birbank biznes
Dövlətin iqtisadi siyasətiDövlətin iqtisadi siyasəti (Economic policy) ölkə hökumətinin ictimai əhəmiyyətli məqsədlərə nail olmaq üçün makroiqtisadi göstəricilərin inkişafına təsir göstərən alətlər, rıçaqlar, tədbirlər və hərəkətlər toplusudur.

Hal-hazırda, XIX əsrdən fərqli olaraq, dövlət bütün səviyyələrdə iqtisadi sistemə daxil edilmişdir. Ancaq, bu gün də iqtisadiyyata dövlət müdaxiləsinin sərhədləri, formaları, metodları haqqında mübahisələr səngimir. Fransız şairi P.Valeri problemi müvəffəqiyyətlə ifadə edib: “Güclü dövlət bizə təzyiq edir, zəif dövlətdə isə biz məhv olarıq”.

Hökumət bir çox siyasi, sosial və iqtisadi funksiyaları həyata keçirir. Onları yerinə yetirmək üçün iş fəallığına, məşğulluq səviyyəsinə, gəlirlərin fərqləndirilməsinə və s. təsir göstərən alətlər dəsti, rıçaqlar, tədbirlərdən istifadə olunur. XX əsrdə iqtisadi münasibətlərin subyekti kimi dövlətin fəallığı artıb ki, bu da Böyük depressiya, dünya müharibələri, sosializmlə yarış ilə bağlı idi.


Daha ətraflı aşağıdakı linklərə daxil olmaqla oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun