Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0

idxal gömrük rüsumuAzad edilmiş ərazilərdəki rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib.

Bu, Prezident İlham Əliyevin “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən Nazirlər Kabinetinin təsdiqlədiyi siyahı üzrə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumundan azad edilir.

Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiqləyib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Mənbə: report.az


Vakansiya: Vergi uçotu üzrə aparıcı mütəxəssis – VTB Bank

posted in: Xəbər | 0

Vakansiya: Vergi uçotu üzrə aparıcı mütəxəssis tələb olunur

İşəgötürən: VTB Bank

Əməkhaqqı: Razılaşma

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • E-mail: hr@vtb.az / info@finstaff.az

Vakansiya barədə məlumat:

  • Bankın vergi uçotunun aparılması;
  • Dövlət vergi orqanlarına və sosial sığorta orqanlarına dövri hesabatların hazırlanması və təqdim edilməsi;
  • Vergi öhdəliklərinin vergi orqanlarına vaxtında köçürülməsinə nəzarət;
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin və digər dövlət orqanlarının internet resursları ilə işləmək;
  • Əsas vəsaitlərin, azqiymətli və köhnəlmiş əşyaların uçotunun aparılması;
  • Əsas vəsaitlərin illik köhnəlməsinin hesablanması və ABS-də əks olunması;
  • Bankın qeyri-profil aktivlərinin uçotunun aparılması;
  • Bankın aktiv və öhdəliklərinin inventarlaşdırılmasının təşkili və aparılması;
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin və digər dövlət orqanlarının internet resursları ilə işləmək.

Namizədə tələblər:

  • Ali maliyyə/iqtisadi təhsil;
  • İxtisas üzrə ən azı 3 il iş stajı;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyini bilmək;
  • Vergi, sığorta və digər məcburi dövlət haqları ilə bağlı qanunlar və digər normativ hüquqi aktlar haqda biliklər;
  • Mühasibat uçotu və hesabatla bağlı ölkə qanunları və AMB qaydaları haqqında biliklər;
  • Vergi, sığorta və statistik hesabatlarla bağlı ölkənin internet resursları ilə işləmək bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti.

Şəxsi anket forması hr@vtb.az / info@finstaff.az elektron poçt ünvanına göndərilməlidir (CV formaları vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Mənbə: finstaff.az

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

posted in: Xəbər | 0

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişiklik qəbul edilsə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Mənbə: report.az


İstehlakçıya bonus kimi verilən məhsulun dəyəri gəlirdən çıxılan xərclərə aid edilirmi?

posted in: Xəbər | 0

gəlirdən çıxılan xərclərMən vergi ödəyicisi kimi qeydiyyata alınmışam və Azərbaycan Respublikasının ərazisində neft məhsullarının pərakəndə satışı işi ilə məşğulam. Satdığım hər 1.000 litr neft məhsuluna görə 100 litr bonus verirəm. İstehlakçıya bonus olaraq verdiyim məhsulu mənfəət və gəlir vergisi bəyannamələrində xərc kimi göstərə bilərəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin müddəalarına əsasən, malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsidir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 14-cü, 96-cı, 104-cü və 159-cu maddələri.

Mənbə: vergiler.az


Uşaqların əmək hüquqlarının tənzimlənməsi, onlara verilən güzəştlər


1 429 430 431 432 433 434 435 2. 387