Daha çox8
Daha çox8

İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri

posted in: Xəbər | 0

vergitutmaVergi Məcəlləsinə əlavə edilmiş “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı yeni 19-cu fəsildə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələlərin tənzimlənməsi öz əksini tapıb. Bu yeniliklə bağlı əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh bildirir.

İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər Vergi Məcəlləsinin I – XVII fəsillərinə uyğun olaraq tənzimlənir. Yeni əlavə edilmiş fəsildə “işğaldan azad edilmiş ərazinin rezidenti” adlı ifadədən istifadə edilib.

Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən, bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Vergi Məcəlləsinin 226.3-cü maddəsinə əsasən, bu fəsildə müəyyən edilən vergi azadolmalarının aşağıdakı fəaliyyət növləri və əməliyyatlara şamil edilmədiyi öz əksini tapıb:

  • maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət;
  • avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri;
  • dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların,işlərin və xidmətlərin) təqdim edilməsi.

Məcəlləyə əlavə edilmiş 227-ci maddədə işğaldan azad edilmiş ərazilərin rezidenti üçün aşağıdakı azadolmalar nəzərdə tutulur:

  • işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergi” dən azaddırlar;
  • ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir;
  • işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.

Vergi Məcəlləsinin 227.4-cü maddəsinə əsasən, bu maddədə nəzərdə tutulan vergi azadolmaları aşağıdakı şərtlər daxilində tətbiq edilir:

  • istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Bu maddədə nəzərdə tutulan vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir;
  • topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları, işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;

  • turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir;
  • Vergi Məcəlləsinin 227.4.1 – 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;
  • Məcəllənin 227.4.1 – 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda digər fəaliyyət növü həyata keçirdiyi halda işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır;
  • bu maddədə nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.

Vergi Məcəlləsinin 228-ci maddəsində göstərilir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilındə yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nın 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır. Bu maddə üzrə ƏDV-nin qaytarılması qaydası və şərtləri bu Məcəllənin 165.5-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

Məcəllənin 229-cu maddəsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulan qaydada və müddətlərdə vergi orqanına təqdim edir.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: Testlər və praktiki məsələlər toplusu” kitabı.

Mənbə: vergiler.az


Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi

posted in: Xəbər | 0

Nəzarət olunan xarici müəssisə1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinə yeni anlayış – nəzarət olunan xarici müəssisə ifadəsi daxil edilib. İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edir.

Vergi Məcəlləsinin 14-2.1-ci maddəsində vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəətinin müəyyən edilməsi qaydası qeyd olunub. 1 yanvar 2023-cü il tarixdən isə Vergi Məcəlləsinin 14-2.1ci maddəsindəki “güzəstli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən” sözləri çıxarılıb.

Yeni dəyişiklikdən göründüyü kimi, artıq Azərbaycan Respublikasının rezidenti hesab olunmayan müəssisələr nəzarət olunan xarici müəssisə hesab edilə bilər. Yəni həmin xarici müəssisənin güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçməsi mütləq tələb kimi nəzərə alınmayacaq.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 8 saylı qərarı ilə “Nəzarət olunan xarici müəssisə haqqında arayısın rezident fiziki və hüquqi səxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası” təsdiq olunub.

Bəs nəzarət olunan müəssisənin mənfəətinin vergiyə cəlb olunmasında hansı dəyişiklik baş verib?

Vergi Məcələsinin 14-2.1-ci maddəsi ilə vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan müəssisənin mənfəətinin hansı hallarda Azərbaycan Respublikasında vergiyə cəlb olunması halları müəyyən edilib. 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, nəzərdə tutulan halların birində fərqli yanaşma tətbiq olunacaq. Vergi Məcəlləsinin 1 yanvar 2023-cü il tarixə qədər qüvvədə olan 14-2.1.2-ci maddəsinə əsasən, nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olardısa, həmin müəssisənin mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb olunurdu.

Misal:

Nəzarət olunan xarici müəssisənin illik mənfəəti 4.000.000 manatdır, güzəştli ölkədə hesablanan mənfəət vergisi 200.000 manat təşkil edib. Qanunvericiliyə uyğun olaraq həmin gəlir üzrə ölkəmizdə mənfəət vergisi 800.000 manatdır. Göründüyü kimi, güzəştli ölkədəki mənfəət vergisi məbləği ölkəmizdə ödənilməli vergi məbləğinin 25 faizini, yəni 1/4-ni təşkil edib. Bu halda nəzarət olunan müəssisənin mənfəəti ölkəmizdə vergiyə cəlb oluna bilər.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 14-2.1.2-ci maddəsindəki “vergisindən 2 dəfə və ya daha çox asağı olarsa” sözləri “vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa” sözləri əlavə edilib. 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 14-2.1.2-ci maddəsinə əsasən, nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa, nəzarət olunan müəssisənin mənfəəti ölkəmizdə vergiyə cəlb oluna bilər.

