Kapital Bank sahibkarlar üçün yeni şöbə açdı

posted in: Xəbər | 0

sahibkarlar üçün yeni şöbəÖlkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlara göstərilən xidmətləri daha əlçatan və rahat etmək üçün Bakı KOB evində yeni şöbəsini açdı. Yeni KOB şöbəsi Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllə ünvanında fəaliyyət göstərir.

KOB şöbəsində müştərilər fiziki və hüquqi şəxslər üçün hesabların açılması, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar kimi bir çox bank məhsulları və xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, Kapital Bank bir neçə il əvvəl ölkə üzrə həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini tam bitirsə də, müştəri xidməti keyfiyyətini artırmaq üçün bir sıra işləri davamlı olaraq həyata keçirir. Paytaxt Bakı ilə yanaşı regionlarda da bank xidmətlərini daha əlçatan etmək məqsədilə yeni xidmət nöqtələri açılır. Bu kimi işlər gələcək illərdə də davam etdiriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


 

Müharibə iştirakçılarının əmək məzuniyyətləri necə tənzimlənir?

posted in: Xəbər | 0

2020-ci ildə 44 günlük müharibədə iştirak edərək geri dönən işçilərin məzuniyyətləri ilə bağlı müəyyən suallar meydana çıxır. Sərbəst auditor Altay Cəfərov həmin suallara aydınlıq gətirib.

Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Məcəllənin tələblərinə görə, sadə halda əmək məzuniyyətinin minimum müddəti 21 gün və 30 gün müəyyənləşdirilib. Ancaq 120-ci maddədə olan işçilər üçün isə həmin müddət ən azı 46 gün təyin edilib. Müharibə iştirakçılarının məzuniyyət hüququ ilə bağlı aşağıdakıları diqqətdə saxlamaq vacibdir:

  • Deməli birinci Qarabağ və ikinci Qarabağ mühaibəsi iştirakçıları Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütöblüyü uğrunda vuruşmuş və müharibədə iştirak etmiş şəxslər sayılır.
  • Qazilər xəsarət (yaralanma, travma, kontuziya) alan işçilər sayıldığından onlara əmək məzuniyyəti 46 gün verilməlidir. Əlbəttə ki, müvafiq orqan tərəfindən onların xəsarəti (yaralanma, travma, kontuziya) təsdiqlənməlidir.
  • Milli Qəhrəmanlara və Vətən Müharibəsi Qəhrəmanlarına da 46 gün məzuniyyət verilməlidir.
  • Həmçinin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə 46 təqvim günü əmək məzuniyyəti verilməlidir.

Bəs digər dövlət təltifləri dedikdə nə başa düşülür?

Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. Orden və medalların “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 10 noyabr 1992-ci il №370 AR qanunu ilə tənzimlənir. Həmin qanuna görə, Vətən Müharibəsi iştirakçılarına bir çox orden və medallar təqdim edilib. Məsələn, “Şuşanın azad edilməsinə görə” medalı və bu qəbildən olan digər medallar.

Göründüyü kimi, qeyd olunan qanunla təsdiq edilmiş orden və medallar dövlət təltifləri sayıldığından bu orden və medallara layiq görülmüş işçilər də 46 gün əmək məzuniyyətindən istifadə edəcəklər.

Misal: “AA” MMC-nin istehsalat sahəsində çalışan fəhlələrin bir neçəsi Qarabağ müharibələrində iştirak etməyib. İki nəfər fəhlə isə birinci Qarabağ mühasibəsində iştirak edib və ona heç bir orden, medal (dövlət təltifi) edilməyib. Daha iki fəhlə ikinci Qarabağ savaşında olub və hər ikisinə torpaqların azad edilməsinə görə bir neçə medal verilib. Eyni zamanda bir fəhlə də 44 günlük müharibənin iştirakçısı olub və o heç bir dövlət təltifi almayıb. Bu işçilərin əmək məzuniyyətinin müddətləri necə müəyyən olunacaq?

Birinci halda bir neçə fəhləyə 21 gün əmək məzuniyyəti veriləcəkdir. Çünki onlar müharibədə iştirak etməyiblər. Növbəti 2 nəfər fəhləyə də əmək məzuniyyəti 21 gün veriləcək. Belə ki, onların birinci Qarabağ mühasibəsində iştirak etmələrinə baxmayaraq, heç bir dövlət təltifi almayıblar. Sonrakı iki nəfər fəhləyə isə 46 gün əmək məzuniyyəti təmin ediləcək. Çünki onlar həm müharibədə olublar, həm də dövlət təltifi kimi medallar alıblar. Sonuncu 1 nəfər fəhləyə də 21 gün məzuniyyət verilcək. Yəni, 44 günlük müharibə olmasına baxmayaraq dövlət təltifləri olmayıb.

Mənbə: vergiler.az


Gəlir anlayışı və onun növləri


 

2023-cü il üçün əməkhaqqı cədvəli – əməkhaqqıdan tutulmalar necə hesablanacaq?

posted in: Xəbər | 0

2023-cü il üçün əməkhaqqı cədvəli

2023-cü il üçün neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən və neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əməkhaqqı cədvəlini sizə təqdim edirik.

2023-cü il üçün neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün əməkhaqqı cədvəli

2023-cü il üçün neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli


Microsoft Excel 2019-da 10 mühüm yenilik

posted in: Excel, muhasibat, Xəbər | 0

Microsoft Excel 2019-da 10 mühüm yenilik.

