Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

posted in: Xəbər | 0

Bu il fevralın 1-nə Azərbaycanda 1 682 901 vergi ödəyicisi olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il fevralın 1-i ilə müqayisədə 4,9 % çoxdur.

Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,6 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,4 % artıb.

Bu il yanvarın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7 % çox – 205 104 vahid təşkil edib.

Yanvarda 1 050 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,6 %-i yerli investisiyalı, 10,4 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 87 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,6 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 %-i MMC, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

Fevralın 1-nə qeydiyyatda olan 136 808 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 7,7 % artıb.

Mənbə: report.az

Dövlət Vergi Xidməti işçiləri təltif edildi

Dövlət Vergi Xidməti işçiləri təltif edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Əliyev Nazim Kazım oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Abbasov Etibar Akif oğlu

Bədəlova Zöhrə Əliriza qızı

Gözəlov Zülfi Məmməd oğlu

Həziyeva Gülçöhrə Hacıqulu qızı

Hüseynov Alı Hüseynqulu oğlu

İsgəndərov Nəsib Əli oğlu

Məmmədov Şahin Yusif oğlu

Rzayev Zamin Vahid oğlu

Səfərova Rəsmiyyə Suca qızı

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Qasımlı Nuranə Nurəddin qızı

Qənbərov Zahid Paşa oğlu.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilsin:

 

“2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi

 

“3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

Nicat Şükür oğlu İmanov – Vergi siyasəti baş idarəsinin rəisi

Abbas Cəlil oğlu İsmayılov – Vergi auditi baş idarəsinin rəisi

Səməd Ədil oğlu Vəliyev – 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2026-cı il

Mənbə: taxes.gov.az

Bu şəxslərə vergi güzəştləri tətbiq ediləcək

posted in: Xəbər | 0

Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək.

Bildirilib ki, məlum olduğu kimi, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb və qanunla təsdiq edilib.

WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:

• WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

• qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

• qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

• müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Qeyd edilib ki, bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.

Mənbə: banker.az

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

posted in: Xəbər | 0

İşçi məcburi köçkündür və Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, vergi tutulan gəlirləri 100 manat azaldılır. Eyni zamanda, onun himayəsində 3 nəfər 18 yaşına çatmayan məktəbli var. Vergi Məcəlləsinin 102.5-ci maddəsində qeyd olunur ki, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu halda, işçi hər iki vergi güzəştindən yararlana bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə bu güzəştlərdən yalnız biri – məbləğcə ən böyük olanı verilir.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil olunmur.

Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.

Sorğuda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.4.5-ci və 102.5-ci maddələrində nəzərdə tutulmuş güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi

Mənbə: vergile.az

Məzuniyyət zamanı orta əməkhaqqının hesablanmasında incə məqamlar

1 38 39 40 41 42 43 44 2. 382