Nəzarət olunan müəssisə ilə bağlı bir mühüm məqamı da qeyd edək ki, həm Vergi Məcəlləsinin 14-2.1.1-ci, həm də 14-2.1.2-ci maddələrə “və” sözü əlavə edildiyindən, vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan müəssisənin mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb olunması üçün hər üç maddə üzrə (14-2.1.1ci, 14-2.1.2-ci və 14-2.1.3-cü maddələri) halların olması mütləqdir. Həmçinin, Vergi Məcəlləsində edilmiş redaktə səciyyəli dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyi Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 8 saylı qərarı ilə “Nəzarət olunan xarici müəssisə haqqında arayısın rezident fiziki və hüquqi səxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası”na istinad olunan 14-2.2-ci maddəyə düzəliş edilib. Vergi Məcəlləsinin 14-2.2-ci maddəsindəki “Nəzarət” sözü “Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi qaydası, habelə nəzarət” sözləri ilə əvəz edilib.

Mənbə: “Vergi qanunvericiliyi və şərhlər toplusu – 2023” / vergiler.az


Birbank-da onlayn kredit götürmək filialdan daha sərfəli oldu

posted in: Xəbər | 0

onlayn kreditKapital Bank-dan nağd pul krediti almaq istəyənlərə daha bir müjdə! Artıq müştərilər onlayn kredit götürərkən filialda rəsmiləşdirilən kreditlərlə müqayisədə 5%-dək daha sərfəli, endirimli illik faiz dərəcəsindən yararlana bilərlər.

Endirim əldə etmək üçün filiala getmədən Birbank rəqəmsal bankı, birbank.az və kapitalbank.az saytı vasitəsilə kredit sifariş etmək kifayətdir. Onlayn müraciət zamanı mobil nömrənizi və şəxsiyyət vəsiqənizdəki FİN kodu yazmaqla, cəmi 2-3 dəqiqə ərzində krediti onlayn rəsmiləşdirə bilərsiniz.

Digər bankda kredit öhdəlikləri olan müştərilər də faiz endirimindən yararlana bilərlər. Əmək haqqını Kapital Bank və ya digər istənilən bankdan alanlar, 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək müddətə ala bilərlər. Kampaniya 15 may 2023-cü il tarixinədək davam edəcək. Kredit şərtləri barədə ətraflı məlumat və müraciət etmək üçün – https://kbl.az/kb5pds.

Ölkənin ilk rəqəmsal bankı olan Birbank bir sıra üstünlüklərə və imkanlara malikdir: rahat qeydiyyat, kartlara və hesablara nəzarət, ödənişlər, taksit kartının və nağd pul kreditinin onlayn əldə edilməsi, əlavə keşbek imkanı və s. Ətraflı məlumat üçün Birbank tətbiqini yükləyin, https://birbank.az saytına daxil olun və ya 196 Məlumat Mərkəzinə zəng edin.


 

Əməkhaqqının tərkib hissələri barədə təlimat. Hansı hallarda əməkhaqqına əlavələr edilməlidir?

posted in: Xəbər | 0

əmək münasibətləri, Əməkhaqqının tərkib hissələri, əməkhaqqına əlavə, mükafatlar, vəzifə maaşıƏməkhaqqının tərkibi hansı hissələrdən ibarətdir?

Əməkhaqqı əmək müqaviləsinin və bununla bərabər əmək münasibətlərinin başlıca məsələlərindən biridir. Əməkhaqqı təqdim edilmə əsasına görə işəmuzdvaxtamuzd ola bilir. Həmçinin əlavə əsasları da tətbiq edilə bilər.

Əməkhaqqına işçinin tarif (vəzifə) maaşı, əməkhaqqına əlavəmükafatlar daxildir. Mükafat bir qayda olaraq görülən işin uğurla və keyfiyyətlə yerinə yetirilməsinə, yaxud müəyyən dövrün yekunlarına görə, həmçinin digər əsaslara görə ödənilə bilər. Mükafatın minimum məbləği müəyyən edilməmişdir.

İşçinin vəzifə maaşı ilə bağlı tələblərə əsasən demək mümkündür ki, bu məbləğ ölkə üzrə minimum əməkhaqqı məbləğindən az ola bilməz. Həmçinin əmək vəzifələri dəyişdiyi halda yeni vəzifə və təcrübə əsasları nəzərə alınmaqla, işçinin əməkhaqqısına yenidən baxılmalıdır.

Əməkhaqqına əlavələr isə müxtəlif formalarda ola bilər. Bu formalara aiddir:

  • İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə bir saatlıq (günlük) normanın 2 misli məbləğdən az olmayaraq əlavə;
  • Öz işi ilə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq qədər əlavə;
  • Əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqısına qarşılıqlı razılıqla müəyyən edilən əlavə;
  • Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqlarına qanunvericiliklə nəzərdə tutulan əlavə;
  • İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün vaxtamuzd sistemdə 2 qat, işəmuzd sistemdə vaxtamuzd sistemin saatlıq maaşından az olmayaraq əlavə;
  • Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə ödənilir.

Yekunda isə onu qeyd edək ki, qısaldılmış iş günündə işləyənlər üçün əməkhaqqı tam iş günündə olduğu kimi, natamam iş günündə işləyənlər üçün isə həmin iş gününə mütənasib olaraq əməkhaqqı ödənilir. Əməkhaqqına əlavələrin ödənilməsi mütləq qaydada qarşılıqlı razılıqla müəyyən edilir, həmçinin kollektiv müqavilə və ya sazişlərlə tənzimlənir.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


İşsizlikdən sığorta ödənişi (ödənilməsi şərtləri və məbləği)


 

1 425 426 427 428 429 430 431 2. 400
error: Content is protected !!