İcarəyə götürülən avadanlıqların təmir xərcləri gəlirdən çıxılırmı?

posted in: Xəbər | 0

əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuTikinti sahəsində fəaliyyət göstərən, bəzi zəruri tikinti avadanlıqları və qurğuları digər müəssisədən icarəyə götürən müəssisə icarəyə götürülmüş əmlakların təmirinə mütəmadi olaraq xərc qoyur. Bu xərcləri müəssisə gəlirdən çıxılan xərclərə aid edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına əsasən icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 -115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir. İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır.

Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.

İcarəyə götürülən və icarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılması ilə bağlı bildiririk ki, Vergi Məcəlləsində icarəyə götürülən əsas vəsaitə çəkilən təmir xərcinin ya icarə haqqı ilə əvəzləşdirilməsi, yaxud icarəyə verənin vəsaiti hesabına çəkilməsi göstərilir. Vergi Məcəlləsinin 115.6-cı maddəsində göstərilir ki, bu iki halda təmir xərcinin gəlirdən çıxılmasına dair 115-ci maddənin müddəaları icarəyə götürənə tətbiq edilmir.

Vergi Məcəlləsinin 115.5-ci maddəsində əsas vəsaitlərin təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılması göstərilmişdir.

Belə ki, tərəflər arasında bağlanan müqavilədə əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılması ilə bağlı suallar qanunvericiliyin – Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir.

Eyni zamanda, Mülki Məcəlləsinin 680-ci maddəsində nəzərdə tutulur ki, icarəyə verən icarəçi tərəfindən əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzini ona ödəməyə borcludur.

Vergi Məcəlləsi və Mülki Məcəllənin tələblərindən göründüyü kimi, balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir, bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır, yaxud icarəyə verəninin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. Yəni çəkilən məsrəflər artıq kompensasiya edilmişdir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların 5.5-ci bəndinin müddəalarına əsasən icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır. Alınma hüququ olmayan və icarəçinin mülkiyyətinə keçməyən obyektlər, icarəçinin əsas fondlarına aid edilmədiyi üçün onun tərəfindən uçota alınmır.

Bunlardan əlavə, Vergi Məcəlləsinin 115.7-ci və 115.8-ci maddələrinə dair müddəalar balansda əsas vəsait kimi uçota alınan aktivlərə münasibətdə tətbiq edilir və uzunmüddətli icarə istisna olmaqla, icarəyə götürülən əsas vəsaitlərə münasibətdə tətbiq edilmir.

Beləliklə, icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər aşağıdakı qaydada gəlirdən çıxıla bilər:

• icarəyə götürənin balansında uçota alınan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.1-ci maddəsində göstərilən faiz dərəcəsi ilə;

• icarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq icarə haqqı ilə əvəzləşdirilməklə.

Əsas: Vergi Məcəlləsinin 115-ci və Mülki Məcəllənin 680-ci maddələri, Maliyyə Nazirliyi Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV məbləğinin gec ödənilməsinə görə hansı hallarda maliyyə sanksiyası tətbiq edilir?

posted in: Uncategorized | 0

xitam , şərti cərimə , əmək hüququnun pozuntuları , əmək stajı , startap şəhadətnaməsi , əmək münasibətləri, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, vergi orqanı gəlir vergisiƏDV məbləğinin gec ödənilməsi və ya düzgün ödənilməməsi əksər hallarda məlumatsızlıq ucbatından baş verir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edib.

Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcələsinin 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.

Misal 1: Vergi ödəyicisi 24 noyabr 2021-ci ildə ona təqdim edilən mallara görə qarşı tərəfə 23.600 manat ödəməlidir. Həmin malın dəyəri 20.000 manat olduğu üçün qarşı tərəfə 3.600 manat (20.000×18%) məbləğində ƏDV ödənilir. Əgər vergi ödəyicisi malların dəyərini – 20.000 manatı 25 noyabr tarixində, 3.600 manatı isə 26 noyabr tarixində ödəyərsə, bu halda vergi ödəyicisinə gec ödənilən ƏDV məbləğinə görə 1.800 manat (3600×50%) məbləğində maliyyə sanksiyası hesablanacaq.

Misal 2: ƏDV ödəyicisi qarşı tərəfdən ƏDV daxil olmaqla 1.180 manatlıq xidmət alır və 25 oktyabr tarixində həmin məbləği tam şəkildə vergi ödəyicisinin hesablaşma hesabına ödəyir. Bu halda vergi ödəyicisi 180 manatlıq ƏDV məbləğini qarşı tərəfin depozit hesabına ödəməsə belə, ona Vergi Məcəlləsinin 58.6-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunmayacaq. Amma ƏDV məbləği ƏDV depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi bu məbləği əvəzləşdirmək hüququna malik olmayacaq.

Misal 3: Vergi ödəyicisi qarşı tərəfdən 500 manatlıq (ƏDV-siz) mal alıb və qərar verir ki, ilkin olaraq 200 manatlıq ödənişi həyata keçirsin. O, 25 sentyabr 2020-ci il tarixdə 200 manat əsas məbləği və 36 manat (200×18%) məbləğində ƏDV-ni ödəyir. Bu halda vergi ödəyicisi ona təqdim olunan elektron qaimə-faktura üzrə 90 manat (500×18%) məbləğində ƏDV-nin müəyyən hissəsini ödəsə də, ona maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki ödədiyi malın dəyərinə mütənasib ƏDV məbləğini eyni gündə ödəyib.


