» » » Dünyada kimi ilk mühasib hesab etmək olar (4-cü hissə)

Dünyada kimi ilk mühasib hesab etmək olar (4-cü hissə)

posted in: mühasib, Xəbər | 0

MühasibDünyada kimi ilk mühasib hesab etmək olar 

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Mühasibat uçotunun nə vaxt yaradılması ilə bağlı suala birmənalı cavab vermək çox çətindir. Başlıca olaraq bu mühasibat uçotunun qeyri-müəyyənliyi ilə əlaqəlidir: zamanla sözügedən anlayışın məzmunu dəyişikliyə uğrayıb və dəyişiklik hələ də davam etməkdədir. Dünyada kimi ilk mühasib hesab etmək olar sualı isə bundan da mürəkkəbdir.

Luka Paçoli

Mühasibat uçotunun tarixi ilə maraqlanan istənilən adamdan ötrü bu görkəmli insanın yanından sadəcə yan ötmək mümkün deyil. Amma, Luka Paçoli ilk növbədə mühasib olmayıb, riyaziyyatçıdır və çox istedadlı bir riyaziyyatçı (“o zamanın ən yaxşı riyazıyyatçılarından biri və ya birincisi”).

1494-cü ildə Luka Paçoli “Hesabın, həndəsənin cəmi, nisbətlər və əlaqələr haqda elm” kitabını nəşr edir. Həmin kitabda o, həm də ikili mühasibatlıqdan bəhs edib (“Hesablar və qeydlər barədə traktat”). İkili mühasibatlığın kəşfinin Luka Paçolinin adına yazmaq bir qədər tələskənlik olardı. Çünki təsdiq olunub ki, ikili mühasibatlıq buna qədər, ən azından traktatın yazılışından iki əsr əvvəl Fini qardaşlarının (1296-1314) kitabında və Farolfi şirkətinin Əsas kitabında (1299-1300)  mövcud olub.  Buna ən bariz nümunə kimi Florensiya şirkəti Datinin arxivlərini göstərmək olar: artıq 1390-cı ildən orada ikili mühasibatlıqdan istifadə olunurdu.

L.A. Kosereva qeyd edir ki, “kitab növündə deyil, manuskript şəklində Paçolinin traktatının nəşrindən əvvəl mühasibat üzrə dərsliklər mövcud idi”. Kosareva buna nümunə kimi Benedetto Kotrulyinin əsərini misal çəkir (Y.V. Sokolov yazdığı kimi kitab hələ 1458-ci ildə yazılmışdı, lakin naməlum səbələr üzündən yalnız 1573-cü ildə nəşr olunmuşdu). Nəticə etibarilə, Luka Paçolini nə ilk mühasib, nə də hətta mühasibat uçotu üzrə ilk dərslik müəllifi kimi qəbul etmək olar.

Lakin, bütün bunlara baxmayaraq, onun əsərinin  “venetsian” uçot sisteminin geniş yayılması üçün rolunu nəzərə almamaq mümkün deyil.  Y.V. Sokolovun sözlərinə görə, “məhz, həmin kitabın çapı diqrafizmi universal bir sərvətə, maliyyə nəticələrinin hesablanması üçün böyük bir vasitəyə çevirdi; iqtisadi həyata abstrakt kateqoriyalar gəldi, hansı ki,  müxtəlif üsullarla ölçmək mümkün oldu”. Beləliklə, Luka Paçoli müsabiqədə “mühasibat biliklərinin yayılmasında xüsusi xidmətlərinə görə” nominasiyasında, eləcə də seyrçi simpatiyasına görə şübhəsiz ki, prizə layiqdir. Onu mühasibat uçotu tarixində ən məşhur şəxsiyyət kimi qəbul etmək olar.

Kristofer Şteher

Mühasibat peşəsi tarixində daha bir ad da tez-tez hallanır. Məlum olduğu kimi, məhz, Kristofer Ştreher tarixdə ilk dəfə mühasib təyin olunan şəxsdir. Bu 1498-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilianın əmri ilə həyata keçirilib. İnsburk hesablama palatasında kargüzarlıq etməsindən, “əsas kitabların qeydiyyatını aparmasından” başqa Ştreher barədə əlavə heç bir məlumat yoxdur. De-yure Kristofer Ştreher ilk mühasib olub, çünki bu termin ilk dəfə məhz, onunla bağlı tətbiq olunub. Ona görə də hətta bununla bağlı mübahisə belə doğurmayan imperator əmri də var. Lakin, əgər mühasibat uçotunun əsas prinsiplərindən birinə – məzmunun forma üzrəində prioriteti – istinad etsək, ilk mühasiblər hələ ondan çox əvvəl peyda olub.

Yekun

Beləliklə, müsabiqəyə yekun vuraq. “Uçotun ulu əcdadı” nominasiyasında qeyrilərindən 100 min il əvvəl yaşamış ibtidai insan qalib gəlir.

“Mühasibat biliklərinin geniş yayılmasında xüsusi xidmətinə görə” nominasiyasında Luka Paçoli şəksiz liderdir.

Və nəhayət, “İlk mühasib” nominasiyasında bizim eranın başlanğıcında mühasibat işlərində sədaqətlə xidmət göstərmiş  qədim roma hesabdarları, qalib gəlirlər. Qədim şumerlilər, misirlilər və yunanların da xidmətlərini ayrıca qeyd etmək lazımdır:

Qədim dövlətlər arasında sıx qarşılıqlı münasibətlər mövcud olub və elmlərin bir çox elementləri və mədəniyyətlər bir xalqdan digərlərinə ötürülüb. Beləliklə, mühasib peşəsinin yaranmasınada bu və ya digər formada bütün xalqlar iştirak ediblər, bu peşənin müasir ardıcılları bunu yaddan çıxarmamalıdırlar.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib Mühasib Mühasib