Daha çox8
Daha çox8

Hamiləlik və uşağa görə sosial məzuniyyət necə ödənilir?

posted in: Xəbər | 0

Mövzunu insan resursları və əməkhaqqı üzrə mütəxəssis Firəngiz Səmədova şərh edir. 

Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında köklü dəyişikliklər edilib.

Belə ki, Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib. Sənəddə yer alan vacib məqamlardan biri sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin Elektron Hökumət İinformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə ötürülən elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqəsinə dair məlumatlara əsasən, təqvim günü üzrə ödənilməsidir. Dəyişiklikdən sonra isə müavinətin ödənilməsi üçün artıq protokol tərtib olunmasına, əvvəlki 12 ay üzrə əməkhaqqı və iş günləri barədə məlumatların sistemə daxil edilməsinə ehtiyac qalmır. Bütün proses avtomatik şəkildə icra edilir.

Bəs hamiləlik və doğuşa görə məzuniyyətin, həmçinin uşağın 3 yaşı tamam olana qədər qismən ödənişli sosial məzuniyyətlərin ödənişinin icrası hansı formada tənzimlənəcək?

Yeni təsdiqlənmiş Qaydaya əsasən, qeyd olunan məzuniyyətlərin ödənişə verilməsi zamanı işəgötürən hər iki hal üzrə məzuniyyət əmrini ƏMAS-da əmrlər bölməsində əks etdirməlidir. Artıq bununla bağlı elektron sistemdə müvafiq yeniliklər tətbiq edilib.

Ödənişin hesablanması zamanı lazım olan əvvəlki 12 ayın qazancı barədə məlumatlar işəgötürən tərəfindən təqdim edilmiş “Muzdlu və qeyri-muzdlu işlə əlaqədar Vahid Bəyannamə”dən əldə ediləcək. Bu halda bəzi praktiki suallar yaranır ki, onların həlli yollarına nümunə üzərindən baxaq.

Misal

Əməkdaşın hamiləlik və doğuşla əlaqədar 20.06.2026-cı il tarixdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi sənədi daxil olub. Bununla əlaqədar məzuniyyət əmri ƏMAS-a daxil edilib və sənəd ödənişə göndərilib. Bu halda hesablama üçün nəzərə alınan dövr 2026-cı ilin I rübü, 2025-ci ilin isə II, III və IV rüblərini əhatə edir.

31.08.2026-cı il tarixdə müəssisə tərəfindən 2026-cı ilin I rübü üzrə Vahid Bəyannaməyə dəqiqləşmə verilib və həmin əməkdaşın mart ayı üzrə qazancında fərqlilik yaranıb. Bəs belə olan halda ödənilmiş müavinət üzrə dəyişiklik necə tənzimlənəcək?

1-ci hal. Əgər dəyişiklik nəticəsində əməkdaşın qazancında artım olubsa, bu zaman sığortaedənin müraciəti əsasında müavinət sığortaçı tərəfindən yenidən hesablanır və yaranmış fərqin sığortaolunana (yəni əməkdaşa) ödənilməsi təmin edilir.

2-ci hal. Əgər dəyişiklik nəticəsində əməkdaşın qazancında azalma olubsa, müavinət sığortaçı tərəfindən yenidən hesablanır və artıq verilmiş məbləğin geri qaytarılması təmin edilir. Artıq verilən məbləğ sığortaçının müraciəti əsasında sığortaedən tərəfindən sığortaolunanın razılığı ilə, razılığı olmadıqda isə məhkəmənin müvafiq qərarına əsasən sığortaolunandan alınmaqla sığortaçıya geri qaytarılır.

Burada diqqət edilməli məqam əməkdaşın qazancı barədə məlumatlara Vahid Bəyannamədə dəyişikliyin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənildiyi tarixdən sonrakı 180 təqvim günü ərzində edilməsidir.

Mənbə: vergiler.az

Azərbaycanda “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası” dəyişib

Azərbaycanda “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası” dəyişib

posted in: Xəbər | 0

Nazirlər Kabineti 7 may 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər

tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan

istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.

Mənbə: report.az

Pay torpağı üçün sosial ödəniş məbləği

Pay torpağı üçün sosial ödəniş məbləği

posted in: Xəbər | 0

Mənə məxsus pay torpağım var və VÖEN açılıb. VÖEN açıq qaldıqda hansı vergi borcu yarana bilər və məbləği nə qədərdir? Pay torpağından istifadəyə görə hansı vergiləri ödəməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əməkqabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək – 5 faiz miqdarında;

5 hektardan 10 hektaradək – 7,5 faiz miqdarında;

10 hektardan yuxarı – 12,5 faiz miqdarında.

Həmin müddəaya əsasən, fiziki şəxs öz mülkiyyətində olan pay torpaqlarından istifadə etmədikləri halda, həmin torpaqlara görə onların sosial sığorta haqqı ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə müvafiq orqandan (bələdiyyə orqanından, yerli icra orqanlarından) təsdiqedici arayış əldə edilməli və vergi orqanına təqdim olunmalıdır.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur.

Mənbə: vergiler.az

Әmtəəsiz əməliyyatla bağlı yanaşma niyə dəyişdirildi?

Әmtəəsiz əməliyyatla bağlı yanaşma niyə dəyişdirildi?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Son dəyişikliyə qədər Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, “əmtəəsiz əməliyyat” dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək üçün və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar başa düşülürdü. Yeni dəyişiklik nəticəsində uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar da əmtəəsiz əməliyyatlar hesab olunacaq.

Mülki Məcəllənin 340-cı – “Uydurma və yalan əqdlərin etibarsızlığı” adlı maddəsində uydurma və yalan əqdlərin açıqlaması verilir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Eləcə də maddədə qeyd edilir ki, uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəyə əsasən isə yalan əqd başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Uydurma əqd kimi yalan əqd də əhəmiyyətsizdir. Həmin maddədə, həmçinin, qeyd edilir ki, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən, əslində, nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

İndi malların təqdim edilməsi ilə uydurma və yalan əqdə aid misalları təqdim edək:

Misal 1

Vergi ödəyicisi 300.000 manat məbləğində malı qarşı tərəfə təqdim etsə də, faktiki olaraq malların təqdim olunması həyata keçirilmir. Uydurma əqddə məqsəd vergi ödəyicisinin aktivlərinin süni şəkildə azaldılmasını təmin etməkdir. Halbuki, faktiki olaraq, həmin mallar vergi ödəyicisinin sahibliyində qalır.

Misal 2

Vergi ödəyicisi 300.000 manatlıq malı qarşı tərəfə təqdim etsə də, reallıqda alğı-satqı müqaviləsi əvəzinə saxlanılma və ya icarə müqaviləsi bağlayır. Məqsəd ondan ibarətdir ki, vergi ödəyicisi qarşı tərəflə yalan əqd bağlamaqla həmin malların satışı üzrə vergi öhdəliyinin yaranmasının qarşısını alsın.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarına və Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri riskli vergi ödəyicisi hesab olunurlar.

Mənbə: vergiler.az

Aliment ödənişi zamanı vergi öhdəliklərinin ardıcıllığı

1 41 42 43 44 45 46 47 2. 391
error: Content is protected !!