İşçinin əmək şəraitinin dəyişdirilməsi barədə


Misal 4: Vergi ödəyicisinə qarşı tərəf 1000 manatlıq (ƏDV-siz) xidmət təqdim edib. Vergi ödəyicsi 1000 manatı tam ödəsə də, hesablanan 180 manatlıq ƏDV məbləğinin 120 manatını ƏDV depozit hesabına ödəyib. Vergi orqanı bu halda vergi ödəyicisinə 30 manat ((180-120)x50%) məbləğində maliyyə sanksiyası hesablayacaq.

Misal 5: Sadələşdirilmiş vergi ödəyicisi olan MMC və ya fərdi sahibkar ona təqdim edilən elektron qaimə-faktura əsasında 5.900 manat (ƏDV daxil) mal üzrə ödənişləri fərqli tarixlərdə həyata keçirib. 25 noyabr 2020-ci il tarixdə 5.000 manat, 30 noyabr 2020-ci il tarixdə isə 900 manat (5.000×18%) məbləğində ƏDV-ni qarşı tərəfə ödəyib. Bu halda vergi orqanı tərəfindən sadələşdirilmiş vergi ödəyicisinə qarşı ƏDV-nin gec ödənilməsinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək.

Çünki Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə maliyyə sanksiyası ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərə şamil olunur.
Misal 6: ƏDV ödəyicisi vergi ödəyicisi qarşı tərəfə təqdim olunacaq mallar üçün 30.000 manat məbləğində avans ödəyir, ƏDV ödənişini isə həyata keçirmir. Bu halda vergi orqanı ƏDV ödəyicisi tərəfindən ƏDV-nin ödənilməməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsini tətbiq etməyəcək: bu maddə ilə maliyyə sanksiyası avans məbləği üzrə ödənişlərə şamil olunmur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi və sosial sığorta öhdəlikləri

posted in: Xəbər | 0

sosial sığorta öhdəlikləri , Vakansiya MühasibFərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən taksi sürücüləri nə qədər vergi və  sosial sığorta haqqı ödəməlidirlər? Suala mühasib İlkin Lələyev aydınlıq gətirib.

Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə uyğun olaraq ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxlər sadələşdirilmiş vergi ödəyiciləridir.

Həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün müvafiq qaydada fərqlənmə nişanı almalı, əldə etdikləri gəlir məbləğindən asılı olmayaraq dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər.
Vergi Məcəlləsinin 220.5-ci maddəsinin tələblərinə uyğun olaraq taksi xidməti göstərənlər hər ay bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat məbləği əsasında müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış vergi məbləğini büdcəyə ödəməlidirlər. Həmin əmsallar aşağıdakı qayda üzrə müəyyən edilmişdir:

-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2 əmsal;

-Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla) istisna olmaqla) – 1,5 əmsal;
-digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərləri istisna olmaqla) – 1 əmsal.

“Sosial sığorta haqqında” qanunun 14.5.1-1.10-cu maddəsinə əsasən fərqlənmə nişanı almış vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 6 faizi məbləğinin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilmişdir:

-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;

-Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;

-Digər şəhər və rayonlarda – 1 əmsal.

“İcbari tibbi sığorta haqqında” qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərqlənmə nişanı əldə edərək fəaliyyət göstərən vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Göründüyü kimi, bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir.

İndi isə bir neçə misalla taksi xidməti ilə məşul olan şəxslərin aylıq büdcə ödənişi məbləğini hesablayaq.

Misal 1: Fərz edək ki, fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Bakı şəhəri daxilində, həmçinin müntəzəm olaraq Bakı və Gəncə şəhərləri arasında taksi ilə sərnişin daşıyır. Həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaqdır:

1. Sadələşdirilmiş vergi: 9×2 (əmsal) = 18 manat;

2. Sosial sığorta haqqı: 300×6% x2 (əmsal) = 36 manat;

3. İcbari tibbi sığorta haqqı: 300×4% = 12 manat.

Dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 18+36+12 = 66 manat olacaqdır.

Misal 2: Fərz edək ki, fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Zaqatala şəhəri daxilində, həmçinin müntəzəm olaraq Şəki və Zaqatala şəhərləri arasında taksi ilə sərnişin daşıyır. Həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaq:

1. Sadələşdirilmiş vergi: 9×1 (əmsal) = 9 manat;

2. Sosial sığorta haqqı: 300×6% x1 (əmsal) = 18 manat;

3. İcbari tibbi sığorta haqqı: 300×4% = 12 manat.

Dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 9+18+12 = 39 manat olacaqdır.

Bəs fərqlənmə nişanı əldə etmədən fəaliyyət göstərən taksi sürücülərinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xaricdə işləyən vətəndaşlar hansı şərtlərlə vergiyə cəlb olunur?

posted in: Uncategorized | 0

əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuAzərbaycan vətəndaşı Yaponiya şirkəti ilə bir illik müqavilə bağlayıb Malayziyada çalışacaq. Onun gəlirindən vergi tutulmalıdırmı?

Dövlət Vergi xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünü (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 149-cu və 152-ci maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 516 517 518 519 520 521 522 2. 387