Bildiyiniz kimi, Microsoft, 24 sentyabr 2018-ci il tarixdə yeni Microsoft Office 2019 paketini bazara təqdim etdi. Bütün ofis proqramlarını yeniləmiş, vizual olaraq zənginləşdirmiş və inqilabi dəyişikliklər etmiş oldu. Bu yazıda, Excel-dəki ən əhəmiyyətli yeniliklərdən bəhs edəcəyik. Bu yenilikləri – Menu dizaynı, yeni funksiyalar, diaqramlar, pivot cədvəllər, Power Pivot, Power Query, dinamik silsilələr (dynamic arrays) və yeni Data növləri altında qruplaşdıra bilərik.

Qeyd: Aşağıda qeyd etdiyimiz yeni xüsusiyyətlərin hər biri hələlik Insiders kateqoriyalı istifadəçilərdə aktivdir. Aylıq və ya yarımillik Office 365 abunəçilərində mərhələli olaraq hər biri aktivləşdiriləcəkdir.

1. Menu Dizaynı

Aşağıda, hər menuya aid skrinləri görə bilərsiniz. Yenilənmiş menu dizaynı fantastikdir, çox zövqlü və baxımlıdır.

Home
Insert
Page Layout
Formulas
Data
Review
View
Help
Developer
Power Pivot
2. Funksiyalar

6 ədəd yeni funksiya əlavə edilmişdir. Hər biri haqqında ətraflı yazılar olacaq. Hələlik qısa overview:

    • CONCAT: Tanış olduğumuz CONCATENATE funksiyasının gördüyü işi görür, lakin “adaşından” həm daha qısa və yığcamdır, həm də diapazonlarla işləmə bacarığınıa sahibdir.

 

    • IFS: Bir-birinin içində onlarla IF yazmaq əvəzinə, IFS ilə 127 ədəd fərqli şərti test edib, hər birinə müvafiq dəyəri daha rahat yazırıq.

 

    • MAXIFS: Birdən çox kriteriyaya əsasən ən yüksək dəyərin hesablanmasında istifadə ediləcəkdir.

 

    • MINIFS: Birdən çox kriteriyaya əsasən ən kiçik dəyərin hesablanmasında istifadə ediləcəkdir.

 

    • SWITCH: DAX-dan sonra, Excel-də də bu funksiya artıq istifadə edilə biləcəkdir. IFS funksiyasının etdiyinə oxşar funksionallıq göstərir.

 

  • TEXTJOIN: Seçəcəyimiz delimiter ilə, mətnləri birləşdirməyə yarayır.

2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

3. Diaqramlar

2 ədəd yeni diaqram növü əlavə edilmişdir:

Map Chart

Funnel Chart

4. Yeni Data Növləri
General, Number, Currency, Date, Time, Text kimi data növlərindən sonra, Excel 2019 modelində 2 ədəd yeni data növünü əlavə edib – Stock və Geography.

Ölkə adlarını bir sütuna yazdıqdan sonra yeni Data menusu altında Data Types bloku var.

Geography data növünü seçdikdən sonra həmin ölkələrə aid istənilən məlumat real-time olaraq çəkə bilərik.

İkinci data növümüz isə Stocks-dur, yəni səhmlər. Bu dəfə, şirkət adlarını daxil edərək, onlara aid bütün məlumatı sadə əməliyyat ilə çəkə bilərik:

5.Power BI ilə inteqrasiya

File >> Publish >> Publish to Power BI adresinə gedib, Excel-inizdə olan məlumatları Power BI platformuna transfer edə bilərsiniz.

6. Dinamik Silsilələr (Dynamic Arrays)

Array formullarında istifadə etdiyimiz Ctrl+Shift+Enter kombinasiyasını unutmaq olar. Yeni dinamik silsilələrlə, formul tək bir xanaya yazılmaqla, seçdiyimiz bütün diapazona aid edilə bilər. Faylın həcmini böyütmədən! Bu yenilik Excel 2019-un ən vacib və ən inqilabi yeniliyidir!

Yeni silsilə funksiyaları ilə tanış olun – UNIQUEFILTERSORTSORTBY.

7. Pivot Cədvəllər

    • İstəyə uyğun dizaynı müəyyən etmək, başqa xanalardan formatı import etmək, default Pivot cədvəl özəlliklərini qeyd etmək.

 

    • Data Modelində yer alan cədvəllərarası əlaqələrin avtomatik müəyyən edilməsi.

 

    • Measure-ların PivotTable Fields blokundan daha rahat qurulması, edit edilməsi, silinməsi.

 

  • Tarix formatlı dəyərlərin avtomatik ay/kvartal/il olaraq qruplaşdırılması. Power BI-dakı mexanizm kimi.

Telegram qrupumuza üzv olun

8. Şəkil formatlı yazıları Excel cədvəlinə çevirmək

Mobil telefonlar vasitəsilə çəkilmiş şəkilləri, mobil telefonunuzdakı Excel proqramında Excel cədvəlinə çevirə bilərik. Yeni şəkil tanıma mexanizmi ilə artıq əllə daxil etmədən qurtuluruq. Çox güman ki, Excel-in sonrakı versiyalarında bunun desktop versiyaları da təqdim ediləcəkdir.

9. İdeyalar

Ən son analitik vasitələrdən biri olan Ideas, datamızı anında analiz edib, vacib məqamlarını ortaya çıxarır. Bunun üçün data – tabular formatda olmalı, cədvəl olaraq formatlanmalı və ümumi xana sayı 250 mini keçməməlidir. Aşağıda, Microsoftun hazırladığı qısa tanıtımla tanış ola bilərsiniz.

10. Daha sürətli LOOKUP və MATCH

Əvvəllər dəqiqələr çəkən hesablamalar, yeni alqoritmlər ilə saniyələrə endirilir və faylın həcminə heç bir mənfi təsir göstərmir.

 

Müəllif: Elçin Xəlilov


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
1 432 433 434 435 436 437 438 2. 387