Ölkə hüdudlarından kənara göndərilən puldan hansı halda ƏDV tutulmur?

posted in: Xəbər | 0

vergi borcu , vergi bəyannaməsi , məcburi dövlət sosial sığorta haqqı , ezamiyyə xərci , MDSS , MDSS haqqı , vergi güzəşti , Vergi öhdəlikləri , əmlak vergisi, Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuAzərbaycan vətəndaşının xeyriyyəçilik məqsədləri üçün bank vasitəsilə xaricə köçürdüyü pula görə bank əlavə dəyər vergisi tutmalıdırmı?

Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Sorğunuzda qeyd olunan vəsaitin ödənilməsi elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığı halda həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İstifadə edilməmiş məzuniyyət günləri barədə

posted in: Xəbər | 0

Vakansiya , Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis , Kənd təsərrüfatı məhsullarının satışı , ƏDV-nin hesablanması , kənd təsərrüfatı , təhsil məzuniyyəti , mənfəət vergisinin hesablanması, məzuniyyət haqqı, məzuniyyət götürmək, Mühasib köməkçisi VakansiyaMəzuniyyətin aktual olduğu bir dövr olduğu üçün bu yazımızda istifadə edilməmiş məzuniyyət günləri barədə qeyd edəcəyik. Mövcud qanunvericiliyə əsasən (Əmək Məcəlləsi 135) işçi müəyyən səbəblərdən iş ili üzrə müvafiq əmək məzuniyyəti günlərindən istifadə edə bilmədikdə həmin günlər işçinin razılığı ilə ya növbəti iş ili üçün əmək məzuniyyəti günləri ilə birləşdirilir, ya da həmin işi ili üzrə məzuniyyətə görə kompensasiya ödənilir. Məzuniyyət haqqının izahını əvvəlki yazımızda verdiyimiz üçün bu yazıda təkrarlamırıq.

Məqsədəuyğundur ki, işçi öz razılığı ilə iş ili ərzində istifadə etmədiyi əmək məzuniyyəti günlərini növbəti iş ili məzuniyyəti günlərinə birləşdirdikdə həm əsas, həm də əlavə məzuniyyət günlərinin işəgötürənin əmri yaxud müqaviləyə əlavə ilə birləşdiyinə əmin olsun (Bu hissəyə xüsusi diqqət yetirin).

Belə ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən yalnız əsas məzuniyyət günlərinə görə kompensasiya ödəmək öhdəliyi daşıyır. Halbuki işçinin bir iş ilində əmək stajına görə və ya əmək şəraitinin ağırlığına görə, habelə xanım işçilərin uşaqlarının sayına münasibətdə də əlavə məzuniyyət hüququ var. Mövcud qanunvericilik (Əmək Məcəlləsi 144) işçinin bu hüququnu nəzərə almadığı üçün işəgötürənlər tərəfindən müqaviləyə xitam verilməsi zamanı əlavə məzuniyyət günlərinə görə kompensasiya ödənilmir. Bu halın qarşısını almaq üçün növbəti iş ilinə məzuniyyət günləri qoşularkən mütləq əlavə məzuniyyət günlərinin də qoşulması məqsədəuyğundur. Onu da qeyd edək ki, məhkəmə təcrübəsi baxımından əlavə məzuniyyət günlərinə görə ödənilən kompensasiya hüququ nəzərə alınmaqdadır. Sadəcə işçinin etməli olduğu məsələ həmin günlərin düzgün rəsmiləşmə ilə növbəti iş ilinə ötürülməsini izləməkdir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-dən azad edilən kitab və kağızların siyahısı təsdiq edilib

posted in: Xəbər | 0

gömrük rüsumu , Əmək pensiyalarının hesablanması , lisenziya , e-qaimə , ish və istirahət günləri , Elektron satınalmalar, iştirak haqqı, Elektron satınalmalarda iştirak haqqı, 2022, qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması, Ezamiyyə xərclərinin normaları, mediasiya, Vahid büdcə təsnifatı“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İdxalı  və  satışı  əlavə  dəyər  vergisindən  azad  edilən  kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 may 2022-ci il

№ 184


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2022-ci il 13 may

tarixli 184 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon

və ya vərəqə şəklində kağızın SİYAHISI

XİF MN üzrə kod  

Malların təsviri

1 2
4801 00 000 0 Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı
 

 

