» » » Auditorlar palatasının sədri Vahid Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

Auditorlar palatasının sədri Vahid Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

posted in: Xəbər | 0
birbank biznes

Vahid Novruzov: “Şöhrət” ordeni ilə təltif olunmağım üzərimə yeni məsuliyyət qoyur” Auditorlar palatası

“Cənab Prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmağım məni həm təəccübləndirdi, həm də sevindirdi. Allah cənab Prezidenti var eləsin”.

Bunu açıqlamasında Prezident İlham Əliyevin yanvarın 6-da imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif edilən Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

Palata sədri vurğulayıb ki, bu mükafat onun üzərinə həm də məsuliyyət qoyur: “Tam səmimi deyirəm ki, bu təkcə mənə yox, bütövlükdə iqtisadçılara, Azərbaycan auditinə verilən dəyər, qiymətdir. Buna görə də ölkəmizin başçısına təşəkkür edirəm. Cənab Prezidentin məni təltif etməsi həm də bizim üzərimizə yeni məsuliyyət qoyur ki, biz daha da möhkəm çalışaq, xalqımız naminə reallaşdırılan islahatlarda əlimizdən gələni edək.

Sizə də təşəkkür edirəm ki, ilk olaraq məni aradınız və təbrik etdiniz!”.

Qeyd edək ki, Prezident İlham Əliyev Vahid Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci ilin yanvarın 7-də Qərbi Azərbaycanın Loru mahalının Allahverdi qəsəbəsində doğulub. Sabah onun 70 illik yubileyidir.

Sərəncama nəzər yetirin:

V.T.Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 yanvar 2020-ci il.

Mənbə: president.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Auditorlar palatası Şöhrət ordeni