Cari vergi arayışına hansı halda dəqiqləşmə vermək mümkündür?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

                                Cari vergi arayışına hansı halda dəqiqləşmə vermək mümkündür? (Cari vergi arayışı)

dəqiqləşmə, Cari vergi arayışı,

Sual: Onlayn kargüzarlıqdan Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışı I rüb üzrə cari hesabat olaraq göndərdikdən sonra, I rüb üzrə dəqiqləşdirilmiş Arayış göndərilməsi mümkün deyil. Çünki Arayışın “5. Vergi dövrü” sətri deaktivdir, dəyişmək olmur və qeyd edilən sətirdə yalnız “II rüb 2019” yazılıb. Zəhmət olmasa bu xətanı aradan qaldırın. Nəyisə düz etmiriksə aidiyyatı üzrə suala cavab olaraq yazın.

Cavab: Bildiririk ki, Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə Arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir. Həmin müddət bitdikdən sonra cari və ya dəqiqləşdirilmiş arayışın təqdim edilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 151-ci maddəsi.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dəqiqləşmə, Cari vergi arayışı,

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0

vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib?

1-ci hissə

Dünya iqtisadiyyatı tarixindən. Vergi  yenilikləri

Donald Tramp yeni vergi siyasəti hesabına ABŞ-da istehsalın artımına nail olmağı nəzərdə tutur: aşağı vergilərin cəlbediciliyi üzündən başqa ölkələrdə fəaliyyət göstərən amarikan şirkətləri xaricdən öz ölkəsinə qayıtmalıdır. Rusiya hakimiyyəti ölkə üçün yenilik olan bir vergini, vətəndaşlardan kurort yığımları tətbiq edirlər. Bir sözlə, dünya iqtisadiyyat tarixi bir çox hallarda bu orijinal vergi yenilikləri üzərində qurulub.

Firon üçün xərac

Ən erkən vergi yenilikləri təbii ki, Qədim dünyaya aiddir. Bunlardan ilk yenilik kimi e.ə. XIV əsrdə Misir fironu Exnatonun idarəçiliyi dövründə tətbiq olunan bir məsələni qeyd etmək olar. Belə ki, firon dində yenilik etməyə cəhd etməklə hamının vahid Tanrıya itaət etməsini istəyib.

Misirdə mütləq şəkildə hər şey vergiyə cəlb olunmuşdu: satışlar, qullar, əcnəbilər, idxal, ixrac, sənətkarlıqla məşğuliyyət və s.. Kənd təsərrüfatı məhsullarına olan vergi 20% təşkil edirdi. Bu zaman təkcə buğda məhsulu deyil, eləcə də şəxsi meyvə bağlarından toplanan meyvələr də vergiyə cəlb edilirdi.

Vergilərin toplanılmasına Misirdə mirzələr nəzarət edirdilər.

Misirdə torpaqların əksəriyyəti firona məxsus idi və onları kəndlilərə icarəyə verirdilər. Əvəzində isə onlardan məhsula görə vergi tutulurdu (özü də bu zaman məhsulu torpaq payının həcmindən asılı olaraq dövlət müəyyən edirdi).

Evklid həndəsəsi elə vergi hesabları üzərində yaranmışdı – Evklid Misirdə İsəndəriyyədə yaşamışdı.

Tabe etdirilmiş xalqlardan alınan xərac vergi sistemini əhəmiyyətli elementi idi. Exnatonun tətbiq etdiyi yeniliklər də bu xəracla bağlı olub (o dini məsələlərə daha çox aludə idi) – nəticədə o, Suriya və Fələstini itirmişdi.

Exnatonun bütün məbədlərini yerlə-yeksan edən, ondan sonra gələn hakimlər fironun artıq ali vergi avtoriteti olmadığını etiraf etdilər və ənənəvi Misir tanrılarının məbədləri çoxsaylı vergi güzəştlərini bərpa etdilər. Və vergi orqanlarında möhtəşəm korrupsiya ilə birləşən bu yenilik, ölkənin tənəzzülünə gətirib çıxardı.

Azadlıq və demokratiya üçün ödəniş

Qədim Yunanıstanda  vergi ixtirasından dolayı vergiqoyma dərəcəsi oldu. Birbaşa vergi tətbiqi şəxsi azadlıqların pozulması hesab olunurdu.

Kommersiya fəaliyyəti – satışlar, idxal və körpülər, yollar və limanlar kimi ictimai tikililər vergiyə cəlb edilirdi. Buna görə vergilərin ödəniləsi həmin tikililərin işlək vəziyyətdə saxlanılması, yəni, faktiki olaraq xidmət göstərilməsi ilə izah olunurdu.

Belə deyək ki, liman vergisi gətirilən və aparılan malların dəyərinin 2% – ni təşkil edirdi və həmin vergi limanlar və dəniz yollarının yunan hərbi-dəniz qüvvələrinin piratlardan (dəniz quldurları) qorunması ilə izah edilirdi. Dəniz quldurlarının daha çox olduğu limanlardan biri üçün vergi stavkası 10% – ə qədər artırılmışdı.