 

 

4802 54 000 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q-dan az olan rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər

qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

 

 

4802 55 150 0

4802 55 250 0

4802 55 300 0

4802 55 900 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q və ya daha çox, lakin 150 q-dan çox olmayan, rulonlarda, yazı, çap və ya digər

qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

 

 

 

 

 

 

4802 56 800 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q və ya daha çox olan, lakin 150 q- dan çox olmayan, açılmış halda bir tərəfinin ölçüsü 435 mm-dən, digər tərəfinin ölçüsü

297 mm-dən çox olmayan vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton (bir tərəfinin ölçüsü 297 mm və digər tərəfinin ölçüsü 210 mm olan A4 formatlı vərəqlərdən başqa)

 

 

 

 

4802 57 000 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q və ya daha çox olan, lakin 150 q- dan çox olmayan, açılmış halda bir tərəfinin ölçüsü 435 mm-dən, digər tərəfinin ölçüsü 297 mm-dən çox olan vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
 

 

 

4802 58 100 0

4802 58 900 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 150 q-dan çox olan rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
 

 

4802 61 150 0

4802 61 800 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olan, rulonlarda, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
 

 

4802 62 000 0

4802 69 000 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olan, vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və

karton

 

 

4810 13 000 0

4810 14 000 0

4810 19 000 0

4810 22 000 0

4810 29 300 0

4810 29 800 0

Bir və ya hər iki tərəfi bağlayıcı maddələr işlədilməklə və ya onlarsız kaolinlə (Çin gili ilə) və ya digər qeyri-üzvi maddələrlə örtülmüş, hər hansı bir digər örtüksüz, boyanmış və ya boyanmamış, dekorasiyalı səthli və ya onsuz, çap olunmuş və ya çap olunmamış, rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlər şəklində yazı, çap və ya digər qrafik

məqsədləri üçün kağız və karton

4820 90 000 0-

dan

Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük
 

4901

Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji                çap     materialları,      kitab     şəklində

bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində

 

4902

İllüstrasiyalı      və      ya    illüstrasiyasız,     içində reklam materialı olan və ya olmayan qəzetlər,

jurnallar və digər dövri nəşrlər

4903 00 000 0 Kitab-şəkillər,   rəsm   üçün   və   ya   rəngləmə üçün uşaq kitabları
 

4904 00 000 0

Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar
 

4905 20 000 0

Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr


Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergiləri ödəmək nə üçün zəruridir? (1-ci hissə)

posted in: Xəbər | 0

gəlir vergisiVergilər nə deməkdir?

Bu, cəmiyyətin tələbatını ödəmək üçün dövlətin öz vətəndaşlarından aldığı vəsaitlərdir.

Bunlar hansı tələbatlardır?

Birinci və ən başlıca tələbat – Təhlükəsizlikdir.

Alimlər insanların niyə bir dövlətdə birləşmələri üzərində çox düşünüblər və belə nəticəyə gəliblər ki, bu yolla onlar təbiətin kataklizmlərindən və düşmənlərin hücumlarından qorunmağa çalışıblar. İbtidai cəmiyyətdə bu cür dövlətlər miniatür şəkildə hər bir mağarada ortaya çıxırdı.

Lakin, bəzi mağaralardakı dövlətlər digərlərindən daha güclü olurdu. Niyə? Çünki gücə görə ödəniş etmək lazım olduğunu onlar çox vaxtında anlamışdılar. Başa düşmüşdülər ki, döyüşçü-kişiləri gündəlik işlərdən azad etmək lazımdır, amma, onlara həm də o zamanlar üçün əlçatan olan ən yaxşı qidanın – ətin ən yağlı tikələrini vermək lazımdır. Və insanlar öz təhlükəsizliklərini təmin etmək üçün ən dadlı olanı onlara verirdilər. Bunu heç də hamı anlamırdı. Beləliklə, bunu anlamayanlar qullara çevrilirdilər, onlar daha güclü qonşu-qəbilələr tərəfindən işğala məruz qalırdılar.

