

Niyə məhz biz?

🔹 Peşəkar təlimçilər – sahəsində təcrübəli və praktik biliklərə sahib ekspertlər
🔹 Güclü təşkilati komanda – təlimlərin planlaşdırılması, təşkilati işlər və sürətli dəstək
🔹 İlkin ehtiyac analizi – komandanız üçün ən uyğun proqramı müəyyən edirik
🔹 Sınaq dərs – komanda üçün uyğunluğunu test etmək imkanı
🔹 Təlim sonrası dəstək – öyrənilənlərin iş prosesinə tətbiqi

Elə indi müraciət edin – əməkdaşlığımızdan məmnun qalacağınıza əminik.

Sual və müraciətləriniz üçün bizimlə birbaşa əlaqə saxlayın: 050 225 72 90

Müraciət etmək üçün formu doldurun: https://crmform.azgroup.az

 

 

İşçi bir ildən az işlədikdə ona məzuniyyətə görə kompensasiya verilirmi? –QAYDALAR, MƏBLƏĞLƏR

posted in: Xəbər | 0

Bəzi hallarda işə yeni qəbul olunan işçilər müxtəlif səbəblərdən qısa müddətdə işdən ayrılmalı olurlar. 1-2 ay kimi qısa müddətdə əmək müqaviləsinə xitam verilən işçiyə son haqq-hesab verilməlidir. Bəs yeni iş yerində 6 ayı, 1 ili tamam olmayan işçi işdən çıxarsa, ona hansı ödənişlər ediləcək? Bu halda işçiyə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya  hesablanırmı? 

Bu suallara əmək qanunvericiliyi üzrə mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 9-cu maddəsinin “x” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri hər il minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququdur.

Müəssisədə nə qədər müddət işləməsindən asılı olmayaraq, işçi işə başladığı gündən hər iş ilinə görə məzuniyyəti formalaşır. Əmək Məcəlləsinin 114-cü maddəsinin tələbinə görə, əsas məzuniyyət 21 və 30 gün müəyyən edilib. Məcəllənin 83-cü maddəsinin 4-cü bəndində qeyd olunur ki, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Məcəllənin 144-cü maddəsinin 1-ci bəndində isə göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi, əsas məzuniyyət 21 və 30 gündür. Deməli, son haqq-hesabda işçiyə 21, yaxud 30 gün olmaqla əsas məzuniyyətə görə kompensasiya hesablanacaq. Çünki Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə əsasən, son haqq-hesabda əlavə məzuniyyətə görə pul əvəzi (kompensasiya) verilmir. İşçinin işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır.

Misal 1

İşçi müəssisədə mütəxəssis vəzifəsində işləyir və aylıq vəzifə maaşı 2.000 manatdır. Onun əsas məzuniyyəti 30 gün, əlavə olaraq staja görə 4 və uşağa görə 2 gündür. İşçi işdən çıxdıqda məzuniyyət qalığı 30 gün üzərindən hesablanacaq. Fərz edək ki, həmin mütəxəssis iş ilini tam işləməyib, işə qəbul olduqdan 2 ay sonra işdən ayrılıb. Bu zaman ona ödəniləcək məzuniyyətin kompensasiyası aşağıdakı kimi hesablanacaq:

30 : 12 = 2,5 gün;
2,5 x 2 = 5 gün.

Kompensasiya hesablanması Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydasına uyğun olaraq həyata keçirilir. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı, onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin orta əməkhaqqı məbləğini müəyyən etmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

(2.000 + 2.000) : 2 = 2.000 manat;
2.000 : 30.4 = 65.79 manat;
65.79 x 5 = 328.95 manat.

Deməli, 2 aydan sonra işdən çıxan işçiyə qalıq əsas məzuniyyətə görə 328.95 manat kompensasiya ödəniləcək.

Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Tutaq ki, işçinin son iş günü 2 sentyabr 2025-ci il olub. Ona görə də 2 günün əməkhaqqı hesablanıb ödənilməldir.

Əvvəlcə 1 günə düşən əməkhaqqını tapaq. Qeyd edək ki, 2025-ci ilin istehsalat təqviminə görə sentyabr ayında 5 günlük iş qrafikində 22 iş günü var. Deməli, işçinin 1 günə düşən əməkhaqqı məbləği 90.90 manat edir:

2.000 : 22 = 90.90 manat;
90.90 x 2 = 181.8 manat (2 gün üçün əməkhaqqı).

