Maliyyə sanksiyası tətbiq edilərkən ƏDV məbləği satış qiymətinə daxil edilirmi?

posted in: Xəbər | 0

Maliyyə sanksiyası,ƏDV ödəyicisi olan müəssisəyə operativ vergi nəzarəti zamanı, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq edilib. Maliyyə sanksiyası tətbiq edilərkən ƏDV-nin təqdim edilmiş malların satış qiymətinə daxil olub-olmamasına münasibət bildirməyinizi xahiş edirəm.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sözügedən maliyyə sanksiyası tətbiq edilərkən təqdim edilmiş malların ƏDV ilə birlikdə satış qiyməti əsas götürülür.

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı ortaya çıxan məsələlərlə əlaqədar işin faktiki halları qeyd edilməklə müəssisənin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 58-ci maddələri.

Mənbə: vergiler.az


Gəlir vergisi üzrə maliyyə sanksiyaları və faizlər


İşsizlikdən sığorta ödənişi (ödənilməsi şərtləri və məbləği)

posted in: Xəbər | 0

işsizlikdən sığorta ödənişi,İşsizlikdən sığorta ödənişi (ödənilməsi şərtləri və məbləği)

Məlum olduğu kimi 2018-ci ildən qüvvəyə minmiş işsizlikdən sığorta haqqı qanunvericiliyinə uyğun olaraq işçilərin əməkhaqlarının 0.5%-i, işəgötürən tərəfindən isə əməkhaqqı fondunun 0.5%-i məbləğində hər ay işsizlikdən sığorta haqqı ödənilir.

Hansı hallar baş verdikdə işsizlikdən sığorta ödənişi verilir?

Bu ödəniş 1) işçi işəgötürən dövlət orqanı və ya hüquqi şəxs ləğv olunduqda, 2) ştat və ya işçilərin ixtisarı baş verdikdə, 3) əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verildikdə, rəsmi qaydada işsiz sayılan şəxslərə verilir.

Bəs bu tutulan məbləğlərin müqabilində hansı təminatlar nəzərdə tutulmuşdur?

  • Minimum sığorta ödənişi – minimum əməkhaqqı məbləğində – hazırda 345 manatdır. Bu məbləğ ixtisar, müəssisə ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilən və xitam tarixindən əvvəlki 2 il üçün azı 1 illik stajı olan şəxslərə ödənilir. Həmçinin, əmək müqaviləsinin müddəti bitmiş və həmin tarixdən əvvəlki 3 il üçün azı 30 ay stajı olan şəxslərə ödənilir.
  • Aylıq sığorta ödənişi – bu məbləğ müəssisə ləğvi və ya ixtisarla əlaqədar əmək müqaviləsinə xitam verilən, o cümlədən xitam tarixindən əvvəlki 2 il üçün 1 ildən çox stajı olan şəxslərə ödənilir. Ödəniş işçi tam işləyibsə, son 12 aylıq əməkhaqqısının orta aylıq (12-ə bölünməklə tapılır) məbləğinin, natamam işləyibsə, son 24 ay üzrə işlədiyi ayların orta aylıq (işlədiyi aylara bölünməklə tapılır) əməkhaqqısının 50%-i məbləğində ödənilir.
  • Əlavə sığorta ödənişi – Himayəsində 18 yaşa çatmamış uşaq olan, əmək müqaviləsinin xitam tarixindən 2 il ərzində 1 il və ya 1 ildən çox stajı olan şəxslərə hər uşağa görə 5%, maksimal 20% məbləğdə ödənilir.

Sığorta ödənişi ilk 12 ay üçün 6 ay, növbəti 12 ay üçün 3 ay müddətinə verilir. 6 aylıq ödənişdə də azalmalar mövcuddur. Belə ki, ilk 2 ay tam, növbəti 2 ay 80%, sonuncu 2 ay üçün isə 70% ödəniş verilir. İkinci il üçün ödəniş isə 3 ay müddətinə minimum əməkhaqqı məbləğində verilir.

Göründüyü kimi, işsizlikdən sığorta ödənişi üzrə bölgülərin çoxluğuna baxmayaraq yekun nəticədə demək mümkündür ki, işsiz şəxslərə minimum əməkhaqqı məbləğində ödəniş verilir.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir?


 

Vergi Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklikAzərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik haqqında Qanunda əksini tapıb.

Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmaqdır. Belə ki, dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.

Qərar bu ilin yanvar ayının 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil edilmir.


Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 644-VIQD, 650-VIQD, 654-VIQD və 659-VIQD nömrəli, 2 dekabr tarixli 670-VIQD nömrəli, 9 dekabr tarixli 677-VIQD nömrəli, 20 dekabr tarixli 705-VIQD nömrəli, 27 dekabr tarixli 763-VIQD nömrəli və 30 dekabr tarixli 780-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 102.1.38-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.39-cu maddə əlavə edilsin:

“102.1.39. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”;

1.2. 106.1.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.32-ci maddə əlavə edilsin:

“106.1.32. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”;

1.3. aşağıdakı məzmunda 164.1.8-1-ci maddə əlavə edilsin:

“164.1.8-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə;”;

1.4. 218-1.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218-1.1.7-ci maddə əlavə edilsin:

“218-1.1.7. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”.

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2023-cü il


 

Satışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi?

posted in: Xəbər | 0

Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuNazirlər Kabinetinin 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları”nın 2.1.2.1-ci bəndinə əsasən məcmu illik gəlirlərə satışdankənar gəlirlər (faiz, müsbət məzənnə fərqi və s.) daxildirmi? 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları”nın 2.1.2.1-ci bəndinə əsasən mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət sayılır.

Vergi qanunvericiliyinin müddəalarına əsasən gəlir dedikdə, malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab olunur.

Qeyd olunanlara əsasən vergi ödəyicilərinin satışdankənar gəlirləri adıçəkilən meyarların 2.1.2.1-ci bəndində nəzərdə tutulan məcmu gəlirlərə daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2019-cu il tarixli 56 nömrəli qərarı.

Mənbə: vergiler.az


1 427 428 429 430 431 432 433 2. 400