Tarixçilər deyirlər ki, ən mükəmməl vergi sistemi qədim Romada olub. Bu dövlətin dünyanın ən qüdrətli dövlətinə çevrilməsi, heç də təəccüblü gəlməməlidir. Romalıları hansısa şəkildə önləyə biləcək heç bir düşməni yox idi. Onların ordusu məğlubedilməz idi. Romanın ən yaxşı ordunu saxlamağa imkanı var idi, çünki o dövrdə ən yaxşı vergi sisteminə malik idi. Axı, o dövrün bir çox dövlətlərindən fərqli olaraq Romada vergini hamı ödəyirdi. Orada öz həqiqətləri və yalanları ilə vergiləri ödəməmək hüququnu əldə edənlər meydana çıxan kimi, dövlət zəifləməyə başladı. Sonralar isə Roma tam şəkildə süquta uğramışdı.

Cəmiyyətin daha hansı tələbatları var? Əgər bir mağarada yaşayan ibtidai icma insanlarının hamısı ova getsəydilər nə baş verərdi?


Sosial sahə və təhsil

Mağarada od sönmüşdü. O zamanlar adamlar od əldə etməyi hələ bilmirdilər. Müxtəlif yerlərdə baş verən meşə yanğınlarından sonra hələ də yanar közləri mağaraya gətirir və bununla da yandırılan tonqalları illərlə sönməyə qoymurdular. Çində arxeoloqlar qədim qəbilələrdən birinin yaşayış məskənini aşkara çıxarıblar, oradakı tonqal 700 il ərzində yanar vəziyyətdə olub.

Odun sönməməsi üçün nə etmək lazım idi? Bundan ötrü kimsə tonqala daim odunlar atmalı idi. Bu odunları meşədən gətirmək lazım idi. Bunu kim edirdi? Bunu xüsusi adamlar yerinə yetirirdilər, qəbilə isə onlara bu işinə görə yeməklə “ödəniş” edirdi. Yəqin, onlar ilk dövlət qulluqçuları idilər. Onlar bütün icma üçün çalışırdılar.

Axı, bu neandertalın od məsələsi ilə məşğul olacağını, digərinin ova gedəcəyini, başqa birisinin isə bütün qəbilə üçün su daşıyacağı ilə bağlı qərar da kim tərəfindən isə verilməli idi. Bu qərarı qəbilə başçıları verirdilər ki, onlar da qəbilə üzvləri arasında ən ağıllı və döyüşkən insanlar idi. Onlar öz qədim dövlətlərinin rəhbərlərinə çevrilirdilər, onların inkişafını istiqamətləndirirdilər. Onların əməyini də bütün qəbilə ödəyirdi. Yeri gəlmişkən, məhz, o cür insanların iradəsi sayəsində adamlar tədricən mağaralardan çıxmış və özlərinə müasir sivilazasiya qurmağı bacarmışdılar.

Həmçinin “ibtidai icma” müəllimlərinin əməyi də bütün icma tərəfindən ödənilirdi. Kimsə gənclərə daş baltanı necə düzəltmək, başqa birisi heyvan dərisindən isti geyim tikməyi öyrədir, kimsə gənc ovçular və döyüşçülərə məşqlər keçirdi. İbtidai insanlar müəllimliklə məşğu olduqda, ova getmirdilər. Əgər kimsə başqaları kimi ov edərək, yemək əldə edərdisə, belədə icma onların da əməyinin qarşılığını ödəyirdi. Əgər həmin müəllimlər olmasaydı, istənilən bir nəsil hər şeyi yenidən başlamalı olacaqdı. Müəllimlərsiz adamlar yığıcılıqla məşğul olar və hələ də mağaralarda yaşayardılar.

Tibb

Otlarla müalicə edən qədim həkimin işi, müasir həkimlərin işindən daha çətin idi. İndi xəstəni reseptlə birlikdə aptekə göndərmək olur, o zamanlarda isə mağara adamları üçün apteklər yox idi. Qədim həkimlər bütün günü meşələrdə və talalarda dolaşaraq, qəbilə üzvlərinə xəstəliklər zamanı kömək etmək üçün müalicəvi otlar, köklər və çiçəklər toplayırdı. Buna görə ona mağarada isti bir yer və yemək verilirdi. Və bu təbii ki, ədalətli idi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 518 519 520 521 522 523 524 2. 387