» » » Bələdiyyəyə hansı reyestr məlumatları təqdim oluna bilər?

Bələdiyyəyə hansı reyestr məlumatları təqdim oluna bilər?

posted in: Xəbər | 0
birbank biznes

əmək şəraitinin şərtləri , Sadələşdirilmiş sistem, vergilərin hesablanması, MediatorlarBələdiyyələrə dövlət reyestrindən məlimatların verilməsi ilə bağlı qaydalarda dəyişiklik olunub. Hüquqşünas Şəhriyar Həbilov bu yeniliyin əsas məqamlarını şərh edib.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-1-ci maddəsinə əsasən, bələdiyyələrə qanunla müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi məqsədilə dövlət reyestrindən məlumatların verilməsi ayrıca qaydalarla müəyyən edilir. Buna müvafiq olaraq Nazirlər Kabineti “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə Qərara düzəliş edib.

Əvvəlki qaydalara əsasən, bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında dövlət reyestrindən aşağıdakı məlumatlar verilirdi:

– fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə bələdiyyə ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış fiziki şəxslər;

– onların binanın sahəsindəki payları;

– mülkiyyətdə olan tikililərin və ya onların hissələrinin ölçüləri və ünvanı;

– onların mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri, ünvanı və kateqoriyası.

Yeni düzəlişə əsasən, reyestrdən fiziki şəxsin

– Vergi Məcəlləsi üzrə xüsusi mülkiyyətində olan binalar, su və hava nəqliyyatı vasitələri ilə əlaqədar əmlak vergisinin hesablanması; eləcə də

– təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları;

– sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar;

– yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqları üzrə torpaq vergisinin hesablanması ilə əlaqədar məlumatlar verilə bilər.

Bu məlumatlar üçün xidmət haqqı tutulur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun