Əvəzləşdirmənin sonrakı hesabat dövrünə keçirilməsi mümkündürmü?

posted in: Xəbər | 0

ƏvəzləşdirməƏvəzləşdirilməli olan qaimə-faktura üzrə ƏDV-nin əvəzləşdirilməsi unudulubsa və sonradan əvəzləşirilibsə, vergi ödəyicisinə cərimə tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş elektron qaimə-faktura üzrə ƏDV-nin əvəzləşdirilməsi, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvəzləşdirmə hüququnun yarandığı ay üzrə təqdim edilən ƏDV bəyannaməsində əks etdirilir. Əvəzləşdirmənin sonrakı hesabat dövrləri üzrə ƏDV bəyannamələrində nəzərə alınması və həyata keçirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Nəzərinizə çatdırmaq istəyirik ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannaməsində ƏDV-nin bəyannamənin aid olduğu hesabat dövründə əvəzləşdirmə hüququ olmadan əvəzləşdirilməsi müəyyən edildikdə əvəzləşdirilən məbləğ bərpa edilməklə büdcəyə çatası vergi məbləğinin azaldılmasına görə vergi ödəyicisinə azaldılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.

Mənbə: vergiler.az


 

 

Dövlət icbari şəxsi sığorta haqlarının məbləği müəyyənləşib

posted in: Xəbər | 0

icbari şəxsi sığortaNazirlər Kabineti “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nı təsdiq edib.

Bunula bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət icbari şəxsi sığorta haqlarının məbləği aşağıdakı kimi müəyyən edilib:

– Milli Məclisin deputatları – 5 illik vəzifə maaşı məbləğinin 1 %-i qədər;
– hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən işçilər və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri – 5 illik əməkhaqqı məbləğinin 1 %-i qədər;
– Silahlı Qüvvələrdə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti – 110 manat;
– diplomatik nümayəndəliklərin və konsulluqların başçısı – 33 manat;
– diplomatik nümayəndəliklərdə və konsulluqlarda digər diplomatik vəzifə tutan şəxslər – 19,8 manat;
– diplomatik nümayəndəliklərdə və konsulluqlarda inzibati-texniki xidməti həyata keçirən şəxslər – 13,2 manat.

Mənbə: report.az


 

Şirkət faizsiz borcu təsisçiyə geri qaytararkən hansı vergi öhdəliyinə əməl edilməlidir?

posted in: Xəbər | 0

Faizsiz borcTəsisçi şirkətə faizsiz borc müqaviləsinə əsasən müəyyən vəsait vermişdir. Şirkət tərəfindən həmin vəsait geri qaytarılan zaman şirkət üçün hər hansı vergi öhdəliyi və hesabat təqdim etmək öhdəliyi yaranırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Vergi qanunvericiliyinə əsasən, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Mənbə: vergiler.az


İşğaldan azad edilmiş ərazinin rezidentlərinə hansı vergi güzəştləri edilir?


 

Excel 2019 – Yeni data növləri

posted in: Excel, Xəbər | 0

Excel 2019 – Yeni data növləri

Əvvəlki yazıların birində Excel 2019-dakı yeniliklərdən qısaca bəhs etmişdik. Bu yeniliklərdən biri ənənəvi data növlərinə 2 ədəd yenisinin əlavə edilməsi idi. Bunlar – Geography və Stocks data növləridir. Yeni data növlərini Data menusu altında tapa bilərik.

1. Stocks data növü

Bu data növü ilə şirkətlər haqqında kritik əhəmiyyət daşıyan əksər məlumatları Google-dan istifadə etmədən əldə edə bilərik. Fərz edək ki, aşağıdakı şirkətləri analiz etmək istəyirik.

Hal-hazırda bu şirkətlər default olaraq Text olaraq formatlanıb. Biz bu diapazonu aktivləşdirib, Data menusundan stocks data növünü seçdiyimiz anda, həm hər birini rəsmi adları ilə görmüş olacaq, həm də qarşılarında bu data növünə məxsus yeni simvollar ilə rastlaşacağıq.

Yeni formatlanmış datamız aşağıdakı kimi olacaqdır:

Bütün hadisələr bundan sonra başlayır. Ən sağda üstdəki plus işarəli dörtbucaqlının üzərinə kliklədiyimiz anda, o şirkətlər haqqında çəkə biləcəyimiz məlumatın siyahısı ilə qarşılaşırıq.

İstənilən məlumatın üzərinə klikləmək kifayət edəcəkdir. Misal olaraq, şirkətlərin CEO-ları, işçilərinin sayı, qurulduqları il və bazar dəyərlərini aşağıda görə bilərsiniz.

Bundan əlavə, eyni məlumatları formul vasitəsilə də əldə edə bilərik.

Formul vasitəsilə şirkət adına istinad verib, nöqtə yazdıqdan sonra, az öncəki bütün siyahı qarşımıza gələcəkdir. İstədiyimizi seçib, Enter-a basıb, digər xanalara kopyalayıb-yapışdırmaqla da prosesi yekunlaşdırmaq mümkündür.

2. Geography data növü

Eynilə Stocks data növündə olduğu kimi, müvafiq məlumatları ölkələr üçün də əldə etmək mümkündür.

Bu dəfə də, tamamilə eyni məntiqlə Data menusundan Geography data növünü seçirik.

Ölkələrin hər birinin əvvəlinə Geography data növünün simvolunun gəldiyini görürük. Bundan sonrası isə çox daha asandır – istədiyimiz məlumat növünü seçməklə, hər bir ölkənin qarşısına əlavə edirik.

Bütün müvafiq məlumatları formul vasitəsilə də gətirmək mümkündür.

Diqqətimizi çəkən bir məqam isə, #FIELD! xəta mesajıdır. Bu xəta mesajı, məlumat axtarıldığı mənbədə tapılmadığı zaman verilir.

Bütün bu məlumatların hardan gəldiyi sualına gəlincə isə, Microsoft öz veb-səhifəsində bildirir ki, məlumatlar Morningstar Inc. adlı şirkət tərəfindən fərqli ölkələrdəki 60 ədəd birjadakı məlumatlar əsasından formalaşdırılır.

Mənbə: xlstuff.org


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
1 433 434 435 436 437 438 439 2. 400