Erkən antik Roma yunan ənənəsini qəbul etmişdi. Vergilər çox aşağı idi, toplanan veginin böyük hissəsi dövlət aparatının saxlanılması üçün xərclənirdi – ordu isə pulsuz xidmət edirdi.

Amma, bəzi vergi daxilolmarı tələb olunurdu ki, onlar da idxal və ixracdan tutulurdu. Praqmatik mülahizələrdən romalılar işğal edilmiş ərazilərdə mövcud dərəcələri qoruyub saxlamışdılar: İspaniyada gömrük rüsumları 2%, Siciliya, Afrika və Albaniyada isə 5% təşkil edirdi.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (6-cı hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

6-cı hissə

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.

Mühasibat uçotunun əsas vəzifəsi-ilkin uçot məlumatlarının ardıcıl xülasəsi və qruplaşdırılması vasitəsilə müəssisənin vəsaitlərinin vəziyyətinin və hərəkətinin ümumiləşdirilmiş modelini qurmaqdır  ki, bu da müəssisənin kaleydoskopu üçün ayrı-ayrı faktları vahid təsərrüfat orqanizmi kimi görməyə, onun fəaliyyətinin nəticələrini qiymətləndirməyə imkan versin.

 İ.P. Denisova

İdarəetmənin məqsədi – sistemin dəyişənlərinə təsir göstərməklə yeni, əvvəlcədən təyin edilmiş vəziyyətə keçirilməsidir.

İ.A. Berq

Hesabdarlıq işin maliyyə və təsərrüfat fəaliyyətinin işıqlandırılması üçün yeganə düzgün mənbə kimi, işin həyatında baş verən bütün faktiki məlumatları əks etdirən və qruplaşdıran amil kimi xidmət etməlidir.

A.A. Moşkin

Hesabdarlığın təyinatı, ümumiyyətlə, təsərrüfatın tam və dəqiq mənzərəsini, yəni onun yalnız müəyyən məqamlarda vəziyyətini deyil, həm də təsərrüfata xas olan əməliyyatların gedişini təqdim etməkdən ibarətdir.

A.Z. Popov

Hesabdarlığın əsas funksiyası administrasiyaya xidmət etməkdən ibarətdir və məhz, onun işinin daha sərfəli, daha qənaətli və ehtiyatlı aparılmasını asanlaşdıran məlumatlarla təchiz olunmasından ibarətdir.

C. Blis

İnsanlar dərk etməyə başlayıblar ki, tarixin öyrənilməsi peşənin nüfuzunu artırır, praktiki problemlərin anlaşılmasını asanlaşdırır, həyat tərəfindən irəli sürülmüş yeni suallar yaradır, mühasibat uçotuna sevgi aşılayır, çünki işin əsl iş olması üçün rəngsazın – rəssam, bənnanın – memar, kontorçunun – mühasib olması gərəkdir.

Y.V. Sokolov

Yalnız elmimizin tarixini öyrənməklə, biz ikili mühasibatın mahiyyətini aydın şəkildə dərk edirik və gələcək inkişafında onun ləyaqətini və iqtisadiyyat üçün əhəmiyyətini düzgün qiymətləndirməyi öyrənirik.

K.P. Keyl

İkili mühasibatın bütün mahiyyətini anlamaq üçün, hesabdarlıq tarixinin öyrənilməsi lazımdır; yalnız hesabdarlığın tədricən inkişafı ilə tanışlıq bizə təsərrüfat həyatı üçün onun üstünlüklərini və əhəmiyyətini layiqincə qiymətləndirməyi öyrədir.

İ.Q. Maksimov

Mühasibat uçotunun tarixi – geniş bir qəbiristanlıqdır, hansı ki, hər bir məktəb – soyad sərdabəsidir, hər bir ad sərdabədir – hansı ki, hesabdarlıq və hesabşünaslıq ideyaları dəfn edilib, hər bir ürək – itmiş illüziyaların və ümidlərin qoyulduğu bir qabdır.

Y.V. Sokolov

Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu

Dünyada kimi ilk mühasib hesab etmək olar (4-cü hissə)

posted in: mühasib, Xəbər | 0

MühasibDünyada kimi ilk mühasib hesab etmək olar 

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Mühasibat uçotunun nə vaxt yaradılması ilə bağlı suala birmənalı cavab vermək çox çətindir. Başlıca olaraq bu mühasibat uçotunun qeyri-müəyyənliyi ilə əlaqəlidir: zamanla sözügedən anlayışın məzmunu dəyişikliyə uğrayıb və dəyişiklik hələ də davam etməkdədir. Dünyada kimi ilk mühasib hesab etmək olar sualı isə bundan da mürəkkəbdir.

