Vakansiya: 1C operator tələb olunur

Vakansiya 1C operatorVakansiya: 1C operator.

İşəgötürən: Beta Tea Azerbaijan Group.

Əmək haqqı: 500 Azn
  • Şəhər: Bakı.
  • Yaş: 23 – 35 yaş.
  • Cins: Fərqi yoxdur.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: post@beta.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Satış və ambar əməliyyatlarının 1C sisteminə daxil edilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– İş qrafiki: Bazar ertəsi – şənbə: 08:30-18:00
– Bazar günü istirahət günüdür.
– Nahar şirkət tərəfindən verilir.

Namizədə tələblər

– Ali təhsilli (maliyyə, iqtisadi təhsil arzu olunandır)
– MS Office, 1C (7.7, 8.2, 8.3) proqramlarını bilməli
– Məsulliyyətli, ciddi, işguzar və aktiv olmalı
– Analiz etmə bacarığı
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı

CV-lərinizi foto ilə birlikdə post@beta.az / info@finstaff.az ünvanına 1C operator başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya 1C operator

Auditorlar palatasının sədri Vahid Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

posted in: Xəbər | 0

Vahid Novruzov: “Şöhrət” ordeni ilə təltif olunmağım üzərimə yeni məsuliyyət qoyur” Auditorlar palatası

“Cənab Prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmağım məni həm təəccübləndirdi, həm də sevindirdi. Allah cənab Prezidenti var eləsin”.

Bunu açıqlamasında Prezident İlham Əliyevin yanvarın 6-da imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif edilən Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

Palata sədri vurğulayıb ki, bu mükafat onun üzərinə həm də məsuliyyət qoyur: “Tam səmimi deyirəm ki, bu təkcə mənə yox, bütövlükdə iqtisadçılara, Azərbaycan auditinə verilən dəyər, qiymətdir. Buna görə də ölkəmizin başçısına təşəkkür edirəm. Cənab Prezidentin məni təltif etməsi həm də bizim üzərimizə yeni məsuliyyət qoyur ki, biz daha da möhkəm çalışaq, xalqımız naminə reallaşdırılan islahatlarda əlimizdən gələni edək.

Sizə də təşəkkür edirəm ki, ilk olaraq məni aradınız və təbrik etdiniz!”.

Qeyd edək ki, Prezident İlham Əliyev Vahid Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci ilin yanvarın 7-də Qərbi Azərbaycanın Loru mahalının Allahverdi qəsəbəsində doğulub. Sabah onun 70 illik yubileyidir.

Sərəncama nəzər yetirin:

V.T.Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 yanvar 2020-ci il.

Mənbə: president.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Auditorlar palatası Şöhrət ordeni

Bu sahibkarlar bu ildən əmlak vergisi verəcək

posted in: Vergi, Xəbər | 0

güzəştlər gəlir vergisi güzəştMülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar bu ildən əmlak vergisi verəcək.

Bu ildən Azərbaycanda mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək.

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanunun 199.14-cü bəndinə əsasən mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar.

Bu il yanvarın 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 000 000 manatdan artıq olan şəxslər istisna olacaq və əmlak vergisi verəcəklər.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sahibkarlar əmlak vergisi

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (7-ci hissə)

posted in: mühasib, Xəbər | 0

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

7-ci hissə

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz.

Mühasibat uçotunun əsas vəzifəsi-ilkin uçot məlumatlarının ardıcıl xülasəsi və qruplaşdırılması vasitəsilə müəssisənin vəsaitlərinin vəziyyətinin və hərəkətinin ümumiləşdirilmiş modelini qurmaqdır  ki, bu da müəssisənin kaleydoskopu üçün ayrı-ayrı faktları vahid təsərrüfat orqanizmi kimi görməyə, onun fəaliyyətinin nəticələrini qiymətləndirməyə imkan versin.

 İ.P. Denisova

İdarəetmənin məqsədi – sistemin dəyişənlərinə təsir göstərməklə yeni, əvvəlcədən təyin edilmiş vəziyyətə keçirilməsidir.

İ.A. Berq

Hesabdarlıq işin maliyyə və təsərrüfat fəaliyyətinin işıqlandırılması üçün yeganə düzgün mənbə kimi, işin həyatında baş verən bütün faktiki məlumatları əks etdirən və qruplaşdıran amil kimi xidmət etməlidir.

A.A. Moşkin

Hesabdarlığın təyinatı, ümumiyyətlə, təsərrüfatın tam və dəqiq mənzərəsini, yəni onun yalnız müəyyən məqamlarda vəziyyətini deyil, həm də təsərrüfata xas olan əməliyyatların gedişini təqdim etməkdən ibarətdir.

A.Z. Popov

Hesabdarlığın əsas funksiyası administrasiyaya xidmət etməkdən ibarətdir və məhz, onun işinin daha sərfəli, daha qənaətli və ehtiyatlı aparılmasını asanlaşdıran məlumatlarla təchiz olunmasından ibarətdir.

C. Blis

İnsanlar dərk etməyə başlayıblar ki, tarixin öyrənilməsi peşənin nüfuzunu artırır, praktiki problemlərin anlaşılmasını asanlaşdırır, həyat tərəfindən irəli sürülmüş yeni suallar yaradır, mühasibat uçotuna sevgi aşılayır, çünki işin əsl iş olması üçün rəngsazın – rəssam, bənnanın – memar, kontorçunun – mühasib olması gərəkdir.

Y.V. Sokolov

Yalnız elmimizin tarixini öyrənməklə, biz ikili mühasibatın mahiyyətini aydın şəkildə dərk edirik və gələcək inkişafında onun ləyaqətini və iqtisadiyyat üçün əhəmiyyətini düzgün qiymətləndirməyi öyrənirik.

K.P. Keyl

İkili mühasibatın bütün mahiyyətini anlamaq üçün, hesabdarlıq tarixinin öyrənilməsi lazımdır; yalnız hesabdarlığın tədricən inkişafı ilə tanışlıq bizə təsərrüfat həyatı üçün onun üstünlüklərini və əhəmiyyətini layiqincə qiymətləndirməyi öyrədir.

İ.Q. Maksimov

Mühasibat uçotunun tarixi – geniş bir qəbiristanlıqdır, hansı ki, hər bir məktəb – soyad sərdabəsidir, hər bir ad sərdabədir – hansı ki, hesabdarlıq və hesabşünaslıq ideyaları dəfn edilib, hər bir ürək – itmiş illüziyaların və ümidlərin qoyulduğu bir qabdır.

Y.V. Sokolov

Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu