Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV geri qaytarılır

posted in: Xəbər | 0

Əmək pensiyalarının indeksləşdirilməsi , Əmək pensiyaları ,əlilliyin müəyyənləşdirilməsi“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra – Qayda) 2.0.6-cı yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, on beş gün müddətində müəyyən etsin;

2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin;

2.3. vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin;

2.4. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etsin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;

3.2. Qaydanın 5.11-ci bəndində nəzərdə tutulan rəyin formasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində təsdiq etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2022-ci il.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Metrologiya İnstitutu auditor seçir

posted in: Xəbər | 0

auditor vakansiyaAzərbaycan Metrologiya İnstitutu 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 100 manatdır.

İddiçılar təkliflərini iyunun 14-ü, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 16-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, AMİ ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,122 milyon manatdır.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bələdiyyəyə hansı reyestr məlumatları təqdim oluna bilər?

posted in: Xəbər | 0

əmək şəraitinin şərtləri , Sadələşdirilmiş sistem, vergilərin hesablanması, MediatorlarBələdiyyələrə dövlət reyestrindən məlimatların verilməsi ilə bağlı qaydalarda dəyişiklik olunub. Hüquqşünas Şəhriyar Həbilov bu yeniliyin əsas məqamlarını şərh edib.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-1-ci maddəsinə əsasən, bələdiyyələrə qanunla müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi məqsədilə dövlət reyestrindən məlumatların verilməsi ayrıca qaydalarla müəyyən edilir. Buna müvafiq olaraq Nazirlər Kabineti “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə Qərara düzəliş edib.

Əvvəlki qaydalara əsasən, bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında dövlət reyestrindən aşağıdakı məlumatlar verilirdi:

– fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə bələdiyyə ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış fiziki şəxslər;

– onların binanın sahəsindəki payları;

– mülkiyyətdə olan tikililərin və ya onların hissələrinin ölçüləri və ünvanı;

– onların mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri, ünvanı və kateqoriyası.

Yeni düzəlişə əsasən, reyestrdən fiziki şəxsin

– Vergi Məcəlləsi üzrə xüsusi mülkiyyətində olan binalar, su və hava nəqliyyatı vasitələri ilə əlaqədar əmlak vergisinin hesablanması; eləcə də

– təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları;

– sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar;

– yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqları üzrə torpaq vergisinin hesablanması ilə əlaqədar məlumatlar verilə bilər.

Bu məlumatlar üçün xidmət haqqı tutulur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi, icbari sığorta haqqı və digər ödənişlərə görə məsuliyyətdən azadolma

posted in: Xəbər | 0

Maliyyəçi , Vakansiya , kompensasiya , Vakansiya, Baş MühasibQanunvericiliyə görə hazırda mövcud olan vergilər, icbari tibbi sığorta haqqı və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə görə inzibati və cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Bu yazıda həmin məsuliyyət tədbirləri və məsuliyyətdən azadolma hallarını qeyd etməyə çalışacağıq.

Mövzuya keçməzdən əvvəl bu məcburi ödənişlərin verilməsi üzrə hüquqi fakt sayılan əmək müqaviləsinin qüvvəyə minməməsi ilə bağlı da məsuliyyət tədbirləri olmasını qeyd edək. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə müəyyən edilmiş qaydada (elektron sistem üzrə) əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət tədbirləri (fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3-5 min manatadək məbləğdə, hüquqi şəxslər 20-25 min manatadək məbləğdə cərimə) nəzərdə tutulmuşdur.

Bu əməl xeyli sayda (10 nəfər və daha çox) işçi barəsində tətbiq edilərsə, cinayət məsuliyyətinə səbəb olur və əməli törətmiş şəxs barəsində cinayət hüquqi tədbirlər (7-10 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə) tətbiq edilir. Cinayət məsuliyyəti törədilən əməl üzrə

  • işçilərlə əmək müqaviləsi bağladıqda,
  • ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə

əməli törədən şəxs birinci dəfə üçün cinayət məsuliyyətindən azad edilir.

Mövzu çərçivəsində qeyd edək ki, az miqdarda (50 min manatadək) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə həmin məbləğin 30-70 faizinədək məbləğdə cərimə nəzərdə tutulur. Əvvəlki halda olduğu kimi bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Şəxs tərəfindən xeyli miqdarda (50 min manatdan çox) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə isə cinayət məsuliyyəti nəzərdə tutulur və şəxs barəsində müvafiq cinayət hüquqi tədbirlər (cinayət nəticəsində vurulmuş ziyanın 2-3 mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə) tətbiq edilir.

Onu da qeyd edək ki, inzibati qaydada olduğu kimi cinayət məsuliyyəti halında da əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 513 514 515 516 517 518 519 2. 387