Luka Paçoli

Mühasibat uçotunun tarixi ilə maraqlanan istənilən adamdan ötrü bu görkəmli insanın yanından sadəcə yan ötmək mümkün deyil. Amma, Luka Paçoli ilk növbədə mühasib olmayıb, riyaziyyatçıdır və çox istedadlı bir riyaziyyatçı (“o zamanın ən yaxşı riyazıyyatçılarından biri və ya birincisi”).

1494-cü ildə Luka Paçoli “Hesabın, həndəsənin cəmi, nisbətlər və əlaqələr haqda elm” kitabını nəşr edir. Həmin kitabda o, həm də ikili mühasibatlıqdan bəhs edib (“Hesablar və qeydlər barədə traktat”). İkili mühasibatlığın kəşfinin Luka Paçolinin adına yazmaq bir qədər tələskənlik olardı. Çünki təsdiq olunub ki, ikili mühasibatlıq buna qədər, ən azından traktatın yazılışından iki əsr əvvəl Fini qardaşlarının (1296-1314) kitabında və Farolfi şirkətinin Əsas kitabında (1299-1300)  mövcud olub.  Buna ən bariz nümunə kimi Florensiya şirkəti Datinin arxivlərini göstərmək olar: artıq 1390-cı ildən orada ikili mühasibatlıqdan istifadə olunurdu.

L.A. Kosereva qeyd edir ki, “kitab növündə deyil, manuskript şəklində Paçolinin traktatının nəşrindən əvvəl mühasibat üzrə dərsliklər mövcud idi”. Kosareva buna nümunə kimi Benedetto Kotrulyinin əsərini misal çəkir (Y.V. Sokolov yazdığı kimi kitab hələ 1458-ci ildə yazılmışdı, lakin naməlum səbələr üzündən yalnız 1573-cü ildə nəşr olunmuşdu). Nəticə etibarilə, Luka Paçolini nə ilk mühasib, nə də hətta mühasibat uçotu üzrə ilk dərslik müəllifi kimi qəbul etmək olar.

Lakin, bütün bunlara baxmayaraq, onun əsərinin  “venetsian” uçot sisteminin geniş yayılması üçün rolunu nəzərə almamaq mümkün deyil.  Y.V. Sokolovun sözlərinə görə, “məhz, həmin kitabın çapı diqrafizmi universal bir sərvətə, maliyyə nəticələrinin hesablanması üçün böyük bir vasitəyə çevirdi; iqtisadi həyata abstrakt kateqoriyalar gəldi, hansı ki,  müxtəlif üsullarla ölçmək mümkün oldu”. Beləliklə, Luka Paçoli müsabiqədə “mühasibat biliklərinin yayılmasında xüsusi xidmətlərinə görə” nominasiyasında, eləcə də seyrçi simpatiyasına görə şübhəsiz ki, prizə layiqdir. Onu mühasibat uçotu tarixində ən məşhur şəxsiyyət kimi qəbul etmək olar.

Kristofer Şteher

Mühasibat peşəsi tarixində daha bir ad da tez-tez hallanır. Məlum olduğu kimi, məhz, Kristofer Ştreher tarixdə ilk dəfə mühasib təyin olunan şəxsdir. Bu 1498-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilianın əmri ilə həyata keçirilib. İnsburk hesablama palatasında kargüzarlıq etməsindən, “əsas kitabların qeydiyyatını aparmasından” başqa Ştreher barədə əlavə heç bir məlumat yoxdur. De-yure Kristofer Ştreher ilk mühasib olub, çünki bu termin ilk dəfə məhz, onunla bağlı tətbiq olunub. Ona görə də hətta bununla bağlı mübahisə belə doğurmayan imperator əmri də var. Lakin, əgər mühasibat uçotunun əsas prinsiplərindən birinə – məzmunun forma üzrəində prioriteti – istinad etsək, ilk mühasiblər hələ ondan çox əvvəl peyda olub.

Yekun

Beləliklə, müsabiqəyə yekun vuraq. “Uçotun ulu əcdadı” nominasiyasında qeyrilərindən 100 min il əvvəl yaşamış ibtidai insan qalib gəlir.

“Mühasibat biliklərinin geniş yayılmasında xüsusi xidmətinə görə” nominasiyasında Luka Paçoli şəksiz liderdir.

Və nəhayət, “İlk mühasib” nominasiyasında bizim eranın başlanğıcında mühasibat işlərində sədaqətlə xidmət göstərmiş  qədim roma hesabdarları, qalib gəlirlər. Qədim şumerlilər, misirlilər və yunanların da xidmətlərini ayrıca qeyd etmək lazımdır:

Qədim dövlətlər arasında sıx qarşılıqlı münasibətlər mövcud olub və elmlərin bir çox elementləri və mədəniyyətlər bir xalqdan digərlərinə ötürülüb. Beləliklə, mühasib peşəsinin yaranmasınada bu və ya digər formada bütün xalqlar iştirak ediblər, bu peşənin müasir ardıcılları bunu yaddan çıxarmamalıdırlar.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib Mühasib Mühasib