Tutaq ki, işəgötürən işçiyə sentyabr ayı üzrə 50 manat mükafat verib. Bu halda işdən çıxan işçinin son haqq-hesabı belə hesablanacaq:

181.8 + 328.95 + 50 = 560.75 manat.

Mənbə: vergiler.az

Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları

Rezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi?

posted in: Xəbər | 0

Açıq Səhmdar Cəmiyyəti maliyyə xidmətləri göstərir, ƏDV-dən azaddır və ƏDV qeydiyyatında deyil. Lakin qeyri-rezident şirkətlərdən müxtəlif xidmətlər və ya lisenziyalar alır. Bu halda rezident ASC qeyri-rezident tərəfindən göstərilən xidmətlər üzrə qeyri-rezidentin ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində, vergi agenti üçün elektron xidmətlər də daxil olmaqla (Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna edilməklə), xidmət göstərirsə və ya iş görürsə, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ƏDV-yə cəlb olunur. Bu əməliyyatlar üzrə ƏDV tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanmış vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq, vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

Mənbə: vergiler.az

İlin ortasında fəaliyyətə başlayan sahibkar 75%-lik vergi güzəştindən yararlana bilərmi?

İkiqat vergitutma və DTA formalarının tətbiqi

posted in: Xəbər | 0

“İkiqat vergitutma və DTA formalarının tətbiqi” kursu

Kurs kimlər üçündür?

  • Xarici tərəfdaşlarla işləyən mühasiblər və baş mühasiblər
  • Vergi məsləhətçiləri və auditorlar, beynəlxalq vergi biliklərini artırmaq istəyən peşəkarlar
  • Vergi sazişlərinin hüquqi tərəfi ilə maraqlanan hüquqşünaslar
  • Xarici əməliyyatları olan maliyyə rəhbərləri və sahibkarlar

Mövzular:

  • İkiqat vergitutma nədir və onun aradan qaldırılması üçün əsaslar
  • DTA formaları və onların doldurulma qaydaları
  • İkiqat vergitutmanın inzibatçılığı qaydaları

 Kursun faydaları

  • İkiqat vergitutmanın mahiyyətini və qarşısının alınma yollarını praktiki şəkildə öyrənəcəksiniz
  • DTA formalarını düzgün və səlis şəkildə doldurma bacarığı qazanacaqsınız
  • Xarici ölkələrlə vergi münasibətlərində risklərinizi minimuma endirəcəksiniz
  • Vergi orqanları ilə ünsiyyətdə inzibati prosedurları düzgün aparma bacarığı qazanacaqsınız
  • Sertifikat əldə edərək biliklərinizi rəsmi şəkildə təsdiqləyəcəksiniz

Təlimçi haqqında məlumat

Xəyal Feyzullayev — 15 ildən artıq vergi qanunvericiliyi və mühasibatlıq sahəsində təcrübəyə malik mütəxəssisdir. O, karyerasına Azərbaycan Respublikası Vergilər Nazirliyində başlamış, burada Dövlət Vergi Müfəttişi vəzifəsindən şöbə rəisi vəzifəsinədək yüksələrək 10 ildən çox fəaliyyət göstərmişdir.

2018-ci ildən etibarən Xəyal bəy fərdi konsultant kimi fəaliyyət göstərir və hazırda DİFA Consulting Services MMC-nin direktorudur. O, müxtəlif müəssisə və sahibkarlara vergi qanunvericiliyi üzrə peşəkar məsləhətlər təqdim edir və praktik həllər təklif edir.

Təhsili:

* Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi, Gömrük işinin təşkili ixtisası

Təcrübə və iştirak etdiyi proqramlar:

* Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzində Vergi qanunvericiliyi və Vergi yoxlamaları üzrə təlimlər

* Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları üzrə təlimlər

Tədris etdiyi mövzular:

* Vergi Məcəlləsinin nəzəri və praktiki izahı

* Vergi uçotu

* İkiqat vergitutma və DTA formalarının tətbiqi

Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə Xəyal bəy tədris etdiyi fənlərdə iştirakçılara yalnız nəzəri bilik deyil, həm də real iş mühitində tətbiq oluna biləcək praktik bacarıqlar qazandırır.

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz: https://crmform.azgroup.az

Əlaqə:

📞+994 12 310 09 29
📱+994 50 225 82 05
1 132 133 134 135 136 137 138 2. 397